[…]
Posts Tagged ‘Paşa Talıblı. Şeirlər’
Paşa Talıblı. Şeirlər
Fevral 21st, 2024
admin Mənim şeirlərim elegiyadı… … tapdadı içimi atlı qarışqa, tapmadı içimi adlı qarışqa, qağayı burnu tək duzlaşıb içim. … göylərə yaraşır elə göy adı! Mənim şeirlərim elegiyadı, mənim şeirlərim başsağlığıdı…
Paşa Talıblı. Şeirlər
Yanvar 1st, 2024
admin Fəxri xiyaban … …nə qədər yer desən – Allahın altda səhra uzununda, düz enində, bax! Mövlam tərəfindən ismarlanmışam; diriyəm həmişə söz önündə, bax! Mənəm – ayağı cüt, izləri tək-tək!.. Yoxuşum boydadı enişim mənim… …təkkə türbəsidi, şah məzarıdı – Baş xiyabanlarda nə işim mənim?
Paşa Talıblı. Şeirlər
Dekabr 15th, 2023
admin Bir sevda ver mənə, Tanrım… Bir sevda ver mənə, Tanrım, mənə bir, mənə bir sevda! …aya bir, ilə bir vermə; günə bir, günə bir sevda! …bir sevda ki, dərd elə ver! …bir dərdini dörd elə ver! …ələklə ver, irdələ ver dənə bir, dənə bir sevda!
Paşa Talıblı. Şeirlər
Dekabr 5th, 2023
admin Bir könüldən min könülə… …məni haramdan vurdular, oramdasan, könül yaram! Könlümdəsən, könül sevən, yaramdasan, könül yaram! …ox dəydi sevər yerindən, yaralandı Bamsı Beyrək. Yar alandı, könül yaram, əynimdəki qanlı köynək…




Posted in
Tags:
