Asif Ata. Həqiqətlər (III Yan Bitiq) davamı

YALANLAR VƏ HƏQİQƏTLƏR
Sosializm və Demokratiya Yalanı.
a Sosialzim, ya Demokratiya Həqiqəti.

Sosializm və Milli Müstəqillik Yalanı.

Ya Sosializm, ya Milli Müstəqillik Həqiqəti.

Sosializm və Çoxrəylilik Yalanı.

Ya Sosialzim, ya Çoxrəylilik Həqiqəti.

Sosializm və Beynəlxalq Əməkdaşlıq Yalanı.

Ya Sosializm, ya Beynəlxalq Əməkdaşlıq Həqiqəti.

24 Arzu günü, Xəzan Ayı, 10-cu il. Bakı.

YAD DOĞMALAŞMALAR

1. Zəhmətkeşlə Mülkiyyət arasındakı Yadlığı Təsərrüfat he­sa­bı, Kirayə vasitəsiylə aradan qaldırmaq istəyirlər və unudurlar ki, Yalançı Doğmalıqdan daha dəhşətli Yağılıq törəməlidir.

2. Respublikalarla İttifaq arasındakı Yağılığı Müstəqillik aldanışıyla aradan qaldırmaq istəyirlər və unudurlar ki, Yalançı Doğmalıqdan daha dəhşətli Yağılıq törəməlidir.

3. Xalqla Dövlət arasındakı Yağılığı Demokratikləşmə Xülyasıyla aradan qaldırmaq istəyirlər və unudurlar ki, Yalançı Doğmalıqdan daha dəhşətli Yağılıq törəməlidir.

Yalançı Doğmalıq Yadlığına tapınırlar Təzələr və Təzə Yağılıq Yaradırlar.

 

“TƏZƏ” BEYNƏLXALQ SİYASƏT

Bəşər ölməsin – Şər yaşasın!

 

SİYASİ İSLAHATLAR

Amerika yerişi yerimək.

Sovet Prezidenti və Sovet Senatı Düzəltmək.

Təqlid Yadlığına çatmaq.

 

ANTİXƏLQİ İMPERİYA

Rus İmperiyası Rus xalqının belini qırdı;

Rus xalqı İmperiyadan xilas olmayınca Dirçəlməyəcək!

SSRİ HADİSƏSİ

Respublikalar İttifaqı olmayıb –

Zora ölkələr tabeçiliyi olub.

Xalqlar Dostluğu olmayıb –

Zora xalqlar tabeçiliyi olub.

Beynəlmiləlçilik olmayıb –

Zora milli tabeçilik olub.

Respublika olmayıb –

Zor hakimiyyəti olub.

MİLLƏTLƏRƏ “TƏZƏ” MÜNASİBƏT

Elə açılın ki, həmişəlik bağlanasınız!

GƏNCLƏRƏ “TƏZƏ” MÜNASİBƏT

Elə bağır ki, əsil həqiqət eşidilməsin.

KAPİTALİZM POTENSİYASI

(Daxili İmkanı)

Sosializmdən yan keçmək.

SOSİALİZM POTENSİYASI

(Daxili imkanı)

Kapitalizmə Yönəlmək.

BƏNZƏRLİK

Kapitalizmdə zəhmətkeş Mülkiyyətinə Kapitalist Sahib olur.

Sosializmdə zəhmətkeş Mülkiyyətinə Dövlət sahib olur.

 

BƏDNAMÇILIQ

Sosializmin ən böyük bədnamçılığı ondadır ki, o, kapitalizmi doğruldur.

TARİXİ YALAN

Zəhmətkeş hakimiyyəti əvəzinə – Marksist hakimiyyət – yəni xurafat hakimiyyəti.

Zəhmətkeş Dövləti əvəzinə – Marksist Dövlət – yəni xurafat dövləti.

Zəhmətkeş Mülkiyyəti əvəzinə – Dövlət mülkiyyəti.

ÇEVRİLİŞ

Kapitalizmdən azad olmaq – Mütləq Azadsızlıq yaratdı.

Kapitalizmdən azad olmamaq – Nisbi Azadlıq yaratdı.

ŞƏR TƏLƏSİ

Şər özü yaratdığı Demokratiya Tələsinə düşüb – çıxa bilmir.

 

LATVİYA MİLLİ CƏBHƏSİ

İttifaqda qalmaq Fəlakətini İttifaqdan qoparmaq səadətiylə yola vermək cəhdi.

QORBAÇOV MÜDRİKLİYİ

Konservatorları Ekstremistlərlə qorxutmaq istəyir, Ekstre­mist­lərdən qorunmaq üçün konservatorlara üz tutur.

Hər iki qüvvəni hiddətləndirir.

19 Murad günü, Yağış Ayı. 10-cu il. Bakı.

DƏLİ GƏLİŞİ

İmperiyalar ölməyə başlayanda hakimiyyətə dəlilər gəlir – atını nazir elan eləyən Roma imperatoru dəli Kaliqula kimi…

ƏQİDƏ GENİŞLİYİ

Pribaltika kommunistləri Qorbaçovdan yapışırlar, erməni kommunistləri Vazgendən, azərbaycanlı kommunistlər də – Paşazadəyə yönəlirlər.

QEYRİ-FORMAL TƏŞKİLATLAR

Sirk Atları – təp-təzə, yüyrək.

QORUYAN

Kommunist Partiyasının başçısı Birləşmiş Millətlər Təşki­la­tının xitabət kürsüsündən bəşəriyyəti kommunizmdən qorumaq vədi  verdi – gurultulu alqışlar altında.

SİYASƏT XƏYANƏTİ

Siyasət naminə İranı Xomeyniyə qurban verdilər, Ermənis­tanı Vazgenləşdirdilər, indi də Azərbaycanda İslamı tüstülən­dirirlər.

 

MOLLA ZƏRURİYYƏTİ

(Sovet şeyxülislamı Paşazadənin deputat təqdim olunması)

Demokratiya sirkində bircə Molla Ayısı çatışmırdı.

 

TƏZƏ SEÇKİ

Köhnə seçkisizliyin təzə biçimi.

TƏZƏ ŞƏR VALİSİ

İmperiya İtlərinin ən səfehi və ən hay-həşirlisi.

ŞƏR QİYMƏTİ

Bakı nümayişini Tayfabazlığın, Hakimiyyət uğrunda Döyü-şün ayağına yazırlar Şərçilər, Xalqı təhqir edirlər.

Nümayişdə xalq öz ləyaqətini qorumaq istədi, bacarmadı, çünki xəlqi ləyaqət Ehkamın, Quruluşun, Təşkilatın məhvini tələb edir, bunun üçün Mitinq üsulu yararsızdır.

QARABAĞ MUXTAR VİLAYƏTİNİN

XÜSUSİ SƏLAHİYYƏTİ

Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının xüsusi biçimi.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv