1920-ci il, yanvarın 11-də Böyük Dövlətlərin Parij Konfransı Azərbaycan Respublikasını tanıdı

Bu gün azərbaycanın bir sıra alimləri, aydınları bir araya gəlib toplantı keçirdilər.Toplantını giriş sözü ilə fəlsəfə üzrə elmlər doktoru Yadigar Türkel açdı. Sonra söz, əsas çıxışçı kimi, tarix elmləri doktoru Cəmil Həsənliyə verildi. Cəmil bəy adı keçən çağı tarix açısından araşdıran bir kitab yazıb. Kitab ruscadır – “Russkaya revolyutsiya i Azerbaydjan (Trudnıy put k nezavisimosti) adlanır. (Rus inqilabı və Azərbaycan, Bağımsızlığa doğru çətin yol). Əslində çıxışlar da bu yöndə getdi. Respublika qurucularımızın böyük əməyi, çağın siyasal çətinlikləri, belə bir çətin çağda Azərbaycanı, dövlət olaraq, dünyaya siyasal tanıtdırmaq çağdaş insanlarımızın diqqətində olmalı, öyrənməli, öyünməli məsələlərdir. Milli kimliyini anlamaq istəyənlər, milli varlığını qorumağa çalışanlar tarix yaratmış şəxsiyyətlərimizin dəyərini bilməlidirlər. Gələcəyə addım götürmək, həm də, keçmişimizin uğurlarına dayanır. Bunun üçün Milli İdeolojinin oluşması, Milli Döyüş ərdəmliyinin yetişməsi gərəkdir, eyni halda bu, yeni aşamaya keçməlidir. Bu deyilənlər çıxışlararası vurğulanan məsələlər idi. Çıxışçılar sırasında: fəlsəfə doktoru Faiq Qəzənfəroğlu, Asif Ata Ocağının Yükümlüsü Soylu Atalı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımlı, toplumsal xadim, jurnalist Xaliq Bahadır, (Təbriz kökənli) folklorşünas Ağşın Ağkəmərli, Qurban Talıblı söz dedilər.

Toplantıya Sumqayıt musiqi kollecindən kaman üzrə öyrətmən Azər Hacıbalayev, Xan Şuşalı adına Ağdam musiqi oxulunun öyrətməni, xanəndə Əziz bəy, tarzən Cahid bəy qatılmışdılar. Çıxışlararası Muğam Üçlüyü toplantının milli mədəniyyət uyumu idi.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv