Uzaqlardan bir ilahi tütək səsi gəlirdi, Kədər vardı, fərəh vardı, dəvət vardı o səsdə… Əlim qaşımın üstündə, qulağım dinşəmədə, axşamüstü yol dəyişdim o ilahi səs səmtə. “Az getdim-üz getdim, dərə-təpə düz getdim”, Bir saatın tamamında ol məkana yetişdim. Dağ döşündə bir çobandı üzü-gözü fərəhli, Yeməkdən yorğun sürüsü gövşəyirdi sərində. Salam verdim, salam aldım. Dedim, qardaş, […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata Tarixə çatmaq. Babəkliyimiz (I və II hissə)
Mart 14th, 2023
admin I. TƏLƏB Tarixi görmək üçün daxili göz gərək – RUHANİ. II. BABƏKLİYİMİZ XƏLİFƏT BOŞLUĞU Keçilməz Boşluq yaşayır Xəlifə nəşəsevərliyində, zənginliyində, dəbdəbəsində. Boşluğa doğrudur Xəlifə ömrünün yönü, bərli-bəzəkli məqamlarda neçə əsrlik Boşluq yaşayır; Boşluqla zəngindir ömrü Xəlifənin, Boşluq yaşadır ömründə Xəlifə – ömür Mənadan ayrılıb, mənasızlaşıb. Xəlifə Möhtəşəmliyində, mənəm-mənəmliyində Boşluq var – çilçıraqlı.
Soylu Atalı Babək özgürlük simgəmizdir
Mart 14th, 2023
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]
Xaliq Bahadır Yerində, addımla, marş!
Mart 13th, 2023
admin Yerində, addımla, marş!- orduda olduğumuz dönəmdə bizə verilən komandalardan biri beləyidi. Biz ölkəmizdə belə bir komandayla yaşayanlar durumundayıq.Ölkədə böyük, gerçək gəlişmələr yalnız oğurluq alanındadır.Bilim, kültür baxımından yerində addımlamaqdan uzağa getmirik.Dil baxımından da eləcə. Dil deyincə də göz önünə daha çox Nəsimi adına Dilçilik institutu gəlir. Düzü, sonralar ilgilənmədim onlar dovşanı necə adlandırdılar: dooşanmı, tavşanmı? […]
Soylu Atalı Dil ulusal varlığın tamğasıdır
Mart 4th, 2023
admin Dilin özəlliyi, gözəlliyi təbliğatla dəyişə bilməz. Son günlər sosial şəbəkələrdə ayrı-ayrı yorumlara rast gəlinir. Dilin qutsallığına ayqırı yanaşmalar sərgilənilir. Bir də dilin statusu ilə bağlı baxışlar bildirilir. İkinci məsələ tanınmış şair Rüstəm Behrudinin dil haqqında yazdığı, təbliğ elədiyi bir şerindən sonra görsənməyə başlayıb. Ana dili anlayışındansa ata dili anlayışına üstünlük vermək uyğun sayılır. Şeirdə Türk […]
Xaliq Bahadır Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası
Mart 4th, 2023
admin Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni […]
Soylu Atalı Milli Faciəmizin Xocalısı
Fevral 26th, 2023
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]
Xaliq Bahadır Təkərləmə Qanunu
Fevral 26th, 2023
admin -Al bu pulu, elə bu gün apar ver, onsuz da bir aydan çox gecikdirmişik, sən də cibində gəzdirib gecikdirmə, – deyə, yoldaşım əlindəki iki yüzlüyü mənə uzatdı, üstəlik, uyarıda bulundu: – Bax ha, avtovuslarda çoxlu oğurluq olur, gözlə, oğurlamasınlar. Pulu alıb yarımqol ağ köynəyimin cibinə qoydum, sonra cibimi düymələdim. Bundan sonra özümə güvənlə incik-incik dodaqaltı […]
Soylu Atalı Xocalının Pərdələnən illəri
Fevral 26th, 2023
admin Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]
Xaliq Bahadır Şah süvariləri- şər atlıları
Fevral 21st, 2023
admin İstənilən ulus, istənilən ölkə üçün ortaq dəyərlər olur. O dəyərləri qorumaq ellik üçün ortaq borc olur. Ortaq dəyər deyilən ayrıca olaraq hakimiyətin, ayrıca olaraq müxalifətin, eləcə də toplumun hansısa kəsiminin deyil, bir ulusun, bir ölkənin, bir dövlətin gücünə güc qatan, onun tutacağı yolu bəlirləyən birləşdirici, bütövləşdirici aydın, aparıcı düşüncə sistemi olur.




Posted in
Tags:
