Bu günlərdə “BMT Baş Məclisi”nin yubiley sessiyası keçirildi. Siyasal dünyanın ağası kimi davranan ABŞ-ın dövlət başçısı Obama, gələnəksəl olaraq, dünyaya bir sıra ismarıclar verdi. Bu ismarıclar əslində zorüstə ağıl nümayişi idi. Müsəlman Allah anlamını dərk eləmədiyi üçün Allaha öz diləklərindən yanaşır. Başqa sözlə, Allahı öz diləklərinə uyğun təsəvvür edir. Özəllikcə, davamlı namaz qılıb oruc tutan […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı (Ocaq Yükümlüsü). İDEYA VƏ DEVİZ (ŞÜAR)
Sentyabr 25th, 2016
admin Bir var deviz, bir də var ideya. Deviz – bir arzunun sadəcə deyimdə ifadəsidir. İdeya isə arzunun, düşüncənin sistemli şəkildə həyata keçirilməsi üçün işlənib təqdim olunmasıdır. Məsələn, Əbülfəz Elçibəyin “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə” devizi. Göründüyü kimi, bu elə bir arzudur ki, işlənib prinsipial sistem halına gətirilməyib.
Yadigar Türkel. EY YAZIQ MÜSƏLMANLAR!
Sentyabr 15th, 2016
admin Sentyabrın 12-si müsəlmanların Qurban bayaramı günü idi. Saat ona işləmiş yaxındakı çörəkçidən təndir çörəyi, bir başqa dükandan da çap kağızı almaqdan ötrü evdən çıxdım. «Doktorlar evini»nin tinindən gedəcəyim dördyoladək iki yüz metr ola-olmaya. Sərhad adlı ətsatanın yemək-içmək, çörək, qutabbişirmə yerinə bitişik dükanının qabağı qoyun bazarına döndərilmişdi. Son 10-15 ildə Bakı qarış-qarış satıldığından, yeni Yasamalın yaya […]
Dəyərlərimizin dəyərini qoruyaq (Soylu Atalı ilə müsahibə)
Sentyabr 15th, 2016
admin Bu günlərdə dövlət xadimi, ixtisasca tarixçi alim Həsən Həsənov müsahibəsində atəşpərəstlik dininin banisi sayılan Zərdüştlə bağlı bəzi fikirlər söyləyib. O, Zərdüştlüyü atəşpərəst saymır və onu türksoylu xalqların düşüncəsinə, mənəviyyatına zidd sayır. Bununla bağlı tanınmış fikir aydını, Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının fikirlərini soruşduq. Bu söhbəti Qlobal.az oxuculara sunur. – Soylu bəy, bir neçə gün […]
Xaliq Bahadır. “5 il elə tez gəlib keçir”…
Sentyabr 10th, 2016
admin Korupsioner rejimin ayrı özəllikləri var. Belə rejimlərdə adam hər gün sevinə-sevinə işə gedir, işdən evə… çox da qayıtmaq istəmir. Axı, korrupsioner rejimlərdə işdə hər şey olur: gündəlik pullardan tutmuş, gündəlik çeşidli kefçəkmələrədək. Korrupsioner rejimdə hamı oğru, əyri, dələduz olduğundan hamının işi yağ kimi gedir – işinə, tutduğu yerə görə. Əliyevçi rejimin ünlü hüquq qulluqçularından olan […]
YADİGAR TÜRKEL. YANLIŞ YOLDAN DÖNÜN!!!
Sentyabr 6th, 2016
admin SSRİ-nin dağıldığı illərdə Azərbaycan Türkləri də addım-addım bağımsızlığa doğru gedib, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə çağdaş, demokratik dünyaya qovuşdu. Bağımsız Azərbaycan Respublikası 1992-ci il yanvarın 30-da ATƏT-ə, martın 2-də BMT-yə, 2001-ci il yanvarın 17-də Avropa Şurasına qatıldı. “Azərbaycan xalqı” 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasına səs verərək, […]
Xaliq Bahadır. Altı ayda 110 qadın, 28 uşaq…
Sentyabr 1st, 2016
admin Bu ilin 6 ayında 110 qadın, 28 uşaq özünü öldürüb. Nədəni nə? Dolanışıq dözülməzliyi, hüquqsuzluq! Sorumlusu kim? 23 illik Əliyevlər hakimiyətinin başında duran İlham Əliyev, Əliyevlər ailəsi, onlara yaxın çevrə! Ölkəni açıq-açığına İŞĞAL zonasına çeviriblər: geniş xarakter alan soyğunçuluq, yağmalama, bunlardan yaranan dolanışıq dözülməzliyi, dolanışıq dözülməzliyinin doğurduğu depressiya özünüöldürmə sürəci yaradır. Manat durmadan ucuzlaşır, qiymətlər […]
Yadigar Türkel. AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOKRATİYANIN ÇƏTİNLİKLƏRİ
Avqust 22nd, 2016
admin «1995-ci il noyabrın 12-də xalq səsverməsilə qəbul edilən Konstitusiyada «demokratik, hüquqi, dünyəvi, unitar respublika» elan edilən Azərbaycan dövlətində demokratik siyasi sistemin əsas prinsipləri həyata keçirilir. Ölkədə hüquq dövlətinin bütün göstəriciləri, nişanları, atributları vardır. Hakimiyyət qolları ayrılmış, Konstitusiya Məhkəməsi və ombudsman institutu yaradılmış, demokratiyanın əsas prinsipləri Anayasada təsbit olunmuşdur. Amma siyasi, geosiyasi, iqtisadi, sosial, milli-psixoloji, dini […]




Posted in
Tags:
