Archive for the ‘Türk Dünyası’ Category

Mütləqə İnam Ocağının Xalqlaşma səfərləri

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız. Asif Atanın Mütləqə İnam Ocağı özünün Xalqlaşma yönündən işlərini davam etdirir. Ocağın Yükümlüsü Soylu Atalı Amaldaşları Günev, Nurtəkin Atalılarla bölgələrə səfər etmiş, İnamlı Atalının təşkilatçılığı ilə (Cəlilabadda) görüşlər keçirmişdir. Görüşdə Ocağın ideyaları, Azərbaycanın ruhsal mahiyyətini ifadə edən dəyərləri haqqında söhbətlər aparılmışdır. Eləcə də, istər Yurdumuzda, istər onun dışında baş verən […]

Göytəkin Atalı. Sevdalı Ürəyin pıçıltıları (Rabindranat Taqora doğma)

 *** Sevgi ilə dolu Ürək – Sevginin onda yaratdığı qanadlarla, dünyanın həşirindən çox uzaqlarda, əngin göylərdə uçar. *** İnsan nə yaşadı?! – Çapdı, taladı, öldürdü, dağıtdı. Dünyanın Mənasını, təbiətin gözəlliyini deyil, azğınlığı, eybəcərliyi səslədi içinə. Bunlar insanın ömrünü zəncirlədi, xoşbəxtliyi onun üçün əlçatmaz elədi. Ömründə xoşbəxtlik yaratmadı, dünyada xoşbəxtlik aradı, tapa bimədi. İNSAN ola bilmədi. […]

Soylu Atalı. İşğalın doğurduğu həyat

(Faiq Balabəylinin “Lənətlənmiş həyat” əsərinə yönəlik bir neçə söz) Quruluş, gerilik hər bir xalqın həyatında amansız görsənişlər yaratmışdır. İnsanın insana qarşı davranışlarındakı hər cür dözülməz addımlar, zaman-zaman insan haqqındakı baxışları darmadağın etmişdir. İnsanın insana inamı ortadan qalxmış, birgəyaşayışın tələbləri qarşısında hər kəs, özlüyündə təklənərək, bioloji mövcudluğu uğrunda mübarizə aparmışdır. Bəlkə buna görə insanı özündən qıraqdakı […]

TÜRK XALQININ STRATEJİ YOLU

Ürəyinizdə Ata Günəşi olsun! Bu günlərdə “Türk Xalqlarının Strateji Yolu” adlı bir yazını oxudum. Soylu Atalının oxumağımız üçün önərdiyi bu yazı tatar türklərinin ideoloji baxışlarını əks etdirir. Yazını Azərbaycan türkcəsinə qiyabi tanıdığım Əlisəfa Mehdi bəy çevirmişdir. Soylu Atalı bu yazıya ciddi önəm vermiş, bu axtarışı millətləşmə yolunun müəyyənliklərindən biri kimi dəyərləndirmişdir. 1997-ci ildə işlənib ortaya  […]

Soylu Atalı. Xalqı aldatmaq dövləti gücsüzləşdirər

Dinc-amanlıq çağlarında xalq sadəcə say kimi görünür. Hər kəs öz işində, hər kəs fərdi qayğıları ilə uğraşıb yaşayır. Çünkü dövlət var deyə, xalq özünü güvəndə bilir. Çünkü dövlətin öz xalqını yadelli işğallardan, qırğınlardan qoruması üçün ordusu var. Bu ordu xalqın öz övladlarından yaranır. Çətin anlarda isə dövlətin başlıca görəvi say kimi görünən xalqı bir bayraq […]

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı vətənsevər millətçi, türkçü Hacı Əhmədovun ölümü ilə bağlı bütün yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Yurdu, Ulusu var olsun! Ulusumuzda yaşasın! Ölümlə Görüş – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa […]

Göytəkin Atalı. Özümləşdirən Yol

O, hər kəsin xoşbəxtlik hesab etdiyi çox şeyə sahib idi. Ancaq hər dəfə “mən xoşbəxtəmmi?” sualını özündən soruşanda, qəlbinin lap dərinliklərindən gələn bir səs ona “yox” cavabı verirdi. O səs başqa bir dünya idi, usanmadan onu səsləyirdi. Bir əlçatmazlıq vardı o səsdə, can atdıqca uzaqlaşırdı. Hara, niyə səsləndiyini anlamasa da, bu səsin onu yaşamın gözəlliyinə […]

Soylu Atalı. Çağımızın Örnək Aydını

Asif Atanın Mütləqə İnam Ocağı elimizin – bütövlükdə Azərbaycanın dəyərli aydını İsa Mehdioğlunun (Doxdur İsa)  ölümü ilə bağlı bütün yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Yurdu, Ulusu var olsun! Ulusumuzda yaşasın! Soylu Atalının İsa Mehdioğlu ilə bağlı yazdığı “tanıtım” xarakterli bir yazısını oxucuların baxışına sunuruq.  Çağımızın Örnək Aydını  “İnsan həyata bilinməyən (naməlum) olaraq gəlir, bilinməyən […]

Bakının qurtuluşu – Türklüyün qurtuluşu idi

Ürəyinizdə Günəş olsun! Sovetlər Birliyi dağılandan üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. Bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri […]

Soylu Atalı. Siyasi Azərbaycançılıq qurtuluşumuz deyil, fəlakətimizdir

Son çağlar hakmiyyətə yaxın basın orqanları yenidən “Azərbaycançılıq” təbliğatı aparırlar. Bu təbliğat siyasi xarakter daşımaqla Azərbaycanın özül sütunlarına bütünlüklə tərsdir. “Siyasi Azərbaycançılıq” ideyasını hələ 90-cı illərdə keçmiş dövlət başçısı H.Əliyev ortaya atmışdı. O çağlardan biz, “Siyasi Azərbaycançılığın” dövlət ideolojisinə çevrilməsinin zərərlərini, gərəksizliyini dönə-dönə yazmışıq. Bu gün də bu məsələ ilə bağlı baxış sərgiləməyi gərəkli sayırıq. […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv