Borçalıda Saz-Söz törəni

Soylu Atalının soykökü ilə bağlı “Talıflı Soyumuz” adlı kitabının çapdan çıxdığını bildirmişdik. Bu günlərdə o, doğulub boya-başa çatdığı Kəpənəkçi köyündə olmuş, soykökündən olan doğmaları ilə, eləcə də, elinin ayrı-ayrı düşünər insanları ilə “kitabı tanıtım” törəni keçirmişdir. Törənin araya gəlməsində Talıflı soyundan olan ayrı-ayrı adamların – Rəhimin, Yaşarın, Qurbanın, Bayramın fədakar əməyi olmuşdur.
Burada Soylu Atalı soykökünün ilkinlərindən danışmış, bu soykökün Böyük Türk millətinin minilliklər tarixinə, mədəniyyətinə bağlı olduğunu bildirmişdir.

Ayrı-ayrı çıxışçılar kitabın önəmini vurğulayaraq, Borçalının tarixinə, mədəniyyətinə özgün düşüncələr sərgiləmişlər.

Törəni gənc aşıq Orduxan, gözəl çalğısı, uyumlu oxuması ilə, daha da etkili etmişdir.

Soylu Atalının istəyi elə-belə kitabı sunmaq deyildi, soyundan olan insanların bir araya gələrək doğmalaşmasını, özlərinin milli kimliklərini düşünmələrini sağlamaq idi. Quruluşun dəyişməsi, yaşamın çətinlikləri getdikcə insanları özlərinə yadlaşdırır. Bu sorunlardan çıxmağa yardımçı olmaq, əlbəttə, düşünər insanların borcudur. Soylu Atalı bu sorumluluğu anlayaraq, vətənimizin hər yerində olduğu kimi, öz soyunda da düşündürücü addımlar atır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv