(Amaldaşlarla ürəkləşmə silsiləsindən parçalar) Soylu Atalı: İnam məsələsi tanrısal məsələdir. Çünkü hər şeyin yönünü, anlamını bəlirləyib inanandan sonra işə başlayırsan, addım atırsan. İnanmadığın şeyə önəm vermirsən. Deyək ki, sənə deyirlər filan yerdə uçan boşqab gördüm, içindən çox sayda adamlar düşdü, boyları beləydi, üzləri eləydi. Sənə deyirlər, ağılın məntiqinə uyğun gəlmədiyi üçün sən buna inanmırsan. İnanmadığın […]
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Ərdoğanın yeni, terrorsuz Türkiyə söyləmələri
May 17th, 2025
admin Çoxillik faktlardan çıxış etməklə “söyləncələri” yazmaq daha düzgün olardı. (Söyləncə ərəbin dilində “əfsanə” deməkdir). 23 illik hakimiyəti boyunca Ərdoğanın Türkiyə-Türklük yararına söylədikləri doğrulmadığından…söyləncəyə dönüşdü! Yazıya “Ərdoğan Türkiyəni hara aparır” başlığı da qoymaq olardı, ancaq buna gərək yoxdur: Ərdoğan özünün dediyi kimi, BOP görəvlisi- eş başqanı olaraq Türkiyəni Proje Platformasında hara gətirməliydisə, ora da gətirib. Düzdür, […]
Göynur Atalı. Asif Atadan sistemləşən alıntılar…
May 6th, 2025
admin ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN! TARİX həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb. Bu baxımdan o, ruhanidir. TARİX həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib. Bu baxımdan o, qeyri-ruhanidir. TARİXDƏ nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub. TARİXDƏ ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum […]
Xaliq Bahadır. Amerika gələcək…
May 2nd, 2025
admin Gerçək bir müxalifətçi dostumuz Rusiya-Ukrayna savaşı başlayandan tez-tez yazırdı: “Ukraynada savaşı bitirəndən sonra Amerika Güney Qafqaza, o sıradan Azərbaycana demokratiya gətirəcək”. Bir gün dözməyib ona kiçicik bir yanıt yazısı yazdım: “Amerika 1990-ların o başından Azərbaycandadır. Amerikaya Azərbaycanda demokratiya gərəksəydi, Amerika Azərbaycanda demokratiya olmasını istəsəydi, Azərbaycanda çoxdan demokratiya olardı. İstəmədi, olmadı”. O dostumuz yapay suçlama ilə […]
Göynur Atalı. ASİF ATAnın İNSAN MAHİYYƏTİ düşüncəsinə qovuşma:
Aprel 29th, 2025
admin ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN! İNSAN göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur. Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir. İNSANIN mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir. İnsanın mövcudluğu, gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətli yaşayır. Ancaq MAHİYYƏTİ ruhanidir, buna görə də […]
Soylu Atalı. “Türk-İslam” söz birləşməsi yanlışdır
Aprel 29th, 2025
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, bir xalq olaraq, mənəvi geriləmə dönəmini yaşayırıq. Bunun ayrı-ayrı nədənləri var. Bu nədənləri aydınlaşdırmaqdan öncə xalqın tarixən formalaşması şərtlərinə qısaca baxış sərgiləməyimiz gərəkir. Söz yox, baxışlarınızı sivilizasiyaların başlanğıcına çəkib qonunu uzatmaq düşüncəsində deyilik. Bu bir ilkin (ibtidai) sərgiləmədir. Sonrakı aşamalarda deyəcəyimizi anlamağımız üçün epizodik bir başlanğıc kimi […]
Babək Məmmədli. Bir qrup şair var ki… – Şair xanımları bacı kimi sevənlər
Aprel 29th, 2025
admin Bir şair qrupu var, xeyli vaxtdır onları izləyirəm. Allahsaxlamışlar o qədər müsbət emosiya bəxş edirlər adama, özüm də bilmədən onların fanatına çevrilmişəm. Bizim gözümüzdə böyüdüb əzaba çevirdiyimiz həyatı onlar elə asan, elə rahat, elə şirin yaşayırlar ki, adamın xainliyi tutur. Hamının dörd gözlə gəzdiyi, adına xoşbəxtlik dediyimiz faili-məchulun düsturunu, formulunu mən deyərdim, xüsusi bir səy […]
İnamlı Atalı. Özümləşmə yönündə axtarışlar
Aprel 29th, 2025
admin Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım! İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək. İnsan – işıqdır – qaranlıqları yaran! Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar […]
Asif Ata. Cəmiyyət
Aprel 27th, 2025
admin Cəmiyyətin məqsədi ruhanidir: insanın ləyaqətini, böyüklüyünü, qüdrətini təsdiq etmək, sonsuz, əbədi, kamil mahiyyətini aşkara çıxarmaq. İnsan təklikdə özünə çata bilmirdi. O, cəmdə özünə çatmaq istədi. İnsanın daxilindəki ruhanilik – sonsuzluğa, əbədiliyə, kamilliyə meyil onu özündən kənara çıxmağa, özünü cəmiyyətdə tapmağa sövq etdi. Buna görə də o, öz azadlığını, sərbəstliyini cəmiyyətə tabe etdi. İnsan bu tabeçiliyi […]
Xaliq Bahadır. Türk dövlətlərinin antiTürk- antiTürkiyə paradı
Aprel 26th, 2025
admin “Avropaya İnteqrasiya” Projesi Olacaq oldu. Türk Dövlətləri Təşkilatını oluşduran dörd dövlət BMT TŞ-nin 541, 550 saylı qərarına uyğun olaraq Türkiyəni Kiprdə “işğalçı güc” olaraq tanıdı. Hansılar? Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan. Beləliklə, 35 illik bir dönəmdə Quzey Kıbrıs Türk Respublikasını tanımayan Türk dövlətləri bir neçə günün içində ard-arda Yunan Kıbrısını tanıdılar, orada elçiliklər açdılar. Bu fakt […]




Posted in
Tags:
