Onlar iki qardaş, iki yoldaş, iki arxadaşdılar. İki QAN qardaşı, iki YOL yoldaşı, iki DÜŞÜNCƏ (ideya) arxadaşı. İllərdir araya girməklə onları barışmaz yağılara çevirmək istəyənlər var: Azərbaycanda da, Türkiyədə də. İllərdir onları gözdən salmağa çalışanlar var: Türkiyədə də, Azərbaycanda da. İndilər də biz belə dönəm yaşamaqdayıq: Azərbaycanda da, Türkiyədə də. Bir-birinə çox bağlı antiTürk rejimlər […]
Archive for the ‘Türk Dünyası’ Category
Vətənin özgürlüyü İnsandır
May 26th, 2016
admin (Ocağın yeni səfərləri) Hamıya – “Vətəni qorumaq gərəkdir” deyirlər. Ancaq heç kimə “İnsanı qorumaq gərəkdir” demirlər. Bunu öyrətmirlər. Ən yaxşı halda, insanı bioloji-fiziki qorumağı əsas götürürlər. Bu görəvi dövlət daşıyır. Ancaq insan, hər anlamda, tam olaraq qorunmur. Pulçuluğun ictimai quruluşa çevrildiyi dünyada insanı qorumaq özünü doğrulda bilməz. Belə bir quruluşda insan dəyərini itirir: – onun […]
Xaliq Bahadır. Dünya bazarında Azərbaycan
May 25th, 2016
admin Bəlli bir ailənin çoxillik yağıcasına ağalığı üçün Azərbaycan 1993-dən dünya bazarına çıxarılıb. Alan dünya gücləridir, satan Əliyevlər. Təkcə 1993-2010-cu illər arasında Əliyevlər ailəsi bircə Ofşor zonalara Azərbaycandan 48 milyard oğurluq pul ötürüblər. “Təkcə”, “bircə” – bunların hər birinin öz anlamı var: onlar yalnız 1993-2010-cu illərdə deyil, bütün hakimiyətləri boyunca Azərbaycandan milyardlarla dollarlıq oğurluq ediblər; o […]
Asif Ata. Əzəli, Əbədi Türkçülüyümüz
May 19th, 2016
admin 1. Mahiyyətimiz Türkçülüyümüz bizim mahiyyətimizdir. Ötəri, keçici, sonlu keyfiyyətimiz, xassəmiz deyil. Yəni mahiyyətimiz dedikdə, biz ruhaniyyatımızı deyirik. Türkçülük bizim xilqətimizdir deyirik. Türk inamından danışırıq, türk idrakından danısırıq, türk iradəsindən danısırıq. Ona görə də türkçülüyü zamanla ölçmək, şəraitlə ölçmək, cəmiyyətlə ölçmək, mühitlə ölçmək, siyasətlə ölçmək çox zahiri, çox səthi bir təmayüldür.
Nurtəkin Atalı. Ruhsal Səfərlər İnsan sevgimizin sevincidir
May 15th, 2016
admin Bu günlərdə Soylu Atalı ilə oxullarda görüş keçirmək istəyi ilə Sumqayıt şəhərinə yollandıq. İki oxulda olduq, hər iki oxul təhsil şöbəsinin icazəsinin gərəkliyini bildirdi. Onlara oxullarda toplantılar keçirməyi yasaq ediblər. Soylu Atalı bildirdi ki: “biz hər yerdə xalqımızın içində olmağa borcluyuq, olacağıq da, bunu heç kim bizə yasaq edə bilməz. Lap küçələrdə söhbətlər aparacağıq, milli-ruhsal […]
Soylu Atalı. Türkiyə türkçülüyə qayıtmalıdır
May 13th, 2016
admin Bu gün dünya siyasətçilərinin də, yazarlarının da, hətta sıradan adamlarının da diqqəti Türkiyəyə yönəlib. Bu diqqət – Ukraynaya, Gürcüstana, İrana, Suriyaya, İraqa, eləcə də başqalarına yönələn diqqətdən çox başqadır (fərqlidir). İndi araşdıra bilən də, bilməyən də, anlayan da, anlamayan da bir fikir səsləndirir: “axır ki Türkiyəni də bu oyunlara soxa bildilər”. Söz yox, bu fikir […]
Asif Ata. VƏCDLİ İDRAK (Nəsimilik)
May 13th, 2016
admin İNSAN Vəcdə gəlmək – ülvi mənaya dalmaq, onunla bir olmaqdır. Gözəllik öz əsil qiymətini vəcd məqamında tapır. İnsanı özündən (adi durumundan) ayıra bilməyən gözəllik natamam gözəllikdir. Ali hikmətə tam qovuşmaq – onu vəcdlə duymaq deməkdir. Ürəyin də çaylar kimi bir sel məqamı var. Bu məqamda ehtiras insanı öz sularında qərq edir. Vəcdsiz ürək – alovsuz […]
Xaliq Bahadır. Davudoğlunun suçu nə?
May 12th, 2016
admin Türkiyədə bu günlər ən çox dartışılan qonu budur: “Davudoğlunun suçu nə?” Hamı soruşur, ancaq ortada gərəkən bilgi yoxdur – bilgi adına bəlirlənənlər bilgidən daha çox bilgisizlik xarakterindədir. Başbaxan Davudoğlu ilə bağlı baş verənlərə Başbaxan Davudoğlu aydınlıq gətirə bilərdi, di gəl, onun bu yöndəki çıxışları duruma gerçəkdən aydınlıq gətirməyən dolaş-bulaş çıxışlardır. Başqa tür desək, Davudoğlu dəngəsi […]
Yadigar Türkel. Siyasi təşkilatların ideoloji baxışları və milli ideologiya
May 10th, 2016
admin Azərbaycanın siyasi partiyalarının ideoloji baxışları mürəkkəbdir. «Milli azadlıq hərəkatı»nın 80-ci illər dövrünün ilk ictimai-siyasi təşkilatı olan AXC ideoloji baxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını dirçəltməyə çalışır, onun türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasına əsaslanan milli özünütəsdiq-azərbaycançılıq yolu ilə gedirdi. XX yüzilliyin başlanğıcında demokratik prinsiplərin qoyuluşu və çözümünə görə Avropa dövlətlərinə də örnək ola biləcək Azərbaycan Xalq Cümhuriyyətində «millətçilik, […]
Zaur Qəriboğlu. Bura Vətəndir
May 10th, 2016
admin Artıq 24 ildir ki, Azərbaycan xalqı Qarabağ savaşında uduzmasının ağrılarını yaşayır. Bu illərdə torpaqlarımızın işğal olunduğu tarixləri ağlamaqla qeyd edir, sanki özünə olan inamını bərpa etməyə gücü qalmır. Ancaq aprel döyüşləri fərqli bir görsəniş ortaya çıxardı, millətimizin ümidlərində bir gəlişməni, ruh yüksəkliyini hər birimiz izlədik. Özünə qarşı inamı itirən bu xalq özünə güvənməyə başladı. O […]




Posted in
Tags:
