Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. Milli Dəyərlərin soyqırımı

Tarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə, eləcə də namusu hədələmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi. Peyğəmbərin soyuna bağlı adamlar, onun yaxın […]

Yadigar Türkel. ULUSAL ÖZÜNÜANLAMA DƏRSİ, YA DA İT OLUM, QURD OLUM, TÜRK OLMAYIM, BƏY OLMAYIM DÜŞÜNCƏSİZLİYİ (Politik ağı)

Bu günlərdə Rus-erməni-sovet-mason bolşefaşisminin törəmələrindən biri belə axmaqladı: «Azərbaycana heç kim bəylər-xanlar boyda pislik etməyib!». Yadıma yaşılların 1988-ci il fevralın 19-dan Bakıdakı başçısız, dağınıq çıxışları düşdü. Geri boylanıb oçağkı, elə indiki yiyəsizliyimizdən utandım. Onda Ermənilərin Zori Balayan kimi ideoloqu vardı, Ermənistan SSR Elmlər Akademiyasının prezidenti Ambarsumyan, Silva Kaputikyan kimi yanları ulusunun qabağına düşüb, yalan-düz, onun […]

Xaliq Bahadır. Böyük uğurlar balaca uğurlardan başlayır

Öndə Azərbaycanın düşmənlərini yenməyə yönəlik döyüşən Ordu, arxada Azərbaycanı illərlə yenən, yenməyə yönəlik satqın-korrupsioner məmur ordusu. Ölkəni yalana-yaltaqlığa bürüməklə illər uzunu xalqa yenilgənlik aşılayan korupsioner rejimlə gərəkən aşamaları aşmaq, gerçək, dayanıqlı uğurlar qazanmaq olmaz! Dünyanın ən güclü ordusu olsa belə, ön cəbhənin gücü arxa cəbhəyə bağlıdır. Arxa cəbhəyə baxın, bu, bütünlüklə korrupsiya cəbhəsidir – bir […]

Soylu Atalı

Soylu Atalı. Ümumtürk Hərəkatı başlamalıdır

Nəhənglər yaralananda yan-yörələrindəkiləri gəmirməyə başlayırlar. Elə olanda güclülər döyüşür, balacalar ayaqlar altında qalır… 70 il özünü dünyanın birinci yerində güclü sayan Rusiya axır ki, böyük istəklərində yaralandı. Bununla da yedəyindən açılmaq istəyənləri çağaşırı əzməyə başladı. O bu çağa qədər ən böyük saldırıları Azərbaycana qarşı yönəldib. Vətənimizin böyük bir kəsimini əlimizdən alıb erməniyə bağışlayıb. Bu azmış […]

Xaliq Bahadır. Azərbaycanda ildən ilə artan boşanmaların arxasında hansı güc dayanır?

“Milli Məclis” adlanan yerdə ölkəmizdə ildən ilə artan boşanmalarla bağlı dinləmə keçirildi. Bu, çox gərəkli iş idi, ancaq… İndiki siyasi sistem ortamında belə dinləmələr formal xarakter daşıyır, gerçək bir iş görmək üçün deyil, xalqı aldatmaq amacı ilə keçirilir. Ortada bu “müxalifət” tezisini doğrulayan iki önəmli fakt var: 1) bütünlüklə ANTİMİLLİ xarakter daşıyan indiki siyasi sistem; […]

Yadigar Türkel. AZƏRBAYCAN ORDUSUNDAN ANILAR

“Redaksiyadan” Redaksiya polkovnik İsrafil Bəydən aşağıdakı məktubu almışdır: Sayğılı redaktor bəy, 1920-ci ildə bolşeviklər Azərbaycanı tutandan sonra mən İran, Ərəbistan, Hindistan, Misirdə iki il avaratək dolaşıb sonda İstanbula gəldim. Burada, 1923-cü ilin başlarında Azərbaycan Ulusal Qurumunun başçısı Məhəmməd Əmin bəy Rəsulzadə məndən onun üçün Azərbaycan Cümhuriyəti Ordusundan anılarımı yazmağı istədi. Mən bu istəyi yerinə yetirdim. […]

Xaliq Bahadır. İşğalçı rejim girovluğundakı xalq

Bu ölkədə hamı girovluqdadır – İŞĞALÇI rejim girovluğunda. Müəllim məktəbdə, həkim xəstəxanada, alim Akademiyada girovluqdadır. Milyardların gəlib getdiyi ölkədə 150-300 manata qulluq edən bu adamlar tək aşağı-yuxarı seçkilərdə deyil, eləcə də gərəkən hər yerdə, lap elə məhkəmədə də yuxarıdan tapşırığa boyun əyməyə, ağa qara, qaraya ağ deməyə borcludur. Bunu biz alim dostumuz Yadigar Türkelin son […]

Soylu Atalı. Azərbaycanın siyasi yeri Türk Dünyasındadır

Çağdaş dünyanın mənzərəsini göstərməyə çalışan qüvvələr, eləcə də ayrı-ayrı yazarlar olduqca qarışıq fikirlər formalaşdırırlar. Söz yox, bu qarışıqlığı bilərəkdən, istiyərəkdən yaradırlar. Çünkü bütün yanaşmalar qrup, partiya, hakimiyyət maraqlarına uyğunlaşdırılır. Çoxları elə düşünürlər, Batı ölkələrində hər cür yanaşma hakimiyyət maraqlarına deyil, dövlət maraqlarına hesablanır. Biz burada hər bir incə məsələnin yerini gözləmək üçün “əsil dövlət”, ya […]

Vətən sevgisi – onun dəyərlərini tanımaqla yaranır

Vətən – onda yaşayan dəyərlərə görə müqəddəsdir (Soylu Atalı). Hər bir vətən övladı onun dəyərlərini tanımalı, qorumalı, öz varlığını ona bağlamalıdır. Onda dövlətçilik də qüdrətli olur. Çünkü dövlətin yönəticiləri vətəni sevənlərdən təşkil olunur. Birliyi də onlar yaradır. Milli düşüncənin gəlişməsini də onlar yürüdür. Bir sözlə, millətləşmə prosesi “milli özünüqoruma sistemi”nin bərpası ilə baş tutur və […]

Soylu Atalı. Rusiyanın istəklərini pozmaq gərəkdir

Toplumun üzdə olan aktiv kəsimi bilir ki, Rusiya üçün tarixlərinin önəmli bir səhifəsini yazan Pyotr Azərbaycanla və Türkiyə ilə bağlı plan sərgiləmişdir (çoxları bunu Pyotrun rus millətinə vəsiyyəti kimi eşitmişdir). Bu planla onlar Qafqazda Azərbaycanın bir dövlət kimi varlığına son vermək istəyi güdürlər. Azərbaycan dövlətçiliyini biryolluq yenməklə Türkiyəni parçalayıb əsarətə götürmək (PKK və başqa terror […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv