İllər öncə “Bağımsızlığından əziyyət çəkən xalq” yazısı yazmışdım. Bağımsız elan olunduq, ancaq sevinə bilmədik. Çünkü həyat, məişət, quruluş, nizam, milli yön, heç biri yerində olmadı. Üstəlik dışasılılıq bir neçə yönə bağlandı. Sanki bağımsız olmağımıza görə kimlərəsə borclu qaldıq, başqa sözlə, Uluslararası güclərə “vergi” verməyə başladıq. Ölkənin enerji olanaqları su qiymətinə satışa qoyuldu. “Suyun qiyməti”ni isə […]
Archive for the ‘Türk Dünyası’ Category
YADİGAR TURKEL. ЭТИОЛОГИЧЕСКАЯ КЛАССИФИКАЦИЯ КАВКАЗСКИХ НАРОДОВ
Oktyabr 25th, 2019
admin (Кавказский Календарь) 1 ”Gafgaz Kalendarı“nın 1888-ci il sayında «Этиологическая классификация Кавказских народов» (Gafgaz Ellerinin Etioloji Bölgüsü) adlı araşdırma yayımlanmışdır. Araşdırmanı oxuyanda onun çatışmazlıgları: bilimsellikden çox politikliyi, Rusiya İmperiyasının strateji ulusüstü – superetnik, asimledici politikasına uyğun yazılması, konuların daha derinden öyrenilmesinin gerekliyi aydın görünür. Bunu araşdırıcılar da: “bizim say göstericilerimiz düzgün olmaya […]
Əli Şamil. “GÜNAHKAR”LARI ÖLƏNDƏN SONRA, “GÜNAHSIZLARI” SAĞLIĞINDA SEVƏN TOPLUMUN ÖVLADLARI
Oktyabr 22nd, 2019
admin (Məqaləyə çevrilən status) Hörmətli Tanrıverdi bəy! Adətən sosial şəbəkədə yazılanlara çavab verməyə, müzakirə və mübahisə açmağa çalışmıram. Amma Milli Azadlıq Hərəkatımızın öndərlərindən birinin, Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməyən iqtisadçının, demokratikləşmə sürəcinin öncüllərindən biri olan Sizin xatiriniz mənim üçün əziz olduğuna görə sualınızı cavabsız qoya bilmədim. Vurğun Əyyubun dünyadan köçməsi münasibətilə yazdığım statusu oxuduğunuza, fikrinizi bildirdiyinizə […]
Asif Ata. Azərbaycançılıqda Cənubi Azərbaycan amili
Oktyabr 10th, 2019
admin Ürəyinizdə Günəş olsun! 1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir. Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar. İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır… Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər…
Soylu Atalı. Çağımızın örnək aydını
Sentyabr 28th, 2019
admin “İnsan həyata bilinməyən (naməlum) olaraq gəlir, bilinməyən olaraq gedir”. Bu söz Asif Atanın sözüdür. Bu sözü çoxluğa özgün götürmək olar. Çoxluq, həyata niyə gəlib, niyə getdiyini yaşamı boyunca dərk eləmir. Ona görə həyat çoxluğa əyri görünür, dünya anlamsız gəlir. Ona görə çoxluq həyat uğrunda öz növündən olanlarla döyüşür. Ancaq ayrı-ayrı insanlar həyatın mənasını görə bilir, […]
Soylu Atalı. Asif Ata Amalı (I)
Sentyabr 23rd, 2019
admin Ruhani İntibah (Dirçəliş) Asif Atanın məqsədi insanı, dünyanı dəyişməkdir. O deyir: Yeni İnsan yaranmalıdır, Yeni Xalq yaranmalıdır, Yeni Bəşər halı yaranmalıdır. Bu İstək siyasətlə həyata keçməz, inqilabla baş tutmaz. Bu İstəyin baş tutması üçün İntibah gərəkdir, içsəl Təkamül Yolu keçilməlidir. Ruhani İntibah altı ideyadan oluşur. Bunlardan sonuncusu – “Ləyaqətli Bəşər” əslində nəticədir. Yerdə qalan beş […]
Soylu Atalı. Türklüyün Zəfər Günü qutlu olsun
Avqust 30th, 2019
admin Türkiyədə Ərdoğançı kəsim Atatürkü gözdən salmağın yeni üsulunu işə salıbdır. Guya Atatürk bütləşdirilir. Deməliyik ki, bütləşdirmədə kor bir “pərəstiş” olur. Bu keyfiyyəti də biz ən çox dinə tapınan kütlədə görürük. Bunların münasibətində dərk eləməkdən söhbət gedə bilməzr. Çünkü şüuru zorlanan insanların təfəkkürü ayılmır. (Lütfən, məni yanlış anlamayın. Heç kimin heysiyyatına toxunmaq istəyim yoxdur. Sadəcə düşündüyüm, […]
Rus faciəsi (Asif Atadan müsahibə)
Avqust 23rd, 2019
admin Bu müsahibə 1994-cü ildə Elli adı daşıyan keçmiş Ocaqçı tərəfindən götürülmüşdür. Bu gün üçün də aktual olduğuna görə oxucuların diqqətinə sunuruq. – Soylu Atalı. – Möhtərəm Asif Ata, rus xalqının tarixi nə zamandan başlayır? – Rus xalqının tarixi əslində XIII əsrdən başlayır. XIII əsrə qədər indiki Rusiyada, yəni rus çöllərində bir nəfər də olsun rus yox idi. […]
Soylu Atalı. TÜRK BOYDA DƏRDİMİZ
Avqust 19th, 2019
admin Bir dostumla telefon söhbətimdə çox nikbin olduğumu söylədim. Həm də halım çox fərəhlidir dedim. Təbiidir. Çünki Asif Atanın Yolu, Amalı, Meyarı adamın içini o qədər zənginləşdirir ki, düşüncələrlə dolmaq, varlığın mayasında İnsanlığın toxunulmazlığı gələcəyə dönməz bir inam yaradır. İnsan gündəlik qayğılarla yaşayır, əməklə, yaradıcılıqla məşğul olur. Belə məqamda onun yadına düşməyə bilər ki, köksündə bir […]




Posted in
Tags:
