Yadigar Türkel. Milli ideologiya və dil

Azərbaycanın milli-mənəvi dəyərləri nədir? Bu öncə Azərbaycan Respublikası, Azərbaycanın millət etnik qrupları – türk, rus, talış, ləzgi, yəhudi, tat, kürd, avar, saxur, buduq, qrız, xınalıq başqaları  – azərbaycanlılardır.
Azərbaycan yazda açılmış güllükdür, millətləri onun gülləri. Bu güllüyün ortasında bir qızıl gül bitib. O, türk millətidir. Yanında lalə, nərgiz, qərənfil, yasəmən… rus, tatar, talış, ləzgi, kürd, avar, saxur, tat, buduq, qrız, xınalıq və başqaları. «Doğma Azərbaycanımızın müasir etnik mənzərəsinə diqqət yetirsək rəngarəng naxışları ilə dünya şöhrəti qazanmış xalçalarımızı, min bir ətir saçan tər güllərlə bəzənmiş gülzarlarımızı xatırladır. Onun hər bir guşəsində, hər bir səmtində məskunlaşmış etnik qruplar, xalqlar Azərbaycan adlı xalçamızın naxışları, gülzarın çiçəkləridir» [43, s. 3].
Azərbaycanın milli-mənəvi dəyərlərindən biri də millətin milli ruhunun, mənəviyyatının  göstəricisi dövlət dilidir. Millətin maddi mənəvi dəyərləri, həyat tərzi, tarixicoğrafi yerləşməsi, dini, əxlaqi baxışları, gözəllik duyğusu başqa psixoloji duyumları dilində əks olunur. Buludxan Xəlilov yazır: «Elə dəyərlər var ki, onlar Azərbaycan cəmiyyətinin hər bir üzvü üçün əhəmiyyətlidir, gərəklidir, milli marağına xeyirlidir. Dil də belə dəyərlərdən biridir və birincisidir» [9].
Azərbaycan Respublikası anayasasının 21-ci düzüyündə (maddə) deyilir: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir». Heydər Əliyev yenidən hakimiyyəti ələ keçirəndən sonra, 1995-ci ildə dövlət dilinin anayasadakı «türk dili» adını dəyişib «Azərbaycan dili» etdi və o vaxt başladığı antitürk kampaniyanı indi də davam etdirir. Milli birliyə gedən yol isə dil birliyindən – ədəbi dildən kecir. Heydər Əliyev Azərbaycanı sevsəydi, tarixi qazancımız olan dil məsələsinə toxunmaz, düşmənlərin saldığı yersiz hayküy yavaşyavaş unudulub gedərdi. O isə məsələni Azərbaycanın, türkün qatı düşməni kimi qabartdı.
Heydər Əliyev insanları bir-birinin üstünə saldırıb «özü isə mələk donunda» qalmaq məktəbi keçmiş KQB-çi olduğundan, millətin dilinin adını dəyişmə tamaşasını da ustalıqla qurub əksfikirlilərə söz və dəstək vermədi. Bu onun milli özünüdərkə  vurduğu dağıdıcı zərbəsi, milli xəyanəti idi.
Qədim dövrlərdən Azərbaycanda hakim dil olan türk dili son minilliklərdə özəl inkişaf yolu kecərək əhalinin ən böyük mənəvi dəyərlərindən birinə çevrilmişdir. Dilçilər bu gün Azərbaycan Respublikasında «Azərbaycan dili» adı ilə işlədilən dövlət dilinin miladın birinci yüzilliyindən burada yayıldığını yazırlar. Türklərin Azərbaycanda daha qədimdən yaşadıqlarını nəzərə alanda, bu nisbi tarixin düzlüyünə şübhə yaranır.
«Azərbaycan ədəbi dili ümumxalq… dilinin yüksək formasıdır və bu dil birdən-birə də təşəkkül tapmamışdır. O, əsrlərin məhsuludur və əsrlər boyu azərbaycanlılara fikir mübadiləsində ləyaqətlə xidmət edən ən kamil bir ünsiyyət vasitəsidir» [11, s. 3].
Siyasətçi və alimlərin tarixin müxtəlif dövrlərində türk dilini necə adlandırmasından asılı olmayaraq (türk, türki, tatar dili, Zaqafqaziya tatarlarının dili, Qafqaz tatarlarının dili, Arazboyu tatarların dili, müsəlman dili, Azərbaycan dili), bu dil bəlli tarixlərdə azərbaycanlıların ən azı ünsiyyət dili olmuşdur. İslam dininin yayılması ilə rəsmi mövqeyi zəifləsə də türk dili, türklərdən başqa talış, kürd, ləzgi, tat, avar, saxur, buduq, qrız başqalarının da  mənəvi kamilləşməsində böyük rol oynamışdır. Qafqazda yaşayan millətlərin şair və aşıqlarının coxu şeirlərini türkcə yazmış, xanəndələri bu dildə çalıb-oxumuşlar.
Rusiya İmperiyası Qafqazı, Azərbaycanı işğal edəndən sonra da türk dili uzun illər bölgə əhalisinin ünsiyyət dili olmuşdur. XX yüzilliyin sonlarından rusların Qafqazda siyasi üstünlüyü  azaldıqca türk dilinin yenidən Qafqazın ünsiyyət dilinə cevrilmək imkanı yaranmışdır. Bunun üçün Azərbaycanın iqtisadi, mənəvi, siyasi mövqeyini daha da gücləndirib dilimizi öz qanunlarına, milli ruhumuzun göstəricilərinə uyğun inkişaf etdirməyə çalışmalıyıqAzərbaycan hökuməti bu yöndə köklü işlər görməlidir.
Hakimiyyəti dövründə daima ikili siyasət yeridən, bir cür danışıb başqa cür hərəkət edən, «dilçiləri» Milli Məclisdə oturdub özünü təriflədən Heydər Əliyev 2001-ci il iyunun 18-də «Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında», 2003-cü il yanvarın 2-də «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» fərmanlar versə də, hökumətin suçundan cəmiyyətdə dövlət dilinin qorunması və inkişafı sahəsində çoxlu problemlər yaranmışdır.
Heydər Əliyevin milli yaddaşları təhrif edilmiş şəkildə dolaşdırılmış, qul  psixologiyalı, «rusfason» dövlət məmurları idarə və müəssisələrdən rusca yazılmış göstəriciləri çıxaran kimi yerinə ingilis dilində lövhələr asdılar. Hər yer «departament», «spiker», «vitse spiker», «media», «ANS», «Spase», «houze», «holdinq», «sportlayn», «şeyker», «poster» və başqa sözlər yazılmış göstəricilərlə dolduruldu.
İndi Bakını türk dilinə, əxlaq və mənəviyyatımıza yad reklamlarla doldurub Elizabet Tüdor ayaması ilə «yazıçılıq» edənlər, «pop-rep-gop» hoqqabazları, milli kimliklərini dərk etmədiklərindən «Gəncə», «Biləsuvar», «Quba», «Salyan», «Şamaxı» yox, «Afina», «Paris», «London», «Ellada», «Karmen», «Karina», «İzabella», «Eleonora»… market, minimarket, supermarket, «Qorqud Holdinq»lər tikənlər, kiçiyə mini, böyügə, üstünə, çox üstünə super deyənlər, səsə səda, gizliyə xəlvəti, pünhan, ildırıma şimşək, gözlüyə eynək, aslana şir, qaplana pələng, səkkizə səksən, cayın yatağına məcra, başlanğıcına mənbə, sonuna-töküləninə delta, mənsəb, tikməyə inşa etmək, şıltağa kapriz, sevgiyə məhəbbət, yaza bahar, yaşa, yaşasın, alqış, alqışlar, eşq olsun əvəzinə bravo çığırıb «qalmaqallı insidentlər»dən eksklüziv müsahibə alan, küçədəki «tör-töküntü»nün psixologiyasına uyğun ləhcədə danışıb «türkün uca ruhu» görünən toya «toy-şou» deyən curnalistləri, KVN-çiləri, artistləri, şoumen-mütrübləri, meyxanaçıları cəmiyyətə əxlaq, mənəviyyat öyrədən mövqelərə çıxarıblar. Heydər Əliyev rejiminin humanitar siyasətindən problemlər içində qıvrılan millətin qanına bütün günü mənəviyyatsızlıq, əyyaşlıq, «restoran əxlaqı» yeridilir.
Bir psixoloji məqama da diqqət yetirək. Sovet dövründə türkiyəlilərlə azərbaycanlıların mənəvi, siyasi ayrılığı dildə müəyyən terminlər fərqi yaratmışdır. Amma bizdə də, onlarda da, uğurlu sozlər, yeniliklər coxdur. Heydər Əliyevlə Süleyman Dəmirəl kimi yalançı siyasətçilər «bir millət, iki dövlət» deyib söz oynatsalar da, Azərbaycanda «rusfason»ların, Türkiyədə isə kimlərinsə suçundan dilimizdəki terminləri yenidən ortaqlaşdırmaq üçün demək olar heç bir görülmür.
Bizim «rusfasonlar» açıq-gizli antitürkçüdürlər. Onlar son on ildə aydınlarımızın dilimizə gətirməyə çalışdıqları bilgi, anayasa, kimlik, sözlük, gözlük və başqa sözlərin qarşısında çəpərə çevrildilər. Millətsevər ziyalıların babalarımızın unudulmuş bir sözünü dilimizə qaytarmaq üçün illərlə çəkdiyi əməyi ANSin 20 yaşlı bir «haybasan»ı bir anda heç edə bilir. Türk dilini məişət səviyyəsində bilən, bir-biri ilə rusca danışan bu adamlar sözlüklərdən arxaik ərəb, fars sözlərini tapıb işlədir, cəhdlə türk dövlətləri yox, türkdilli dövlətlər, Ədalət və Kalkınma Partiyası yox, Ədalət və İnkişaf Partiyası, Radio Televizion Üst Kurumu yox, Radio Televizion Ali Kurumu deyərək dilimizi öz ruhuna uyğun gəlişməyə qoymurlar. «Rusfason», korrupsioner rejimin humanitar siyasətinin zəifliyindən bir adam bu vacib, milli işlə uğraşmır. Bütün ictimai mövqelərdən süpürülüb atılmış millətçi aydınların etirazları da söz-söhbət səviyyəsində qalır. Strateji milli varlıq, dil proqramı, milli ideologiyası olan, özünü dərk etmiş millətin məmurları, fərdləri isə belə məsələləri milli mənafe, milli dil, milli dövlətçilik baxımından həll edərlər. Hər bir millət öz mənəvi dəyərlərini, milli-ruhunu qoruyub saxlamalıdır.

İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək, milləti əllərdə oyuncaq [Hüseyn Cavid].

Ölkədə millimənəvi dəyərlərlə tərbiyələnmiş, yüksək mənəviyyatlı yüzlərlə vətənsevər, millətsevər, bacarıqlı, millətdən onun səadətindən başqa umacağı olmayan, bilikli, dövlətçi şəxsiyyət olsa da, on iki ildir Azərbaycan Respublikasının humanitar siyasətinə rus təhsiltərbiyəsi görmüş, millətin dilini bilməməsi Milli Məclisdə çəkişilmiş, mətbuatda qardaşının xristianlığı qəbul edərək keşiş olması yazılan orta səviyyəli bir qadın başçılıq edir. Bu «rusfason» bilməz dil nədir, millət nədir, vətən nədir!
Heydər Əliyevin iki baş naziri, prezident aparatının başcısı, Azərbaycan MEA-nın prezidenti, mədəniyyət naziri, DTQK-nın sədri, gənclər…naziri, konservatoriyanın rektoru, prezident aparatında qanunlar yazanlar «rusfason»…
Azərbaycanın təhsil nazirliyinə bir saat da müəllim işləməyən «rusfason» bir «raykom» qadın üç il başcılıq etdi. Bunu ancaq milli mənəviyyatı dağıtmaq siyasəti adlandırmaq olar. Heydər Əliyev hakimiyyətə yenicə gəlmişdi. Hələ prezident də deyildi. Teletamaşaları yenicə qızışdırırdı. Lidiya Rəsulovanın təhsil naziri qoyulması haqda sərəncama qol çəkərkən belə bir söz dedi: «Bir nazir vəzifəsini buna çox görüblər…»
Milli hökumət dövründə «rusfason kommunist» Lidiya Rəsulovanı ruhi-mənəvi sistem olan sosial təminat naziri vəzifəsindən uzaqlaşdırmışdılar. Düzgün də etmişdilər. Milli mahiyyəti dəyişmiş adamlar millimənəvi dəyərlərə uyğun özünütəsdiq mexanizmi, milli varlıq proqramımilli ideologiya yarada bilməz, milli dövlətçilik siyasəti yeridə bilməzlər. Buna görə onlar millimənəvi sistemlərdə, xüsusilə  başçı vəzifələrində işləməməlidirlər. Onların qabiliyyəti ancaq Moskvadakı «qohumları»nın yazdıqlarını eybəcər tərcümə etməyə çatır. Mənəvi sistemlərin başında ancaq milli mahiyyətli, bacarıqlı aydınlar durmalıdır. Düzdür, sonradan bu qadın Heydər Əliyevin «məddahlar ordusu»nun əsas üzvlərindən birinə çevrilmədiyindən səhnədən çıxarıldı.
Hökumətin nəzarətsizliyindən bu ölkədə dövlət dilinin, millətin adını kim necə istəyirsə elə də yazır, mahnı qoşur, TV-də səsləndirir – Azərbaycan türkcəsi, azəri türkcəsi, azəri dili, azəri millətiAşağı səviyyəli şairlər, həvəskar bəstəçilər, mahnıqoşanlar «meyxana»larında fəxrlə «Azəriyəm mən deyib dərindən anlamadıqları sözlərlə gənclərin milli şüurunu dolaşdırırlar. Bir adam çıxıb demir: ay oğul, dil «türkcə» olmaz, azərilər farsdilli, geri qalmış bir tayfadır. Aydınlarımız illərlə çalışıb azəri uydurmasını şüurlardan silmişdilər. İndi azərilik yenə başımızın bəlasına çevrilib. Bu görümdə Heydər Əliyevin dil haqqında fərmanları yalan bəyanatlardan başqa bir şey olmur!
Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyov, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Hökumə Qurbanova da də rusca oxuyublar. Amma onlar «rusfason»a yox, dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın qoruyucularına, gəlişdiricilərinə çevriliblər. Deməli, milli ruhlarını itirməyiblər.
Bu yaxınlarda atasını sovet rejimi, özünü Heydər Əliyevin yetişdirdiyi, mətbəxində itlə birgə yemək yeyən bir «rusfason» Əliyevçi qəzetə müsahibə verib demişdi: «Mən millinin olduğunu başa düşə bilmirəm». Belələrinə «başa düşmək» üçün deyirik: milli – Azərbaycan  Respublikası, onun himni, üçrəngli, ay-ulduzlu bayrağıdır. Milli – «Dədəm Qorqudun kitabı», Azərbaycan muğamları, Azərbaycan sazıdır. Üzeyir bəyin «Koroğlu» operası, onun uvertyurasıdır. «Mani», «Heyratı», «Qarabağ şikəstəsi», «Tərəkəmə», «Vağzalı-Mirzəyi», «Çoban Qara», «Füzuli kantatası», «Rast», «Şur», «Karvan» simfonik muğamları, «Yanıq Kərəmi», «Dilqəmi», «Ruhani», «Şirvan şikəstəsi», «Kəsmə şikəstə»dir. Cabbarın, Şövkətin, Saranın, Rübabənin, Alimin səsidir,  analarımızın laylasıdır. Milli Mirzə Fətəli Axundov, Hacı Zeynalabdin Tağıyev, Məmməd Əmin Rəsulzadə, Cəlil Məmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Şəhriyar, Cavad Heyətdir
Yalquzaq düşmənlərlə mübarizədə tək qalmış Nəriman Nərimanov deyirdi: «Türk dili Azərbaycanın dövlət dili elan olunub o bu dilin hüquq üstünlüklərindən  bütünlüklə yararlanmalıdır. Heç kəs onu aradan götürə bilməz, bunu bacarmaz. Azərbaycan bildiyimiz siyasi, iqtisadi mülahizələrə uyğun olaraq özünün torpaqlarından, təbii sərvətlərindən keçə bilər, amma doğma dilindən keçə bilməz o heç kimin bu dili gözdən salmasına yol verməz. Qoy Azərbaycanda çeşidli bəhanələrlə türk dilinə qarşı çıxanların hamısı bunu yaxşıyaxşı bilsin!». 1894-cü ildə «neft və milyonlar səltənəti»ndə kasıblar üçün ilk kitabxana – oxu evi açan, dilimizi, millətimizi, milli ruhumuzu, dövlətçiliyimizi qoruyub yaşatmağa çalışdığına görə öldürülən, şəhid Nəriman Nərimanovdur milli! Heydər Əliyev isə antimillidir.
Daha yüzlərlə, minlərlə belə milli vardır. Milli ruh dil, təhsil, təlimtərbiyə, yaşam tərzi ilə ana südü kimi «qana» keçir. Bunlarsız böyüdülənlərdə milli ruh olmaz.

Tikmə, kənar ol, gözümə milləti!
Neyləyirəm milləti, milliyyəti?! deyər beləsi.

Antimilli Heydər Əliyevlə «rusfason»lar birləşib «qeyrimilli», «şirinbala» İlham Əliyevi prezident edə bilsələr, Azərbaycanda «milli» qalmayacaq.
Biz Azərbaycanda milli-mənəvi dəyərləri dağıdan, milli ruhun, milli ideologiyanın formalaşmasına mane olan səbəblərin bir neçəsini saydıq. Onlar çoxdur, çoxdan çox!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv