Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalının “Ailə Günü” toplantısındakı çıxışından bir hissə.

Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü” toplantısındakı çıxışından bir hissə. 26 Şölə Ayı, 38-ci il. Atakənd (iyun, 2016. Bakı).

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Ayın 1-i Mütləqə İnam Ocağı “Yeni İl” törənini gerçəkləşdirdi. İlin anlamı, törənləşmə nədəni üstə düşüncələr sərgiləndi. Ocaq 20 ildir (cismani baxımdan) Asif Atasız Yol gedir. Bu illərdə Ocağın yaşamı bütün gərginliyi, zənginliyi ilə birlikdə uğurlu olmuşdur. Ocağa yeni Ocaqçılar gəlmiş, sağlam ortam yaranmış, yanaşmalarda yüksək doğmalıq aşamaları başlamışdır. Buna görədir – minlərlə ədəbiyyatlar hazırlanmış, çap […]

Soylu Atalı iş yoldaşları ilə “Xocalı soyqırımı”nı anım toplantısı keçirdi

Xocalıda soyqırıma uğrayanlarla bağlı bir neçə kəlmə söz deyib bu faciəni duymağımızı istəyirəm. Bu gün, 2017-ci il, fevralın 26-sı Xocalı soyqırımının 25-ci ilidir. Yüzilin dörddə biri deməkdir. Bizim dövlətimizin siyasəti torpaqlarımızı geri götürə bilmir. Bu ayrı bir məsələ. Biz dayanmayan faciələrimizin mahiyyətini dərk etməliyik. Bu gün biz təkcə bir şəhərdə qırılanların deyil, bütövlükdə millətin faciəsi […]

Soylu Atalı. Milli Faciəmizin Xocalısı

Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində hakim təsirə malik olması gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə […]

Borçalı bu gün (söhbət)

Son zamanlar Azərbaycanın qədim diyarı olan Borçalının sosial-iqtisadi durumu, milli mədəniyyəti, tarixi ilə bağlı qayğılandırıcı bilgilər yayılmaqdadır. Qədim yurdumuz Borçalı bu gün regionda maraqları olan qlobal güclərin, qonşuluqda yerləşən imperialist dövlətlərin poliqonuna çevrilmişdir. Çeşidli faktorlardan yararlanmaqla amaclarına çatmağa çalışan bu güclər Borçalı ilə bağlı dəyərlərimizə qorxu yaratmaqdadırlar. Qlobal.az Borçalının real durumu, orada gedən proseslərin kökü, […]

Soylu Atalı. Güney Azərbaycan haqqında düşünməmək yaşamamaqdır

Günaydın, sayğılı yurddaşlarım! İki gün öncə Güney Azərbaycana baxışı soruşan bir status yazdım. Bir sıra yorumlar yazıldı. Türkiyəli soydaşlarımızdan da məsələyə ilginc yanaşmalar oldu. Düşüncəsini bildirən hər kəsə təşəkkür edirəm. Görünən odur ki, baxışlarda ayrıntılar olsa da, bu məsələ çoxlarını ilgiləndirən, rahatsız edən qonudur. Bu yaxşı haldır. Rahatsızlıqlar belədir: Güney Azərbaycanla Quzey Azərbaycan uzun bir […]

Xaliq Bahadır. 31 yanvar – Özgürlük, Demokratiya günü

Hər gün Məhəmməd Əmin! Hər yer Məhəmməd Əmin!- yanvarın başlanğıcından belə bir kampaniya başladım. Hər gün bu yöndə yazı yazdım. Daha çox, daha sanballı yazılar yaza bilərdim – göz sorunu olmasaydı. Nə yazıqlar, o balaca yazılar da yetərincə qarşılıq görmədi – onları oxuyub bəyənənlərin sayı 60-ı aşmadı. Bu isə mənim suçum deyil, uzun illərdən bəri […]

Xaliq Bahadır. “Böyük qayıdış” – Cocuq Mərcanlı!

Mən də sizin kimi… AzTV-lərə baxmıram. Ancaq… hərdən baxıram – siyasi gərəkçə ilə. Bir neçə gündür informasiya-propaqanda proqramlarına göz atıram. Bütün informasiya-propaqanda (AzTV-lərdə 24 ildir gerçək informasiya proqramı yoxdur!) proqramlarında Cocuq (çocuq) Mərcanlı reytinq birincisidir. AzTV-lər prezident administrasiyasından gələn göstərişlə xalqa “Böyük qayıdış” nağılları danışmaqdadırlar. 1994-cü ildə qaytarılmış Cocuq Mərcanlıya 24 il sonra qayıdış qayıran […]

Soylu Atalı. Yurddaş sözü

Sovetlər birliyi adında imperiya Türk birliyini dağıdan və türkləri dağınıq saxlayan başlıca güc mərkəzi idi. “Türk” sözünü, türk milli kimliyini millətin yaddaşından pozmağa çalışan ikinci güc mərkəzi İran imperiyası olub. İran adlanan ölkənin toplumunun əsas kütləsi Azərbaycan türkləri olduğu üçün, onun assimilyasiya yönündə etkisi də əsasən türkün Azərbaycan boyuna qarşı yönəlib. Orada başqa etnik türklərə […]

Xaliq Bahadır. ABBAS MİRZƏ (Türkmənçay bağlaşmasının 200 illiyi qarşısında)

 Ey Türk xalqı, sənə Özgürlük qazandıracaq, Ağ günlər yaşadacaq sanlı çarpışmaya bütün gücünlə yüklən.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv