Archive for the ‘Türk Dünyası’ Category

Yadigar Türkel. İTE ATARAM, YADA SATMARAM (ardı-1)

Siz magalede özlerini hamıdan ağıllı sayan bir neçe urusdan başga heç bir xalgın körpe uşağının bele inanmayacağı şey yazırsınız: memmedovlar ailesinde en çox oxunan ve sevilen kitablar Puşkinin, N. Ostrovskinin eserleri idi”. Bu, ideoloji tebliğatınız ne böyük uğurdur, Mirze?! Gorun yanmasın, ay Sabir! Bir bölük boşboğazıg, heyverelik adetimiz. Doludur lenet ile, geybet ile söhbetimiz, Oxumagdan […]

Soylu Atalı. 20 Yanvar dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü.

Soylu Atalı. DAİRƏLƏR

Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”. Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə […]

Göytəkin Atalı. Bir anın yaratdığı duyğular

 Bu yaxınlarda E.Heminqueyin “Əcəl Zəngi” romanını oxudum. Əsərdə başlıca qonu faşizmin dəhşətləri ilə bağlıdır. Olayların bədii-dinamik yönü insanın düşdüyü faciəvi durumu oxucuya uğurla anlada bilir. Savaşın antiinsani gedişlərini izlədikcə, azğınlaşmış, güllələməyi, qəddarlığı, işgəncəni adi bir iş kimi yerinə yetirən bəşər övladına hansı adı vermək olar deyə düşünəndə, adamın halı qarışır, çoxsaylı sualların içərisində azıb qalır. […]

Yadigar Türkel. Sözönü

Sayğılı yurddaş, 17 sehifelik bu yazını 22 avgust – 6 sentyabr 1987-ci ilde yazmışam. Çap olunmadı, unuduldu. Çap etmek, yaymag  olardı, ancag olmadı.   Yazıda Azerbaycandakı oçağkı menevi-psixoloji, sosial-psixoloji durum gabarıg görünür. O illerde Rusiya İmperiyasının strateglerinin yeritdiyi ulusüstü politikalardan ulusal düşüncesi dolaşmış Azerbaycan Türkleri, daha geniş anlamda Azerbaycanlılar SSRİ-de Sov. İKP MK-nın 23 aprel 1985-ci […]

Xaliq Bahadır. Babək bayrağı

“Tarixdə ilk qırmızı bayrağı Babək qaldırıb”, – bunu bizə tarix deyir. Deyir, susur. Tarix Babaklə bağlı danışmaqdan daha çox susmağa üstünlük verir. Görəsən, niyə? Axı, Babək adı tarix üçün yalnız 22 illik savaş meydanı deyil, eləcə də genişdən geniş, az qala sonsuzluğadək uzanacaq söz meydanıdır. Babək Doğu ilə Batı arasında dünyanın ağasına çevrilməkdə olan azman […]

VELİKOROSİZMİN AGENTİ ALİ ALBANVİ

1 Azerbaycan Ordusunun 2-ci Garabağ Savaşındakı uğurundan sonra Velikorosizmin Ermeni tulalarının Yandexdeki yazılarının keseri azalsa da, yağı ideologları yavaş-yavaş çeşidli yollara el atır, söz oynatmağa çalışırlar. Azerbaycan Türklerinin başçıları bunu görüb anlamalı, ideoloji işleri azerbaycançılıg – türkçülük, gafgazçılıg, çağdaşlıg, kökünde durmadan güclendirmelidirler! Azerbaycanda ideoloji iş olmamışdır. Önce öz ağılsızlarımız İslam dini adı altında gizledilmiş arabçılığı […]

Soylu Atalı. Keçmişi bilmək – Gələcəyi yetirmək

Keçmişdə yaranan mədəniyyətlərin, eləcə də ruhaniyyatların yaradıcılarının bu gün soyu varmı – yoxmu, bəlli deyil. Bir çox yaranmışlar yaşamdan silinib gedib, ancaq ilsırada (tarixdə) qalıb. Ona görə yeni soy (nəsil) yaşamdan çıxmış keçmişi yalnız araşdırıb öyrənməklə uğraşır. Keçmişi bu gündə təkrar eləmək istəmir. Yeni soy yenilik istəyir. Söz yox, bu yenilik də havadan yaranmır, özündən […]

Yadigar Türkel. AZERBAYCANLILARA YENİDENDOĞUŞ ÇAĞIRIŞI

Dekabrın 10-da Fb sehifeme “Ermeni öldü” adlı yazı goymuşdum. Yüksek politik, strateji, bilimçi, yurdsever yurddaş düşünceli yazını 15 adam beyenib, neçesinin oxuduğunu bilmirem. Bu, meni tanıyanların sayından başga Azerbaycan Türklerinin az oxuyan uluslardan olduğunun göstericisidir. Ölkede oxunan bir gazet yox, televiziyalar Azerbaycan Ağalığının elinde. Ulusa, yurddaşlara düzgün yol gösterecek, ağlı başında olan bir yurdsever, bir […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv