Asif Ata. Çağıran Dünya

Mütləq çağırışı! Müqəddəslik çağırışı! Ruh çağırışı! Təbiət çağırışı! Məhəbbət çağırışı! Səma çağırışı! Dağ çağırışı! Ana çağırışı! Övlad çağırışı. Torpaq çağırışı. Gözəllik çağırışı. Səda çağırışı. Möcüzə çağırışı. Ürək çağırışı. Sifət çağırışı. Qədimlik çağırışı. Doğmalıq çağırışı. Meşə çağırışı.
Gecə çağırışı. Günəş çağırışı. Bahar çağırışı. Dəniz çağırışı. Çay çağırışı. Amal çağırışı. Arzu çağırışı. İnam çağırışı. Od çağırışı. Körpəlik çağırışı. Ucalıq çağırışı. Bulaq çağırışı. Qaya çağırışı. Dalğa çağırışı. Çinar çağırışı. Ümid çağırışı. İmdad çağırışı. Fəryad çağırışı. Hicran çağırışı. Vüsal çağırışı. Qüssə çağırışı. Əllər, dodaqlar, gözlər çağırışı.
Təbəssüm çağırışı. Baxış çağırışı. İşıq çağırışı. Vəcd, ehti­zaz çağırışı. İmtina çağırışı. Ədalət çağırışı. Səadət çağırışı. Ehtiras çağırışı. Zəka çağırışı. Cəfa çağırışı. Özündənkeçmə çağırışı. Maneələr çağırışı.
Cəngavərlik çağırışı. Namus çağırışı. Sədaqət çağırışı. Qəzəb çağırışı. Əzab çağırışı. Hissiyyat çağırışı. Heysiyyət çağırışı. Xatirə çağırışı. Uzaqlıq çağırışı. Xəyal çağırışı. Sabah çağırışı.
Çağırış harayı. Çağırış sükutu. Çağırış vüqarı. Çağırış nəşəsi. Çağırış zəruriyyəti.
Çayın sahili çağırması. Qayanın meşəni çağırması. Ürəyin ürəyi çağırması. Çəmənin çiçəyi çağırması. Quşların baharı çağırması. Buludun yağışı çağırması. Quzeyin güneyi çağır­ması… Əllərin əlləri çağırması. Gözlərin gözləri çağırması. Zillətin hiddəti çağırması! Həsrətin Ümidi çağırması! Səmanın ulduzu çağırması! Daxildən gələn səs! ucalıqdan gələn səs!
Körpə çağırışı. Qoca çağırışı. İgid çağırışı. Səslərin səsləri çağırması. Rənglərin rəngləri çağırması. Aşiqin məşuqəni çağırması. Dalğanın dalğanı çağırması…
Dənizin tufanı çağırması. Zülmətin işığı çağırması.
Sel çağırışı. Meh çağırışı.
Ani çağırış. Sonsuz çağırış. Açıq çağırış. Pünhan çağırış. Atəşin çağırış. Həzin çağırış. Böyüklüyə çağırış. Təbiiliyə çağırış. İnsanlığa çağırış. İlkinliyə çağırış. Bütövlüyə çağırış. Ülfət çağırışı. Heyrət çağırışı!
Çağırandır dünya! Həm də aldadandır! Cəzb edəndir və cəzbində itirəndir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv