Xaliq Bahadır. 94 yaşında yetim

 

“Məndə vətən həsrəti indi dil həsrətilə əvəz olunub”,- bu acıdan-acı sözləri oxuyanda içimdən sızıltı keçmiş, gözlərim dolmuşdu. Deyəsən, bir il qabaq idi. Bu sözlərdəki sonsuz ağrı-acını yalnız xalqına, onun dilinə bütün əriş-arğacıyla bağlı olanlar, başlıcası da gerçək yazarlar sezər, duya bilər.

O adda biri var, illərdir Yazıçılar birliyinin başdaduranlarındandır. Xalqdan uzaq, xalqın dilindən uzaq, ancaq “xalq yazıçısı”. Sən dilinlə, yaradıcılığınla bu xalqa yadsansa, Bakının ortası iş, yaşayış yerin olsa da, fəlsəfədə deyildiyi kimi: “özündə nəsnə”dən özgə nəsə deyilsən. Olmaz, olamazsan! Ardını oxu »

Paşa Talıblı. “Alnımın küncündə bir şam ağlayır…”

                                                                                                                                                                                                                                                                                                                                                                                                                Yoxluğun şəkli…



…sən bir heçsən, sən heç kimsən,
heç nəsən , heç kimsən daha.
Hamının içində yoxsan,
hamıdan seçkinsən daha.

…göz üstündə yoxsan — gördüm,
əl içində yoxsan — gördüm!
Gördüm — hamı var, sən yoxsan,
el içində yoxsan — gördüm! Ardını oxu »

Günev Atalı. İnam Evi – İnsanlığın Carı

 

Qardaşım İnam Evinin mahiyyətini andatdı. Hər bir inancın özünün ünvanı olub. Buddistlərin məbədləri, zərdüşt məbədləri, sonra səmavi dinlərin məscidi, kilsəsi, sinaqoqu olub.  Bizə görə çatışmazlıqlar olub insana münasibət baxımından. Həqiqət nisbi mənada, ədalət nisbi mənada, azadlıq, vətən anlamı, İnsanlıq, ruhaniyyat nisbi mənada öyrədilib. Ata deyirdi bunlar bəşəriyyətin yarım işıqları idi gəlmişdilər. Ancaq səmavi dinlərin olduğu yerlərdə getdikcə qaranlıqlar artdı. İnsanı elə günə saldılar ki, bu gün insan mənəviyyatdan, müqəddəslikdən daha çox hərisliyə meyillidir. Fərasətli sözünü fırıldaqçı, rüşvətxor, nanəcib adamların ünvanına deyirlər. Ona görə Asif Ata mənəvi ehtiyacdan ortaya çıxdı. Asif Ata Ocağının bütün işlərini bu ehtiyacı ödəmək üçün qurdu: kitablarını, Evladlarını, İnam Evini. 11-ci il, Ata Ayının 27-də Ataya söz vermişdim. Bəlkə də fərqinə varmadan demişdim. Ardını oxu »

Xaliq Bahadır. Daha bir aşama… gözləntili yaşama!

(Qarşıdakı beş ildə bizi nələr gözləyir?)

Sıradışı seçki

Hakimiyətin ABD ilə kəskin qarşıdurması superdövlətin “yenilməsi” ilə sonuclandı. Yanlar uzlaşmaya gəldilər. Demək, ABD 30 illik əliyevçi rejimə superdemokratik seçki yoluyla daha beş illiyə legitimlik hüququ tanıyır. İ.Əliyev isə Moskvanın deyil, Vaşinqtonun diktəsiylə Ermənistanla barışığa gedir. Müxalifətimizin interpretasiyasına görə, belə bir praqmatik uzlaşma nədəniylə Amerika Azərbaycanda demokratiyanı bu “mərhələdə” istəməsə belə, ertələməli olur.

İnandırıcı olsun deyə, arqumentlər də göstərilir. 1) geopolitik güdüklər; 2) Ermənistanla barışın gərəkliliyi; 3) müxalifətin indiki gücsüzlüyü. Başqa sözlə, Amerika bütün bunları daş-tərəziyə vurmaqla Azərbaycanda demokratiyanı “indiki mərhələdə ertələmək qərarı” verib. Çox gözəl! Göz önündəki gerçəklik prizmasından yanaşmaqla bunların hamısı inandırıcıdır, özü də çox inandırıcı.

Ancaq… gəlin burasına baxaq. Ardını oxu »

Elana İnamçı. İnam Evi – İnsan kimi yaşamaq istəyənlərin ünvanı

Mən bir məsələyə toxunmaq istəyirəm. Ocağın Bayrağına irad tutanlar var. Bizim dövlət bayrağımız üçrənglidir. Hərəsi bir məna daşıyır. Başqa-başqa ideyaları süni şəkildə birləşdirib bayraq yaratmaq heç kimi rahatsız eləmir, ancaq Ocağın bayrağı rahatsız edir. Mənasızdır dövlət bayrağının boyaları, çünkü milliliyi bütöv şəkildə ifadə etmir. Ocağın Bayrağı  isə İnsanlaşmaya çağıran müqəddəsliyin rəmzidir. Ardını oxu »

Abil Ulusoy. İnam Evi Azərbaycan Ruhunu Yadlıqlardan Qoruyan Ünvandır

(“İnam Evi Günü”ndəki çıxışından)

İstanbulda bir kitab aldım. Dünyaya yön verən yüz filosof. Orda oxumaq imkanım olmadı. Bakıda onu kifayət qədər yaxşı incələdim. Hər biri haqqında bioqrafik məlumatlar var. Həmin filosofların dünyaya nəylə yön verməsi ilə bağlı xırda yazılar var. Həmin kitabda yazılanların dünyaya yön verməyi əslində qərbin dünyaya yön verməyidir. Qərb ağalığının özünü təsdiqi idi o filosofların timsalında. Şərq orda təmsil olunmamışdı. Dünyaya yön vermək isə, əslində dünyanın siyasi, ruhani mənzərəsini həmin filosoflar vasitəsilə çatdırırlar. Yəni dünyanı, həyatı, insanı dərk eləmək kitabda göstərilən yüz filosofun iradəsinin ifadəsi kimidir. Bunlar da hamısı qərbdən gələn bir iradədir. Qərb ağalığı, qərbin ruhani ağalığı, siyasi ağalığı və dünyanın, insanın, nicatını tamamilə qərbə bağlayırlar. Mən bunu nəyə görə dedim, son vaxtlar Azərbaycanda ziyalı adlanan kəsimin də bəlli çıxışları olur. Filosof kimi təqdim olunanlar var. Ardını oxu »

Nurtəkin Atalı. İnam evi – Özümlü aqibət birliyi

İnam Evi Günümüz qutlu olsun.
Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! Onların inancının gələnəyini kim qoruyacaq? Hər torpağın, iqlimin etkilədiyi, yaratdığı xarakter var, gen var. Milli xarakter, milli gen də özündə dəyişməz bir şeylər daşıyır. Əgər o xarakter, o inanc uyum sağlayırsa , o inanc milli düşüncədən, ruhdan, gendən gəlirsə onun zəmini möhkəm olduğu kimi sabahı da möhkəm olacaq. Ardını oxu »

Soylu Atalı. Türkləşmənin Yanlışları

Sosial şəbəkələrdə bir sıra çağdaş türkçülərin türkçülüyü köhnəliyə dayanıq görsənişlərdir. Məsələn, ən çox yayılan şəkillər sırasında bozqurddur, əynində zirehli geyim, əlində topuz, qılınc, nizə tutan, at belində qorxunc baxışlarla baxan qıpçaq soylu kişilərin şəkilləridir, yayı dartıb ox fırladan gözəgəlimli qız şəkilləridir, bir-birini acımasız olaraq doğrayan döyüş şəkilləridir. Eləcə də, dəlisayaq görkəmdə şaman şəkilləri i.a. Bu təbliğatlarla doğrudanmı türklüyün dirilişini başa gətirmək olar?! – Sanmıram. Dünyaya bununla nə mesaj ötürülür, axı türklük nə deməkdir, türk kimdir?! – Birinci, bəşəriyyət totemizm çağını çoxdan adlayıb. Çağdaş soydaşlarımız türklüyü totemizmlə “diriltməyə” qayıdır. Yay, ox, qılınc, nizə artıq muzeylərdə saxlanılır. Çağdaş soydaşlarımızın şüuru muzeylərə yönəlir.
Şamanizm bəşəriyyətin ən ilkin (ibtidai) inanc növü olan animizmin qalığıdır. Çağdaş soydaşlarımız animizm sevdası ilə millətləşmə aşaması keçmək istəyir. Ardını oxu »

Asif Ata. Çirkin Dünya

Köləlik çirkinliyi. Zəlillik çirkinliyi. Cəhalət çirkinliyi. Qəbahət çirkinliyi. Xəbislik çirkinliyi. Xəsislik çirkinliyi. Heyvanilik çirkinliyi. Şəhvanilik çirkinliyi. Fitnəkarlıq çirkin­liyi. Riyakarlıq çirkinliyi. Hərislik çirkinliyi. Sünilik çirkinliyi. Yalan çirkinliyi. Xülya çirkinliyi. Xəyal çirkinliyi. Küdurət çirkinliyi. Qorxaqlıq çirkinliyi. Ruhsuzluq çirkinliyi. Həqiqət­sizlik çirkinliyi.
Duyğu karlığı, idrak korluğu. Harınlıq vəhşiliyi, qan içmək vəhşiliyi, yadlıq, özgəlik vəhşiliyi, gözəlliyə, ülviliyə biganəlik vəhşiliyi! Hərcayilik əsarəti! Var-dövlət əsarəti! Əyri yol əsarəti! Cismani nəşə əsarəti! Bər-bəzək əsarəti! Təmtəraq əsarəti! Ardını oxu »

Paşa Talıblı. Şeirlər

Mən sözü torpağa gec əkdim bir az…

… ümidim olmadı bu gələn yaza,
mən sözü torpağa gec əkdim bir az.
Neylim, bu ümidnən çata bilmədim,
sözün meydanına gecikdim bir az.

Sözün meydanına gecikdim bir az,
elə hey “gecikdin” dedilər, neylim!
… yedilər payımı ümidyeyənlər,
bu yaz ümidimi yedilər, neylim!

Dedilər yeməkdən ümid yaxşıdı…
… bir əlim daş oldu, bir əlim yazan!
Mən sözü torpağa gec əkdim bir az…
… ümidim olmadı bu gələn yaza! Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv