Yadigar Türkel. EY YAZIQ MÜSƏLMANLAR!

Sentyabrın 12-si müsəlmanların Qurban bayaramı günü idi. Saat ona işləmiş  yaxındakı çörəkçidən təndir çörəyi, bir başqa dükandan da çap kağızı almaqdan ötrü evdən çıxdım. «Doktorlar evini»nin tinindən gedəcəyim dördyoladək iki yüz metr ola-olmaya. Sərhad adlı ətsatanın yemək-içmək, çörək, qutabbişirmə yerinə  bitişik dükanının qabağı qoyun bazarına döndərilmişdi. Son 10-15 ildə Bakı qarış-qarış satıldığından, yeni Yasamalın yaya yolu qalmamış avtomobil yolunun beşdə biri çəpərlənib içi qoyun-quzu, dana ilə doldurulmuşdu. Qoyunlar mələyir, insanlar onları əlləşdirir, satıcılarla, bir-birilə danışırdılar…
30 addım aşağıda qatmaqarışıq dükanların qabağında da yuxarıdakıtək qoyun-dana ağılı düzəldilmişdi. Qoyunlar mələşir, danalar böyürür, qalxan iydən burun tutulurdu.
Lənətə gəlmiş SSRİ-də Bakının təmizliyini pozan belə şeyə yol verilməzdi. Bu, istənməyən, antisanitar ortam Rus dövlətinin  sonlarından başlayıb, bağımsızlıq dönəmində ildən-ilə çoxaldı. İlk illərdə qoyunları maşınla gətirib kəndin qıraqlarında, yaşanmayan böş yerlərdə toplayardılar. Qurbanlıq almaq istəyən tək-tək adamlar da ora gedərək qurbanlıqlarını alar, avtomobillərinə qoyub aparardılar. Qurbanlıqları da daha çox Bakının köylərində, oradakı bağlarda, ya da kəndin qıraqlarında kəsərdilər. Bakılıların çoxu Qurban adı ilə bu,  ucdantutma heyvanqırma olayını yaxşı qarşılamırdı. İllər keçdikcə, yönətimdə buraxılan yanlışlar üzündən, din dəllalları verilən özgürlüklərdən aşırılıqla yararlanmağa başladılar. İndi gözəl Bakı kəndi Molla Ərdoğanın mollaxanaya, bombaxanaya çevirdiyi İstanbula dönüb. Burada da, müsəlmanların Qurban bayramında, gözəl Xəzərə oradakı kimi saysız mal-qara, qoyun-keçi qanı axıdılır.
Dünən bir tanış  prokuror məndən sordu: professor, bəs, bu politiklər hara baxırlar, axı işlər yaxşıya doğru getmir? Din ayrı şeydir,  toplumu bilimə, kültürə, sağlamlığa dayanan irəliçi toplumsal yaşama yönəltmək işi olan dövlətçilik ayrı şey. Bunlarsa toplumu geriçiliyə sürükləyirlər.
Cavabını özün verdin, prokuror bəy, İslam dinindən olan toplumlarda din mənəvi ucalıq, egitim aracı yox, ağalığı ələ keçirmişlərin geriçilik kötəyidir. Buna görə də müsəlmanlar gün-gündən pis günə qalır, batırlar. Hamı özünü daha yaxşı müsəlman saydığından, çıxış yolu da görünmür! Özünü «daha yaxşı» müsəlman sayan şiə «allahu-əkbər» deyib, Sünni məscidini, sünni də «allahu əkbər» bağırıb, Şiə məscidini partladır. İslam dini 500 il qabaq papa Yulianın, eləcə də başqa aydınların savaşı ilə xristianlığın toplumunun dışına çıxarıldığı kimi, toplumun yaşamına aşırı qatışmaqdan dışlanmayınca belə də  olacaq, başqa düşüncə, yol yoxdur!
1990-cı il yanvarın 20-dən Rus teveviziyasına baxmamışam, Azərbaycan televiziyalarından gözəl oxumaq, musiqi, çalğı, eşitmək üçün «Mədəniyət»ə baxıram. Bizdən ağlar günlü Güney Azərbaycan Türklərilə heç bir bağlılığım yoxdur, baxdığım, nəsə örəndiyim Türkiyənin NTV, NTVSPOR, TRTSPOR, TRTMÜZİK televiziyalarıdır, onları da son çağlar Molla Ərdoğanla müridlərinin «Adalet ve Kalkınma Partisi» dinçiliklə, PKK, FETÖ-meto ilə dağıdıb.
Azərbaycan televiziyalarının «haybasanlar»ı din söyləncələrini türkiyəlilərdən az huylasalar da, yetərincə dağıdıcıdırlar. Azərbaycan dövləti, aydınlar bunu görməli ulusumuzu din bəlasından qurtarmalı, bilimə, texnolojiyə, yüksək kültürə, çağdaşlığa yönəltməlidirlər!
Televiziyalardakı bəlli qurban söylənçələrini anlamaq üçün Sabir Həsənlinin 09.10.01-də, «gözəl ziyalımız Yadigar Türkelə ən xoş və səmimi arzularla» üst yazısı ilə bağışladığı «Peyğəmbərlər tarixi»nə, evimdəki dinlə bağlı kitablara, eləcə də Qurana bir də baxdım, ayrı-ayrı yerlərini oxudum. Min illər boyu strateji amaclarla uydurulmuş bu Ərəb-Yəhudi-Mason söyləncələri düşüncəmi bilimsəl yöndən az da olsa etkiləmədi. Hamısı uydurma, geriçilik, yağılıq, özəl çıxarlar, yağmalama, ölüm-qan, qırxlotuluq.
Bu gün bu qırxlotuluğun başında Səudiyə Ərəbistanı, arxasında İsrail, ABŞ… adlı dövlətlər durur. Qaynaqlar bu il iki milyondan çox müsəlmanın Kəbəyə gedib hacı olması bildirirlər. Yayılan bilgilərə görə Kəbəbaşı – Səudiyə kralı ildə təkcə hacdan 2 milyard dollardan çox pul qazanır.
Ərəb qırxlotularının aldadılmış müsəlmanların beyninə yeritdiklərinə görə hacı olmaq üçün Məkkədə 21 km yol gedib hansısa dağın başına çıxaraq qurban kəsməli, saqqalını qırxmalı, şeytana daş atmalısan, eləcə də b.
Ay yazıq hacılar, dağ bəllidir, getmək olar. Müşriqlər də sizdən qabaq şeytana daş atar, Kəbənin başına tumançaq dolanardılar. Min beş yüz il çonra da «cahil» deyib güldüyünüz o insanlardan təkcə büründüyünüz iki metr ağla  seçilirsiniz. Düşüncəniz iki min il qabaqkı kimidir. Bir düşünün, allah siz müsəlmanları çox sevirdisə, sizə pisliklər edən, öyrədən şeytanları niyə yaradırdı? Siz bu şeytana, niyə 10-20-100 yox, 7 daş atmalısınız? Neçə illərdir siz onu daşlayırsınız, osa yaxanızdan əl çəkmir, sizi, ümmətinizi, ulusunuzu günü-gündən daha pis günə qoyur, qan içində boğur.
Dağın başına çıxandan sonra, illər boyu müsəlmanlığın göstəricilərindən biri saydığınız saqqalınızı niyə qırxdırmalısınız? Bu da Ərəb-Yəhudi qırxlotularına pul qazanmaq üçündürmü? Müsəlman saqqalını qırxmaqla, qadınların başına qara torba geydirməklə arı-duru olmaz, o ancaq bilik, çalışmaq, yaxşı işlər, yurdsevərlik, ədalətlə durulaşa, işıqlana, ucala bilər! Nizami Gəncəli bu dünyadakı bütün şeyləri axtar, ancaq başlanğıcı axtarma, onu axtarsan ayaqqabıların yırtılar – deyir. Budur, dünyanın, yaranışın, yaşamın fəlsəfəsi!
Ay yazıq müsəlmanlar, bilin, etdiyiniz pisliklər heç bir hacla, heç bir qurbanla yuyulmaz! Onun yolu  ulusunu tanımaq, anlamaq, yurdunu sevmək, dövlətini qorumaq, ədalətlə işləməyə yönəltmək, ədalətli olmaq, dünyanı sevmək, uca insan kimi yaşamağa çalışmaqdadır.
İnsan bioloji varlıqdır, bir gün doğulur, bir gün ölür. Bu yaranışın dəyişməz, dəyişdirilməz yasasıdır! İnsanın içində heç bir ruh yoxdur, olammaz! İnsan öləndə heç kimə hesab vermir, onun ürəyi durandan sonra ruhu harasa uçub getmir. Ruh enerjidir, varlığın, yaranışın, başlanğıcın başlanğıcı enerji! Ürək durdu, yaşam enerjisi bitdi, onu heç bir «Şeyx Nəsrullah» dirildəmməz!!!
İnsanın ürəyi durandan üç-dörd dəqiqə sonra bədəni çürüməyə başlayır. Ölən qara toprağın altından başqa heç bir şır-şır bulaqlar axan, gözəl qızlar oynayan cənnətə, ya da yandırıcı odlar yağan cəhənnəmə getmir, heç bir allaha hesab vermir.
Bu dünyada etdiyin pislikləri, kötülükləri «o dünya»da heç kimə qurban, rüşvət verməklə yumaq, bağışlatmaq olmaz! Yol birdir: yaşarkən, bacardıqca yaxşı ol, çalış, tik-qur, yaşa-yarat, sev-sevil, bu gözəl dünyada uca adına yaraşan, gözəl ömür sür!
Sayğılı Arif Məlikov ayın 13-də televiziyada mən heç ara kiminsə qarşısında basarlı olacaq, səsimi udduracaq, içimə çəkdirəcək iş görməmişəm, stolumun üstündə haram çörək olmayıb – dedi.
Budur, KİŞİ ömrü! İnsana, ulusa, topluma bunu öyrədin,  Ərəbistan çöllərində «tumançaq» gəzib allahdan suçlarını bağışlamağı diləmək kimi qulluq düşüncəsini yox!
Qaynaqlar bütsevərlərin Kəbədə, eləcə də başqa yerlərdə müsəlmanların hac dediyi elliklə heyvanqırmanın İslamdan çox qabaq yerinə yetirdikləri coşma-ekstaz görənəyi olduğunu yazırlar. Ona vurulumuş İsmayıl qurbanı bəzəyi də eləcə bir mifdir, söyləncədir.  Beləsə, bu gün Azərbaycanda Qurban bayramı adı altında gün-gündən bəzədilib gücləndirilən hevanqırmanın hansısa bir əxlaq yönü varmı?
Kiməsə verdiyiniz bir-iki kolo əti  televizorda göstərmək yüksək əxlaq göstəricisi yox, əxlaqsızlıqdır! İllər boyu «olmayan pulumdan» yoxsullara, yeni yaranan ulusal fondlara, Azərbaycan Ordusunun fonduna vermişəm, bunu arvadıma da deməmişəm. Kəsdirdiyiniz buğalara, qoyunlara verilən pulu Azərbaycan yolunda şəhid olmuş bir igidin ata-anasına, ulusun kültür tarixində önəmi olan bir kitabın çapına, ya bir yoxsula verin. Yurddaşları çalışdırın, işlədin, varlandırın bir kilo ətə görə sizə qurban olum, sağ ol, demək düşüncəsindən qopsun.
Bu gün biz Türklərə, eləcə də Qafqaz Ellərindən olan başqa Azərbaycanlı yurddaşlara din adı altında Türkün yaşam düşüncəsinə yad, Türk-İslam kültürü üzərində qurulmamış, Ərəb-Yəhudi sionizminin çıxarlarına qulluq edən «Ərəb-Yəhudi geriçiliyi», daha düzgünü «Ərəb-Yəhudi Sionizmi» sırınır. Ərəb-yəhudi gələnəkli Qurban bayramı kimi yad çıxarları güdən, uyumuş, yatmış uluslar Ərəb-Yəhudi sionizminin qurbanıdırlar, qurbanı olacaqlar.
Son illərdə bir sıra tanışlar, yoldaşlar, arxadaşlar biri qurtarmamış o biri çatan Qurban, Ramazan bayramlarında zəng edib, məni qutlayırlar. Sayğılı bəylər, bəyimlər, siz mənə mayın 28-də  Azərbaycan Respublikasının yaradıldığı gündə zəng edin, könlüm açılsın, sevinim! 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə ilə yaraq arxadaşları, canbir yoldaşları Azərbaycan Respublikasını «yoxdan var» etməsəydilər, onu 1991-ci il oktyabrın 18-də yenidən qurammazdıq, bu gün ana yurdumuzda nə bir Azərbaycan Türkü olardı, nə də Qafqaz Ellərindən bir oğul.
Biz bu gün hansısa İsmayılın Qurban bayramını yox, Azərbaycan Respublikasını qorumağı, gücləndirməyi, daha da demokratikləşdirib sonsuzadək yaşatmağı öyrənməliyik!  Azərbaycan Respublikasını yaşatmaq Türk Ulusunu yaşatmaqdır. Türk Ulusunun yaşaması Qafqazın kiçik ellərinin də birliyi, yaşarlığı deməkdir!
Siz məni martın 20-21-də Azərbaycana yazın gəlməsilə doğanın, yaşamın oyandığı, dirçəldiyi gün qutlayın, milyonlarla qoyunun, inəyin, canlının amansızca, anlamsızca öldürüldüyü, hacdan qazanılan pulların Sion banklarına ötürüldüyü gün yox! Mənim Kəbəm Bakı, Dərbənd, Şəki, Şuşa, Biləsuvar, Lənkəran, Ərdəbil, Təbriz, Mərənd, Marağa, Həmədan, Zəncandır!

14 sentyabr 2016-cı il

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv