Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. Dəyərlərimizi havalandıranların “aydınlığı”

(Rasim Qaracaya cavab) Bu gün toplumsal ortamda olanlar çoxluq olaraq həqiqətlərə ayıq baxmaqdan çəkinirlər, ya da baxa bilmirlər. Asif Ataya münasibəti bu məsələylə bağlı bir örnək olaraq göstərmək istəyirəm. Ona sayğı, sevgi bəslə­məyən­ləri anlamaq olar. Onlar biranlamlı olaraq yeniliyə, milliliyə qapalı olan geri düşüncəli adamlardır. Ancaq sayğı bəsləyənlərin yanaşmasında da qəribə bir çəkingənlik, hürkmək var. […]

Soylu Atalı. Nəsimini ziyarət anı

Sözün İşıq kimi düşür könlümə, Əzəli Mənanı yozan mürşüdüm. Tanıqlıq eylədin Sirrin hökmünə, Haqqı ürəklərə yazan mürşüdüm.   Kamillik örnəyi kamil ulusan, Sabahlı aşiqin sevgi yolusan, Bəşər övladısan, Türkel soylusan, Qorquddan başlayan Ozan mürşüdüm…

Əkbər Qoşalı. -FƏRƏHMİ? -FƏRƏH!

Asif Ata hələ sağlığında əfsanəli bir insandı. Mən onu yalnız bir dəfə canlı görmüşəm – öyrənci vaxtlarımdı, Şəhidlər Xiyabanı səmtindən avtobusla ötürdüm, evladlarından biri ilə Şəhidlər Xiyabanına doğru addımladığını gördüm: – başı dik, üzü işıqlı, addımları mətin, özündən əmin və fərəhli..! Sonralar Asif Atanı yaxından tanıyanlarla söhbət etdikcə, öncələr oxumadığım əsərləri ilə tanış olduqca Asif […]

Soylu Atalı. Şəhidlər Xiyabanında

Min Şəhid ağladı içimdə bu gün, Min Şəhid ruhunu dağladı ahım. O qərib ruhlular Yurdunda sürgün, O Yurdsuz ruhlara ağladı ahım. O qanlı illərin ağrısı döndü, İçimdə alışdı, yandı çata-çat. Elə bil göylərin işığı söndü, Elə bil soyudu, dondu kainat.

Araz Gündüz. OCAQ – İNSAN

Tarixin dolanbac yolları ilə irəlilədikcə, Türk kimliyimizlə bağlı çoxlu sayda müqəddəs dəyərləri itirə-itirə gəlmişik. Onlardan birini xatırlatmaq istəyirəm: “Ocaq” sözünü yalnız cansız obyektlərə deyil, insanlara da aid edərdilər. Biraz diqqətli olsanız, bir türkəsaya kişinin dilindən bugün də – vicdanlı, halal, müdrik, ən başlıcası isə, yardım üçün əl uzadan insanların müşküllərini yoluna qoya bilən, “kəramət sahibi” […]

EBÜLFEZ REHİMOV. MEHEMMED EMİN RESULZADENİN SEYİD HESEN TEGİZADEYE MEKTUBU

GUTLAMA Yanvarın 31-de Azerbaycan Respublikasının gurucusu, ulusal öncül Mehemmed Emin Rasulzadenin doğum günüdür. Mehemmed Emin Rasulzade 1984-cü il yanvarın 31-de Bakının Novxanı köyünde doğulmuşdur.  Sayğılarla anırıg!

Yasin Türksoy. AZƏRBAYCAN GƏNCLİYİNƏ SƏSLƏNİŞ!

Avropanın Azərbaycan Müxalifəti və İqtidarına münasibətdə ikili siyasəti Azərbaycanı oyuncağa çevirməkdədir. İllərdir ingilis neft şirkəti Britiş Petrolium (BP) Azərbaycan neftini sümürüb aparır, Müxalifətin səsi çıxmır. 1918-ci ildə ələ keçirə bilmədiyini, 1994-cü ildə elədi, məqsədinə çatdı. Plan eyni plandır, nəsil yeni nəsildir. İngilis siyasəti bax belə işləyir. Müxalifətin aparıcı qəzetlərində, başda “Yeni Müsavat” olmaqla, İngilis İmperializminə, […]

İlqar Tağı. Asif Ata Ocağının 40 illiyi

 Asif Atanın fəlsəfi irsinə dərindən bələd olmadan haqqında ekspert rəyi bənzəri fikir söylə­mək diletantlıq, ya da söz xatirinə söz deməkdən başqa şey deyil. Asif Ata haqda fikir sərgilə­mək eyni zamanda milli dəyərlərimizə yanaşmamız qədər sorumluluq tələb edir. Çünkü Asif Atanın təliminin rişələri minilliklərin milli, mənəvi tarixinə dayanır… Buna baxmayaraq, az-çox oxu­duqlarıma, çoxillik təəssüratlarıma əsaslanaraq, bir […]

Fəxri Hacıbəyli. Asif Ata Ocağının 40 illiyinə

Asif Ata mənim üçün çağdaş fikir tariximizin ən önəmli simalarından, insanmərkəzli “Mütləqə inam” fəlsəfəsinin yaradıcısı, böyük filosof, düşünür, milli ideyamızın təməl daşlarından birinin üzərinə adını silinməz hərflərlə həkk etmiş azərbaycanlıdır. Asif Atanın indi də istimai-siyasi proseslərdə yaxından iştirak edən onlarla ardıcılları, fikirlərindən bəhrələnmiş yetirmələri var. Bu baxımdan Asif Atanı həm də şanslı fikir adamı saymaq […]

Əlisəfa Mehdi

Sayğılı arxadaşlar! Neçə gündür bir görüşün çöçünlüyün yaşayıram. Deyim, hamı bilsin. Tələbəliyim meydanlarda keçdi. Azadlıq qazandıq! Ömrqümün sonrakı 9 ili savaş komufulyajında keçdi.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv