Asif Ataya tapınmaq məsələsi. Ocaqda hər bir fərd Asif Ataya tapınmağından qürur hissi keçirir. Təkcə Asif Ata Ocağının tədbirində deyil, dünyanın hər yerində qürur hissi keçirir. Həmin qürurla deyə bilərsən ki, xalq Ocaqdadır. Mən Azərbaycanın xəlqi mənasını sevirəm, heç kim mənim qarşımda durub bu xalqı aşağıladığımı deyə, bunu sübut eləyə bilməz, gücü çatmaz. Mənim ömrümə […]
Archive for the ‘Türk Dünyası’ Category
ASİF ATA. HƏQİQƏTLƏR
İyul 12th, 2016
admin I Əxlaqi kamillik – gözəl ağıl, gözəl mənəviyyat və gözəl fəaliyyətin vəhdətindən yaranır. Gözəl ağıl – mahiyyətə enən, dərin, narahat, qanadlı fikir deməkdir. Gözəl mənəviyyat – hissiyyat zənginliyi və təmizliyi, fədakarlıq, xeyirxahlıq, müqəddəslik duyğusu deməkdir.
Soylu Atalı. KƏPƏNƏKÇİ – ULU ELİM
İyul 10th, 2016
admin Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarım! Niyəsə Kəpənəkçi adını dilə gətirəndə, bu ad, sazımızın Urfanı havası kimi mənim ürəyimdə həmişə həyəcan doğurur. Körpəliyimə şirin vüsal bağışlayan laylalarım burada çalındığına görəmi, ömrümə məna, məzmun gətirən çayların, meşələrin, dağların əsrarəngiz gözəlliyinə şahidlik elədiyinə görəmi, Ulu Türkün qutsal harayı olan saza beşik quran Borçalının yavrusu olduğuna görəmi – Kəpənəkçi […]
Asif Atanın (İnam Atanın) gömüldüyü (İlk Torpaqda) “Amal Bağı”nda Soylu Atalının Ziyarət sözü
İyul 10th, 2016
admin (Günəş Ayının 21-22-də Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşları Üstün, Güntay, Göylü Atalılarla və Elçin (Həsənov) bəylə Atagün Elinə (Örənqalaya) ruhani səfər etmiş, tədbirlər həyata keçirmişdir.) Bu gün biz Asif Atanın gömüldüyü ilk torpağı – “Amal Bağı”nı ziyarət edirik. Əslində xalqın gələcəyini ziyarət edirik. Asif Atanın üz qoyduğu torpaq vətəndir, Asif Atanın üz qoyduğu […]
Üstün Atalı. Sevgidən doğan səfər (Qusar bölgəsinə səfərim)
İyul 6th, 2016
admin Dünyanı yenidən öyrənmək, həyatı yenidən duymaq, insanı yenidən bilmək – adamda necə ülvi duyğular oyadır. Bunları duymaq, yaşamaq gözəldir. Mənim bunlara varmağımın bir ünvanı da səfərlərdir. Canlı ünsiyyətlərin, doğmalığın aradan getdiyi bir zamanda, insanın balaca bir sevincə həsrət olduğu dövrdə belə bizim içimizdə ünsiyyət ehtiyacı, insanlarla doğmalaşmaq istəyi azalmır. İnsanlığın yaşadığını, yaşaya biləcəyini haraylamaq, yurdumuzun […]
Soylu Atalı. Türk dövlətlərinin birgə hərəkət qaçılmazlığı
İyul 1st, 2016
admin Bəşəriyyət Orta Doğunun timsalında ağlamalı günlərini yaşayır. İnsanlar qan içində çabalayır, yaşlılar, qadınlar, körpələr fəryad qoparır. Tükənməyən qırğınlar, tükənməyən dağıntılar böyük məqsədlərə qatılır. Dünyaya demokratiya yayılır – qırğınlar, vəhşətlər, nifrətlər, düşmənçiliklər biçimində. Dünyanı “ağ günə” çıxartmaq yönündə “Ağ evdə” planlar tutulur, əməllər becərilir. Tapıldığı (kəşf olunduğu) gündən yalnız qətllər, qırğınlar, terrorlar hazırlanır, yetirilir Amerika qitəsində. […]
XALİQ BAHADIR. SƏSSİZ SOYQIRIM
İyun 29th, 2016
admin Ölkədə 1993-dən bu yana soyqırım gedir – səssiz soyqırım! Bir neçə gün qabaq Səlyanda baş verən körpə ölümü o soyqırımın daha bir faktıdır. Səlyan Mərkəzi xəstəxanasının doğum şöbəsində üçəm uşaq doğulub. Uşaqları “modern” qutulara qoyublar. İşıq sönüb, uşağın ikisi oksigen çatışmazlığından ölüb. İşıq sönüb, bəs generator? Generator işləməyib. Elektrik, generator – suç bunlarda, ölüm faktının […]
GÜNEY AZƏRBAYCAN BÖLGƏ HADİSƏLƏRİ FONUNDA
İyun 28th, 2016
admin Göylü Atalı: Ürəyinizdə Günəş Olsun! Bu gün İran dövlətinin yörəsində gedən proseslər Güney Azərbaycanın taleyinə birbaşa etki göstərir. O Tay, Bu Tay Azərbaycana siyasi və mənəvi basqılar da artır. Bu nə ilə bağlıdır?! Bu suala cavab almaq üçün əslən Təbrizli Ağşın Ağkəmərlinin, Abil Ulusoyun, müxalif düşərgədə tanınmış aydın Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü […]
Aktyor evindəki görüşdən sonra ədəbiyyat tənqidçiliyi ilə bağlı Asif Atadan radio üçün götürülmüş müsahibə
İyun 19th, 2016
admin Aparıcı: Hörmətli tamaşaçılar, indi sizə təqdim edəcəyim müsahibimi ədəbiyyat həvəskarları yaxşı tanıyır. Yaxşı tanıyır o mənada ki, vaxt vardı 60-cı illərin axırından 70-ci illərin ortalarına qədər bu tanınmış tənqidçi-filosof jurnallarımızın, qəzetlərimizin səhifəsində Azərbaycan ədəbiyyatı haqqında, Azərbaycan mədəniyyəti haqqında fəlsəfi fikirlə, fəlsəfi fikir dərinliyi ilə müdrik sözlər deyirdi və öz poeziyasını, öz ədəbi qiymətvermə meyarlarından bacarıqca […]
Bütövlüyə doğru ideoloji konuşma
İyun 17th, 2016
admin Güney Azərbaycan fəallarının nümayəndəsi Hüseyin Türkelli, ideoloji mübarizənin tanınmış siması Xaliq Bahadır və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı milli mübarizə konusunda bir arada. Hüseyin Türkelli: “…Bilirsiniz ki, hal hazırda təkqütblü sistem var dünyada. Təkqütblü sistemin mənfi tərəflərindən biri odur ki, kiçik millətlərin manevr imkanları olmur. Amma milli iradə açısından danışsaq, Güney Azərbaycanda milli iradə bizim […]




Posted in
Tags: 