Archive for the ‘Türk Dünyası’ Category

Ocağa yeni Evlad qəbul olunmuşdur

Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bölgəyə səfəri zamanı Ocağa yeni Evlad qəbul eləmişdir. Artıq üç aydırTeyyubova Şəfa Ocaqdan Göytəkin adını alaraq Asif Atanın ruhani hərəkatına qoşulmuşdur. Bu səfərdə Ocaq qurallarına uyğun olaraq qəbul törəni keçirilmiş, onun Ocaqçılığı təsdiq olunmuşdur (Evladlıq Nişanəsi özünə təqdim edilmişdir). Uğurlar, Başarılar diləyirik! Ocağımıza xoş gəldin!

Yeni Ocaq səfərləri

Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Günev Atalı ilə bölgələrə səfər etmişdir. Amaldaşları Bilən Atalının təşkilatçılığı ilə bir neçə görüş keçirmişlər. Görüşlərdə Asif Atanın işi, ideyaları, Ocağı haqqında bilgilər verilmiş, insanlarımızda ciddi maraq oyatmışlar. Eləcə də, Yurdumuzda, dünyada baş verən olaylarla bağlı Ocaq açısından baxışlar sərgilənmişdir. Görüşə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır.

Yadigar Türkel. BAĞRIMIZ ÇATLADI, SUSUN

1 Rusiya İmperiyasında, SSRİde Azerbaycan Türklerine imperiyanın ulusüstü –  superetnik politikalarına uyğun, sınırlı düşünmek hügugsuzluğu verilmişdi. Bu hügugsuzlug elin, ulusun düşünçesini yadın, ermenitek yağının politik çıxarlarına, yaşam isteklerine uyğunlaşdırmış, oluşan din  geriçiliyi, “şair yanaşması” dağınıg ellerin sosial-politik düşüncesini üstelemişdi. 1985-ci ilin aprelinden, daha çox da 1990-cı illerden Azerbaycan Türklerinde de demokratik politik düşünce oluşur, sosiologiya, […]

Xaliq Bahadır. Ərdoğanın ətəyində namaz qılan “bizimkilər”

İyulun 24-də, Atatürkçü Türkiyəyə, Atatürkçü düşüncə sisteminə yağı Ərdoğanın məscidə çevirdiyi Ayasofyadakı birinci cümə namazında Diyanət işləri başqanı Əli Ərbaş Atatürkü lənətlədi. Bu fakt Ərdoğanın gerçək kimliyini, din fanatizminə-cəhalət qaranlığına sürükləməklə Türkiyəni içindən yenmək istəyini bir daha ortaya qoydu… Türkiyəni çağdaş, sivil dövlətə dönüşdürən Atatürk deyirdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”. Ərdoğanın ətəyində namaz […]

Soylu Atalı. Azərbaycan çıxarların hədəfi olmamalıdır

 Biz Türkiyəni sevirik, Türkiyənin yanındayıq, Türkiyəni də yanımızda bilirik. Ancaq bu yanaşma istər Türkiyə hakimiyyətinin, istər Azərbaycan hakimiyyətinin zərərli addımlarını, yanlışlarını deməməyə səbəb vermir, hansısa gərgin durumun olmasından, yaranmasından asılı olmayaraq. Türkiyə Azərbaycan münasibətləri olduqca həssas, önəmli bir məsələdir. Nə yazıqlar ki, bu gün Türkiyənin da başında, Azərbaycanın da başında türklüyə gərək olmayan, özgür olmayan, […]

Göytəkin Atalı. Məni yaşadan Yol (Özüylədöyüş üstə düşüncələrim)

 İnama tapındığım gündən içimdə duyğular aşıb-daşır. Çox tez-tez belə oluram. Bu bir sevincmi, fərəhmi, bir enerjimi, bilmirəm. Sanki harasa tələsirəm, uçuram. Hər nədirsə içimi titrədir, hər nədirsə gözəl bir həyəcan gətirir, hər nədirsə məni yerimdə – indidə qalmağa qoymur. Çəkir məni harasa. Çəkdiyi yer başqa aləmdir, o nədir, haradır dərk etməyə çalışıram. Kitab oxuyub düşünəndə […]

Asif Ata. MÜTLƏQ FƏLSƏFƏSİ (“Olan və Olmayan” kitabından)

Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır. İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil. Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür. Materializm – Mütləqi görmür, Təzahürü – yəni nisbini, keçicini, sonlunu, qeyri-kamili görür. Mütləqi yalnız Ruhani […]

Soylu Atalı. Bu, xalqın davamlı tələbi olmalıdır

Günaydın sayğılı Vətən övladları! Hər kəsə bəllidir, bu günlərdə döyüş bölgələrimizin od-alova bürünməsi geopolitik bir avantüradır. Bu Vətən savaşı deyil. Uzun illərdir bölgədə çıxarları olan güclər Qarabağ uğrunda savaşımızın qarşısını kəsib erməninin torpaqlarımızda oturuşmasına ortam yaradırlar. Milli varlığımıza yad olan hakimiyyətimiz də onların buyruğunda durmaqla bu işə qatqı göstərmiş olur. Düşmən hər il, hər addımda […]

YADİGAR TÜRKEL. TÜRK EL, ULUS AÇI SEVGİSİNİN FƏLSƏFƏSİ

1 Sevginin felsefesi özünü – varlığını sevgisinde yox etmekdir! Mecnunun “sen o Leyli deyilsen!” – demesitek. İnsan daha çox sosial varlıg olduğundan, var olmag üçün eline, ulusuna Mecnun sevgisıle bağlanmalıdır. Bu işde genetik başlanğıc önemli olsa da, toplumsal-politik yaşam çözücüdür! Sevgi yüksek axlag göstericisidır! Buna göre de, kimse yüksek Açı görevinin başçılığına keçentek, ulusun “yiyesi” […]

Asif Ata. 7 İçsəs. AZƏRBAYCANIMIZ – AZƏRBAYCANLIĞIMIZ

ZƏRDÜŞTLÜYÜMÜZ – İŞIQÇILIĞIMIZ 1 Azərbaycana zahiri gözlə baxanda, o, kiməsə balaca görünə bilər. Ancaq Mənanı xarici gözlə görmək olmaz. Mənanı Daxili gözlə – İdrakın, Ruhun gözüylə görmək olar. Daxili gözlə baxanda Azərbaycan çox böyük görünür – Şərq Mahiyyətinin Bütöv, Parlaq, Dərin ifadəsi kimi; Ruhani Mərkəz səviyyəsində. Azərbaycanımızın – Azərbaycanlığımızın Böyük Fərəhləri və Böyük Kədərləri var. […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv