Archive for the ‘Türk Dünyası’ Category

Xaliq Bahadır. Bu xalqdan nə istəyirsiz?

Bizim hər birimizin yurddaş olaraq prezident-dövlət başçısı adını daşıyan İlham Əliyev başda olmaqla Əliyevlər ailəsindən soruşmaq hüququmuz var: bu xalqdan nə istəyirsiz? Ən azı, indiki referendum qərarından sonra bu soru günümüzün ən aktual sorularından biri, birincisi olmalıdır. Demokratiya ritorikasından tutmuş antikorrupsiya ritorikasınadək xalqı aldada-aldada Demokratiyanı diktaturaya, Respublika quruluşunu monarxiyaya dönüşdürdülər.

Soylu Atalı. Türkcəmizin ləyaqətini qoruyaq

Azərbaycanın siyasi faciəsi zaman-zaman onun həyatının bütün sahələrində özünü göstərib. Bu gün də biz həmin faciələrin ağırlığı altından çıxa bilmirik. Bəlkə də bizə ən böyük faciəni “Türkmənçay bağlaşması” yaşadıb. Tarixdə başqa xalqların aqibətinə də parçalanmalar düşüb. Ancaq heç bir xalqa parçalanma bizdəki kimi məzhəkə taleyi yaşatmayıb. Yurdumuzun bir parçasını Rusiya işğal elədi. O biri parçasında […]

Asif Ata. Sabah üstə (Beşinci Müqəddəs Kəlam)

Bu günün qarşısında 4 təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pul­çu­luq, Xaricilik. Bu günün qarşısında 4 əməl var: İnamçılıq, Xalqçılıq, İnsan­çılıq, Yurdçuluq. İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dün­ya­­çı­lıqdır, cənnətçilik-cəhənnəmçilikdir, Yaradan ağalığıdır, itaət­çilikdir, cəfəngiyyatçılıqdır. İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; islam insanı bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir.

Xaliq Bahadır. Dünyaya açılan Azərbaycan…

Onlar Azərbaycanı dünyaya tanıtmalarından çox danışırlar. Uzun illərdir Azərbaycanı dünyaya tanıdırlar. Tanıdırlar, ancaq… rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya ölkəsi olaraq. Tanıdırlar, ancaq… bütün bunların DÖVLƏT SİYASƏTİNƏ dönüşdüyü ölkə olaraq. Doğrudan da, AzTV-lər hər gün deyən kimi: indi Azərbaycanı bütün dünya tanıyır. Bugünlərdə dünya Azərbaycanı bir daha tanıdı: Azərbaycanda insan hüquqlarının tapdandığını ört-basdır etmək, siyasi dustaq sorununu malalamaq üçün Elxan […]

Soylu Atalı. Türkiyəmiz çöküşə doğru

  Sovetlər dağılan çağlarda ilginc bir eyforiya vardı. Hər kəs düşünürdü ki, 21-ci yüzil türk yüzili olacaq. Çünkü Sovet quruluşu türk birliyinin qarşısını alan güc faktı idi. Üstəlik Türkiyəyə qarşı düşmən mövqedə idi. Dost ola bilməzdi, çünkü bu dostluq SSRİ-nin dağılmasını sürətləndirə bilərdi. Ona görə əsarətdə saxladığı türk respublikaları ilə Türkiyənin hər hansı biçimdə ilişkilərinin […]

Xaliq Bahadır. Səssiz soyqırım

Ölkədə 1993-dən bu yana soyqırım gedir – səssiz soyqırım! Bir neçə gün qabaq Səlyanda baş verən körpə ölümü o soyqırımın daha bir faktıdır. Səlyan Mərkəzi xəstəxanasının doğum şöbəsində üçəm uşaq doğulub. Uşaqları “modern” qutulara qoyublar. İşıq sönüb, uşağın ikisi oksigen çatışmazlığından ölüb. İşıq sönüb, bəs generator? Generator işləməyib. Elektrik, generator – suç bunlarda, ölüm faktının […]

Soylu Atalı. Milli Müqavimət olmalıdır

Azərbaycanda ciddi siyasət yoxdur. Bu gedişlə olması gözlənilmir də. Çünki millilik yönündən siyasətə girişənlər tez dayandılar, yoruldular, əl çəkdilər. Bunun da səbəbləri var. İlk öncə onu demək olar ki, milli siyasət, daha doğrusu, milli var olmaq uğrunda siyasət yaratmaq və yürütmək istəyənlərimiz problemlərimizə dərindən yanaşmadılar, ağıl işlətmədilər.

XALİQ BAHADIR. Xaos strategiyası (II)

Politika, başlıcası da dövlət başında duranların yürütdüyü politika qurtardığı yerdə başlamadığı kimi başladığı yerdə də qurtarmır. Bu baxımdan Ərdoğanın Rusiya ilə indiki yaxınlaşmasına eləcə hansısa ötəri yanlışın düzəldilməsi faktı olaraq baxmağın özü yanlışdır. Bilindiyi kimi, bu günlər Ərdoğan yeni bir çağırışda bulunmaqdadır: “Dostları artırmaq, düşmənləri azaltmaq”. İstənilən dövlət çıxarları baxımından olduqca önəmli-gərəkli çağırışdır. Ancaq görün […]

ASİF ATA. İNSANİLƏŞƏN CƏMİYYƏT

Ağanın mənafeyinə yox, Sinfin mənafeyinə yox, Silkin mənafeyinə yox, Mücərrəd Ümuminin, Hamının mənafeyinə yox, – hər bir Şəxsin, fərdin mənafeyinə xidmət edən cəmiyyət – İnsani cəmiyyət sayıla bilər. Bu o deməkdir ki, Maddi Mülkiyyət bir kəsin yox, Mücərrəd Ümuminin, Hamının (Dövlətin) yox, hər bir fərdin malı olmalıdır. Bu o deməkdir ki, Mülkiyyətə zəhmətkeş sahib olmalıdır. […]

Xaliq Bahadır. Xaos strategiyası (I)

Ərdoğanın Rusiya ilə indiki barışıq-yaxınlaşması sosial şəbəkələrdə ikili reaksiya doğurdu. Kimlərsə buna qarşı çıxdılar, kimlərsə bunu alqışladılar. Mən birincilərdən oldum. Bizə qarşı çıxanlardan böyüklərindən görüb-götürdüyünə uyğun olaraq bizi sərt aşağılayanlar da oldu: sən demə, biz qlobal siyasətin nə olduğunu anlamırıq. Biz ölkəiçi sosial-politik baxışlarımızla da bağlı yanaşmalarla qarşılaşırıq: “siz prezidentin qlobal siyasətini anlamırsız”.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv