Archive for the ‘Türk Dünyası’ Category

Xaliq Bahadır. Onun regionu yox idi

Azərbaycan Özgürlük Axımının özül kişilərindən biri, mən deyərdim, başlıcası, dünyasnı dəyişdi. Bizimlə çoxdan bir olmayan Məhəmməd Hatəmi Tantəkin bizdən biryolluq ayrıldı. Savaş başlanğıcı Onun Ayrı Azərbaycan uğrunda savaşı ötən yüzilin 70-ci illərindən başlamışdı. Bu savaşda onun ən yaxın arxadaşlarından biri, bəlkə də, birincisi Əbülfəz Elçibəy idi. Sonra onların yolları ayrıldı, özü də biryolluq. Bu ayrılmaya […]

Yadigar Türkel. Milli ideologiya və mədəniyyət

İdeologiyanı formalaşdıran amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanları bir-birinə bağlayıb tərbiyə edən vacib mənəvi dəyərdir. O, insana zövq verib mənən zənginləşdirməli, tikiçiliyə, quruculuğa, yaradıcılığa yönəltməli, həyatı gözəlləşdirməlidir. İnsanın içindəki heyvaniliyin təbliği mədəniyyət adlana bilməz. Mədəniyyət yaradan insan içindəki aşağı keyfiyyətlərdən qurtulmağa çalışıb. Mədəniyyət ucalıqdır. Azərbaycanlılar da tarix boyu böyük mədəniyyət yaradaraq sivilizasiyaya yüksək mənəviyat payını […]

Göylü Atalının Ocaq səfəri

Çağdaş insanlarımızın ən əsas qayğıları nədir?! – Güzəran dayanıqlığını qurmaq, amansız gedişin basqısında məhv olmamaq üçün aramsız çalışmaq, başqalarından geri qalmamaq. Ədəbi ortamda bunların üzərinə bir az yazarlıqda birincilik, ödüllər əldə eləmək üçün yarışlara girmək, şöhrətlənmək üçün çabalar göstərmək də gəlir. Siyasətdə isə ortama xas çəkişmələr, oyunlar, bir-birini küçümsəmələr, satılmalar – qazanc uğuruna sövdələşmələr, daha […]

Xaliq Bahadır. Avropanın yalanı tanıma paradı

Almaniya Bundestağı da yalançı erməni “soyqırımını” tanıdı. Almaniyanın çoxillik kansleri Angela Merkel bu faktı “demokratiya kültürü” adlandırdı. Bu yerdə söz tapmaq, dillənmək, danışmaq  çətindir. Çətinlik nədədir? İllərlə bütün dünyaya demokratiya örnəyi olaraq böyük sayğıyla yanaşdığımız, oxşamağa, yolunu getməyə çalışdığımız Avropanın bir belə cılızlaşmasında, xırdalanmasında, gözgörəti ölüşgəməsindədir. Biz demokratiya parlaqlığı ilə işıq saçan bir Avropa yolçuluğuna […]

Yadigar Türkel. Milli ideologiya və dil

Azərbaycanın milli-mənəvi dəyərləri nədir? Bu öncə Azərbaycan Respublikası, Azərbaycanın millət və etnik qrupları – türk, rus, talış, ləzgi, yəhudi, tat, kürd, avar, saxur, buduq, qrız, xınalıq və başqaları  – azərbaycanlılardır. Azərbaycan yazda açılmış güllükdür, millətləri onun gülləri. Bu güllüyün ortasında bir qızıl gül bitib. O, türk millətidir. Yanında lalə, nərgiz, qərənfil, yasəmən… rus, tatar, talış, […]

Bakıda Dövlətçilik Bayramı ilə bağlı tədbirdə Soylu Atalının çıxışı

Soylu Atalı: … Bizə fərəh gətirəcək çox böyük dəyərlərimiz yaranıb. Eyni halda çox dərin də kədərlərimiz olub, yəni fəlakətlərimiz olub. Bu fəlakətlərimizdən birinin adını çəkmək istəyirəm. Maday dövlətinin süqutu, ona tarixdə Midiya dövləti deyirlər. Yunanlar onu Midiya adlandırıb. Madayların dövləti süquta uğradı. O dövrdə Əhəmənilər sülaləsinin nümayəndəsi Kirin başçılığıyla Maday dövlətinin başçısı Astiaqa qarşı üsyan […]

Xaliq Bahadır. Bakının arxitekturasından… aqrar sektoradək

Bakını Bakı olaraq tanıdan arxitekturası dağıdılır. Xalqın susqunluğundan Bakı darmadağın edilir. Bəllidir: çağ ötdükcə yeni-yeni tikinti-quruculuq işləri görülməli, ortaya Bakını çağdaş dünya arxitekturası ilə ayaqlaşdıran yeniliklər çıxmalıdır. Ancaq bu yeniliklər, dünyanın hər yerində olduğu kimi, keçmişə sayğı, keçmişə qayğı ilə edilməlidir. Bakıda bunlar yoxdur; indiki rejim başçıları elə bil bilərəkdən Bakını dağıtmağa girişiblər. Ölkəyə milyonlarla […]

Xaliq Bahadır. Sultan Səncərlə… Əziz Səncər

1993 çevrilişindən bu yana Azərbaycanda baş verənlər 2002-dən Türkiyədə baş verməkdədir.  1993-dən Azərbaycanda, 2002-dən Türkiyədə iki böyük öndər – Məhəmməd Əminlə Atatürk çeşidli yollarla aşağılanıb arxa plana keçirilir. Azərbaycanda Məhəmməd Əmin, Türkiyədə Atatürk kimlərdəsə qorxulu yaşantılar doğurduğundan onları arxa plana keçirib unutdurmaq gərəyi yaranır. Azərbaycanda Əliyevlər 24 illik hakimiyətləri boyunca Məhəmməd Əminlə çarpışma aparıblar, aparmaqdadırlar. […]

Ata Sonevi ziyarət yerimiz

(Asif Atanın sonevi yenidən işlənildi) Atanın üz qoyduğu torpaq qutsaldır. Vətəni, Vətəndə insanı dəyərləndirən, qoruyan ideya yaradıcılığı az-az olan işdir. Bu, yüzillərdə bir yol olur. Asif Ata yüzilləri qapsayan böyük ideyalar yaratmaqla Vətənini, ulusunu min il qabağa aparmaq yolu açdı. Ona görə onun üz qoyduğu torpağı ziyarət eləmək ulusal şərəfdir. Bu gün yüzlərlə soydaşımız Ərəbstan […]

Yadigar Türkel. AZƏRBAYCANÇILIĞIN TARİXİ, İDEYA QAYNAQLARI, GƏLƏCƏYİ

İdeya Yunan sözüdür, Türk dilində düşüncə, baxış, görüş deməkdir. İnsan sinir-nerv sistemilə doğadan (ərəbcə təbiətdən) aldığı bilgilərdən sözlər, ideyalar, baxışlar yaradır. İdeyalar gerçək (obyektiv), bir də düşüncəl (subyektiv) olur. Doğa bilimləri (ərəbcə elmləri) gerçək ideyaları öyrənir. Toplumsal-politik bilimlər gerçək ideyalarla yanaşı az da olsa düşüncəl ideyaları da öyrənir. İnsanlar ideyaları yaşamlarını qurmaq, çatışmazlıqlarını ödəmək üçün […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv