Archive for the ‘Türk Dünyası’ Category

БАКУ, 8-го ноября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)

Широкая волна Российской революции докатилась и до Австро-Венгрии и в один миг это бывшая несколько дней тому назад великая держава распалась на части Двуединой монархии, оказавшейся действительно лоскутной, не стало. Венгрия отделилась от Австрии и вручила всю полноту власти Национальному Совету. От Венгрии в свою очередь откололись Славянские народы, объявив свою самостоятельность. От Австрии осталась […]

1920-ci il, yanvarın 11-də Böyük Dövlətlərin Parij Konfransı Azərbaycan Respublikasını tanıdı

Bu gün azərbaycanın bir sıra alimləri, aydınları bir araya gəlib toplantı keçirdilər.Toplantını giriş sözü ilə fəlsəfə üzrə elmlər doktoru Yadigar Türkel açdı. Sonra söz, əsas çıxışçı kimi, tarix elmləri doktoru Cəmil Həsənliyə verildi. Cəmil bəy adı keçən çağı tarix açısından araşdıran bir kitab yazıb. Kitab ruscadır – “Russkaya revolyutsiya i Azerbaydjan (Trudnıy put k nezavisimosti) […]

Yadigar Türkel. GÜNAYDIN, ŞƏHRİYAR (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

Ürəklərin işıq sacan çırağı, Yurddaşların güman yeri, dayağı, El-obamın solmayacaq budağı, Şəhriyarım, böyük Türküm, günaydın! Qardaş dərdlim, qəlbi dağlım, günaydın! *** Günaydından ətrini allam sənin, Sözümle könlünə od sallam sənin, Çıxıb qulluğuna mən qallam sənin, Bircə sənin könlün gülsün, şad olsun, Elin, oban günü-gündən ad olsun.

Xaliq Bahadır. İranda baş verənlər

Bu gün İran İslam Respublikasında baş verənlər 1978-ci ildə şah İranında başlayan, indiki İslam rejiminin qurulması ilə sonuclanan devrim başlanğıcına bənzəyir. Onda İran toplumu şah rejiminə qarşı birləşmişdi. İndi, aradan 38 il keçmiş, İran toplumu İslam rejimini devirməyə yüklənmiş durumdadır. Bunu yalnız rejimə yönəlik kəskin çağırışlardan deyil, toplumun aşırı aqressivliyindən, təpikləyici təpkilərindən də görmək olar.

Yadigar Türkel. ULUSUMUZUN ADI TÜRK, DİLİMİZİN ADI TÜRK DİLİDİR! (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)-6

Professor Şirməmməd Hüseynovun yayımladığı ideoloji bitiklər Türk aydınlarının Azərbaycan Respublikası dönəmində Türk dilini İslam dinilə gəlmiş Ərəb-fars sözlərindən, uydurulmuş, anlamsız «izafi tərkiblər»dən  arındırılma duyğularını, çabalarını, çalışmalarını da göstərir. Dilin ulusun özünütanımasında, özünüdoğrulamasında, ulusal düşüncəsinin, ulusal ideologiyasının oluşmasında çox böyük yeri vardır. Ulusun dilinə sevgisi onun gəlişmişliyinin göstəricisidir. Dil insanların ulussevərlik, yurdsevərlik duyğularını gücləndirib onları igidliklərə […]

Xaliq Bahadır. Babək bayrağı

“Tarixdə ilk qırmızı bayrağı Babək qaldırıb”, – bunu bizə tarix deyir. Deyir, susur. Tarix Babaklə bağlı danışmaqdan daha çox susmağa üstünlük verir. Görəsən, niyə? Axı, Babək adı tarix üçün yalnız 22 illik savaş meydanı deyil, eləcə də genişdən geniş, az qala sonsuzluğadək uzanacaq söz meydanıdır. Babək Doğu ilə Batı arasında dünyanın ağasına çevrilməkdə olan azman […]

YADİGAR TÜRKEL. AZERBAYCAN RESPUBLIKASININ YÜZ İLLİYİNE. DEMOKRATİK RESPUBLİKAÇILIQ DÜŞÜNCƏSİ – 5

Rus-erməni-sovet-mason bolşefaşizmi illərində universitetlərdə öyrəncilərə dövlətin bir sinfin başqa sinif üzərində zor-güc aləti olduğu öyrədilirdi. Dövlətin başqa anlayışını bilməzdik. Son 25 ildə Sovet baxışının dövlətin doğal içdənliyinə tərs barbarlıq olduğunu öyrəndik. Dövlət – insanların ilişkilərini yasalarla düzənləyib, toplumda birlik yaradan, ulusu qoruyan, yaşadan ən üstün qurum, hüquq olayı, politik fenomendir.

Yadigar Türkel. AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ. ANLAMADIM – 4

Professor Şirməmməd Hüseynovla yurdsevər  arxadaşlarının böyük əməyilə ortaya çıxmış ikinci bitiyin 19-cu səhifəsində «Millətimiz özünü göstərəcəkdir! Azərbaycan Parlamentinin tarixinə dair qiymətli kitab» adlı yazını görəndə bir az duruxdum, yazanın Solmaz Tohidi olduğunu biləndə isə acıglandım. Şirməmməd bəyi buna kim, ya nə yönəldib?! Birincisi, istənilən bitikdən yazılan yazı «Giriş», «Ön söz», «Açıqlama»…, ya da başqa bir […]

İDEOLOJİ SAPIQLIQ, YA DA YALAN DANIŞMAYIN (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 3

2016-cı il dekabrın 7-də AzTVlərin birində Azərbaycan Respublikasının qurcularından biri Fətəli Xan Xoyskidən danışan veriliş verildi. Keçən il bu verilişinə baxmış dönməz azərbaycançılardan biri zəng edib, bilə-bilə buraxılan ideoloji yanlışlara görə acığını mənə tökmüşdü. Verilişə baxmadığımdan susmuş, bağışlanmaz ideoloji yanlışlara yol verirlər, nə etməli, belədir – demişdim. Verilişin builki göstərisinə demək olar, bütünlüklə baxdım. Akademik […]

Xaliq Bahadır. 7 dekabr – Azərbaycan günü

Bu gün sevgili Azərbaycanımızın ən gözəl günüdür. Bu gün – 1918-ci il 7 dekabr günü – Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd Əmin bəy başçılığında Türk dünyasında, Doğu dünyasında ilk Parlamentin, gerçək Parlamentin, Azərbaycan Demokratik Respublikası adını doğrulayan Parlamentin açıldığı gündür! Azərbaycan Demokratik Respublikasını böyük Məhəmməd Əmin başçılığında 60 Azərbaycan Kişisi, 60 Azərbaycan Əri qurmuşdu. Onlar […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv