I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Babək Özgürlük simgəmizdir
Mart 14th, 2020
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]
ASİF ATA. VAHİD AZƏRBAYCAN
Mart 6th, 2020
admin Müxbir: Asif Ata, radio dinləciyiləri Sizi yaxşı tanıyırlar. Sizin fəlsəfəniz mənə də çoxdan tanışdır. İstəyirəm söhbətimizi marksizmə münasibət üstündə quraq. Asif ATA: Ürəyinizdə Günəş olsun! Elə bilirəm ki, açıq söhbət edəcəyik. Yəni ki, təkcə söhbət olmayacaq, fikir olacaq və bunun bizim cənublulara xeyri olacaq.
Soylu Atalı. Milli Faciəmizin Xocalısı
Fevral 26th, 2020
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində hakim təsirə malik olması gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə […]
YADİGAR TÜRKEL. SULKEVİÇDƏN BU GÜNƏ
Fevral 25th, 2020
admin Sayğılı yurddaş, Rusca Azerbaycan gazetinin 26 iyun 1919-cu il, 131-ci sayında aşağıdakı Bildiriş verilmişdir: «Правление Дамского Мусульманского Благотворительного Общества с глубокой скорбью извещает всех членов общества, знакомых и друзей о зверски убитой в Кисловодске члена правления, учительницы 1-й Женской Тюркской Школы Мариам Ханум Сулькевич. Молитва по усопшей состоится сегодня в 11-часов в помещении 1-й Женской […]
Asif Ata. Ehkam Dairəsi (“Dairələr” əsərindən)
Fevral 24th, 2020
admin “Varlıq Şüuru müəyyən edir”. Ehkam Müddəası. Keçicilik, Nisbilik timsalı olan Varlıqda – Əbədiliyi, Əzəliliyi, Mütləqiliyi təmsil eləyən Şüur nə etsin? – Nisbiliyə, Keçiciliyəmi ensin – Özü olmasınmı? Ehkam Şüuru Varlığa təslim eləyir, Şüur Ehkamda Varlığa qapanıb qalır. İnsaniliyə Zidd, Həqiqətə Zidd, Ədalətə Zidd Varlığı – Varlığa qapanan Şüur necə dəyişsin? Varlıq Şüuru müəyyən edirsə, onda […]
Yadigar Türkel. Sönməz işıqlar
Fevral 19th, 2020
admin Sayğılı oxucu, “Sönmez işıglar” (Ogni veçnosti) yazısı Rusca Azerbaycan gazetinin 7 fevral 1920-ci il, 23-cü sayında yayımlanmışdır. Adı Mix. Cpiridonov yazılmış yazarın gazetde çap olunmuş yüksek düzeyli başga yazılarının da olduğunu göze alsag, kültür tarixi bilicisi, “get-get, sen o Leyli deyilsen, ey perizad!” – Ay – Leyli – Selena – Elena – Yelena sönmez – […]
10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 192-ci ildönümüdür
Fevral 11th, 2020
admin Fəlakətlərimizdən dərs götürək! Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib… Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.
Soylu Atalı. 20 yanvar dərsi
Yanvar 19th, 2020
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Asif Ata. 20 yanvar
Yanvar 19th, 2020
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü.




Posted in
Tags:
