Ocağın gənclərlə yeni görüşü

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
İzlənilən odur ki, toplumumuzda ulusal dəyərlərə qarşı biganəlik getdikcə artır. “Dəyərlərə yenidən baxılması” kimi gərəksiz bir ideya pis anlamda öz işini görməkdədir…
Qıraqdan yurdumuza gələn bu cür ideyalar hər zaman tapmaca xarakter daşıyıbdır. Baxın, əgər deyilsə ki, “dəyərlərə yenidən baxılması” zərərli ideyadır, o an içimizdə bu ideyanı savunanlar tapılacaq. Deyəcəklər bu ideya dəyərlərdən əl çəkmək anlamına gəlmir, dəyərlərdə köhnəlikdən əl çəkmək gərəkdiyini bildirir. Biz isə bildiririk, məsələ heç də belə deyil. Bu ideyaya üz tutanlar elə dəyərlərimizdən əl çəkirlər. Çünkü dəyərlərdən əl çəkmək dəyərləri yaşatmaq qədər gərgin ömür tələb etmir. Adamlar həmişə asanlığa qaçırlar.
Bu ideyanı ortaya atanlar, ən çox Doğuda, qədim dəyərləri olan xalqların mənəvi-ulusal durumunu sıradan çıxarmaq istəyində olan imperialist qüvvələrdir. Görünən odur ki, onlar bu istəklərinə çox anlamda yetiblər.
Bundan başqa, “sınırların aradan qalxacağı” kimi cəfəng düşüncə də yayılır. Vətən dəyər deməkdir, dövlət deməkdir. Vətən şüurunu, dəyərlərə münasibəti vurmaqla, əslində həmin toplumda, dövlətçiliyin əsaslarını da dağıdırlar. Bu gedişə qarşı dirəniş gərəkdir. Düşünər aydınlar dirəniş göstərməklə toplumsal Birlik yaratmağa çalışmalıdır. Bu gün ulusal dəyərləri, Vətən şüurunu insanların, ən çox da gəncliyin içində sistemli olaraq qorumağa çalışan qüvvə Asif Atanın Mütləqə İnam Ocağıdır. Ocaq davamlı olaraq xalqlaşma səfərlərinə çıxır. İstər Bakıda, istər bölgələrdə görüşlər keçirir, ulusal-insani kimliyin dərk olunması yönündə söhbətlər aparıb çoxsaylı ədəbiyyatlar bağışlayır. Belə görüşlərdən biri bu günlərdə Bakı şəhərində həyata keçirilmişdir. Ocağın Yükümlüsü Soylu Atalı amaldaşı Göylü Atalının təşkilatçılığı ilə, sıralarında öyrətmənlərin də olduğu, yüzə yaxın öyrənci gənclərlə söhbət aparmışdır. Soylu Atalı bildirir: “Öncə gənclər yorğun, gərgin görünürdülər. Ancaq bir neçə dəqiqdən sonra heyranlıqla ilgilənməyə başladılar. Bu hal məndə sevinc duyğuları oyadırdı. Gənclərdə qədimliyimizə sevgi, gələcəyimizə ümid yaratmaq yaşadığım sevdalı ömür anları idi. Nə yazıqlar ki, bu gənclərə davamlı şəkildə əlimiz yetmir. Onların çoxu sonradan çağdaş mənəvi anarxiya boşluğuna düşür. Bütöv anlamda gəncliyə yiyəlik eləmək, qayğı göstərmək dövlətin başlıca görəvi olduğu halda, bu işə sorumluluqla yanaşmır. Sonucda gəncliyimiz dağılır, qıraqdan yönətilən ayrı-ayrı qüvvələrin etkisində ulusal düşüncələrdən ayrılır”.
Bütün bunlara baxmayaraq, Ocaq öz üzərinə düşən ulusal-bəşəri işləri görür, bundan sonra da görəcək.

Atamız var olsun!

Mütləqə İnam Ocağı

20161006_140716

20161006_140508

20161006_144258

20161006_140713

20161006_144326

20161006_141558

20161006_141420

20161006_141556

20161006_141156

20161006_140812

20161006_144310

20161006_140803

20161006_144934

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv