Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. Unutdurulan Bilgilər

Rusiya Abxaz, Osetiya vasitəsiylə Gürcüstanı işğal altında saxlayır, onun vassalı olan Ermənistan isə Azərbaycanı. Ancaq bu ikinci işğal sözünü deməyə adam utanır. Çünki Ermənistan kimi bir Yoxluq Azərbaycanı işğal altında saxlaya bilməzdi. Bu fakt bizim dövlət rəsmilərimizin istinad elədiyi faktdır – Ermənistan Azərbaycanı işğal altında saxlayır. Ancaq bu faktı deməkdən rəsmilərimiz utanmırlar. Siyasi qorxaqlıqları ucbatından […]

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 5

Rusca «Azərbaycan» qəzetinin 18 noyabr 1918-ci il, 38-ci sayında   «İngilis-Fransız-Amerikan Ordusunun Bakıya girməsi» başlıqlı yazı verilmişdir. Yazının «Gəmilərin gəlməsi» alt başlığında deyilir: «Bazar günü, noyabrın 17-də, gündüz saat 1-də Birlik Dövlətlərinin Ordusu general Tomsonun başçılığında Bakıya gəldi. «Kamvo» Toplumsal Qurumunun durağına birinci Birlik Ordusunun Baş Gərargahı yerləşən «Prezident Kryüger» gəmisi girdi. Onun ardınca «Oryol» [Qartal] […]

Yadigar Türkel. AVRASİYAÇILIQ, YOXSA PETROİZM (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

İnternetde “Avrasiya Herekatı Azerbaycan”ın “Rus Xalgı Haqqında” seçmelerini görende duruxdum. XXI yüzilin 17-ci ilinde keçmiş Sovet respublikalarının birincı katiblerinin (Azerbaycandan Mircefer Bağırov, İmam Mustafayev, Veli Axundov), çağın tanınmış, tanıdılmışlarının törenlerdeki çox ara boğazdanyuxarı, “trafaret” çıxışlarından alıntılar, elece de başga öygüler onları toplayanların, yayanların Azerbaycan, yurd, el, ulus düşüncelerinin çağdan geri galdığını göstermekden başga kimlerinse geopolitikasına […]

Xaliq Bahadır. Bizlər Azərbaycanıq!

Tanrı özüdür tanıq; Bizlər Azərbaycanıq! Ünlü yazarımız Hüseyn Arif bəlli köç dönəmində belə bir gözəl qoşuq yazmışdı: “Göyçəlilər, dağılmayın Göyçədən”. Gerçəkdən gözəl qoşuq idi, üstəlik, ideyaca olduqca önəmli. Sözsüz, biz göyçəliləri (bütünlükdə “ermənistanlı-yeraz” adlandırılan soydaşlarımızı doğma dədə-baba yurdlarını “atıb gəlməkdə” qınamaqdan uzağıq. Onların qurama-qondarma “Ermənistan”dan qopub-ayrılmaları, köçkünə çevrilmələri daha çox özlərindən asılı olmayan qaçılmazlıqdan yarandı.

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 4

Rusca «Azərbaycan» qəzetinin 15 noyabr 1918-ci il, 36-cı sayında Məhəmməd Əmin Rəsulzadənin adından «Bildiriş», eləcə də «Bakı, 15 noyabr» adlı yazı verilib:  «Yarın Bakıda Azərbaycan Parlamenti açılır. Ulus Elçiliyinin olmaması ölkənin yaşamında böyük çatışmazlıq olub, Ağalığı da çox ara çətin, qıcıqlandırıcı durumda qoyurdu. Ancaq bunun suçu bizim tələsik yaradılmış Ağalıqda yox, onun dövlət işləri, sorunları […]

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 3

3  Rusca «Azərbaycan» qəzetinin 13 noyabr, 34-cü sayında «Azərbaycan Milli Şurasının çağırılması ilə bağlı» «Bildiriş» verilmişdir. «Bildiriş»də deyilr: «Milli Şuranın ilk toplantısı kənd bələdiyəsinin binasında olacaqdır. Şuranın bütün üyələrini adreslərini Rəyasət heyətinin bələdiyədə, arayış verilən yerdə yerləşən  keçici «Yazışma bölməsi»nə  bildirmələri istənilir».

Xaliq Bahadır. Dilimiz dəyişməz dəyərimizdir

Terminologiya tragikomediyası Ölkəmiz 24 illik bir rejimin, heydərizm rejiminin yağıcasına basqıları altında can verməkdədir. Özgürlük, demokratiya, insan hüquqları, qanun, qanunçuluq adına nə varsa hamısı çoxdan dışlanıb, çıxdaş edilib. Bu üzdən də ölkəni irəliyə aparacaq,  gəlişdirib Yer üzünün qabaqcıl ölkələri sırasına çıxaracaq nəsə yoxdur. Ölkə hakimiyət-dövlət düzəyində yalan içrə boğulur, boğdurulur: ardıcıl olaraq ölkəni yolsuzluğa-yoxluğa sürükləmə […]

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 2

2 Rus dilində «Azərbaycan» qəzetinin 11 noyabr 1918-ci il, 32-ci sayında «Azərbaycan Milli Şurasının Rəyasət heyətindən» adlı «Bildiriş» yayımlanmışdır. «Bildiriş»də deyilir: «Azərbaycan Respublikası Ağalığının qərarına, Ağalıq başçısı Fətəli Xan Xoyskinin məktubuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün yurddaşlarına noyabrın 16-da Azərbaycan Milli Şurasının çağırıldığını bildirib, Şuranın bütün üyələrindən deyilən gündə Bakıya gəlmələrini, nədənsə ayrıca çağırış almamış […]

Soylu Atalı. Bütövləşməyən Bağımsızlığımız

 Tarixi faciələrimiz çoxdur, ən zoru “Türkmənçay Bağlaşması”dır. Çünkü vətən bölünüb, millət parçalanıb. Bəlkə də Türlmənçay Bağlaşması sonucdur. Babək yenilməsəydi, Nəsimi soyulmasaydı, Çaldıran savaşı baş verməsəydi bəlkə Türkmənçay Bağlaşması da olmazdı. Millətin ruhsal yenilməsi aşama-aşama böyük faciələrə nədən olur. Millət bu faciələrin kökünü araşdırıb öyrənmirsə, buna qarşı ulusal savaş aparmırsa, bütün dövrlər onun üçün davamlı olaraq […]

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 1

1 (Milli Şuranın bir neçə ay Tiflisdə, Güneydoğu Qafqaz [Zaqafqaziya] Ağalığından ayrılıqa çalışmaları toplumun geniş qatları bir yana, Azərbaycan politiklərinin də çoxuna bəlli deyildir. Şəfi bəy Rüstəmbəyli). Azərbaycanda avropasayaq parlamentin tarixi 1918-ci il dekabrın 7-dən başlanır. Son 28-29 ildə Azərbaycan Demokratik Respublikası, onun qurucuları ilə bağlı qaynaqlar az-çox öyrənilmişdir.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv