İşin Ocaq yönü necədir, biz həyata nə dərəcədə bağlıyıq, bağlı olmalıyıqmı?! Biz həyata bağlılığı açıb qırağa qoymaqdan çox danışırıq. Ancaq həyata bağlılığı açıb qırağa qoymaq daha çox məcazi xarakter daşıyır, gerçək anlamda deyil. Yəni biz, həyatın bioloji cəhətlərinin bizim üzərimizdə hakim olmasını açıb qırağa qoyuruq. Həyatın bizim üzərimizdə ağa kimi davranması, bizim iradəmizi zorlaması, iradəmizin […]
Archive for the ‘Türk Dünyası’ Category
Paşa Talıblı. Şeirlər
Yanvar 26th, 2024
admin Təzə bir şer yaz, qaraca oğlan… (Emil Rasimoğluna) * … təzə bir şer yaz, Emil əfəndi! … orda ayla, illə, burda müxtəsər, köhnədən-təzədən…təzə bir şer! Min il əhədimi kəsən dərdimin bəlkə əhədini kəsə bir şer! * … təzə bir şer yaz, Emil əfəndi! … fikirlər narıncı, cəhrayı rəngdə, misralar körpətək day dura bilsin. Elə yaz, […]
Aqşin Ağkəmərli. Xoşbəxt sevgi xatirəsi
Yanvar 24th, 2024
admin Təhsilimlə bağlı Təbrizdən Bakıya gəlmişdim. Bir neçə öyrənci ilə Sovetski deyilən məhəllədə İsmət nənənin evində bir otaq kirələdim. Bir gün səhər Zərgərpalan küçəsindən İçərişəhərə gedirdim. Xoş, ürəyəyatımlı küləkli hava vardı. Yol boyunca çinar ağacları Günəşin doğuşuna sanki sevindiklərindən rəqs edərək sağa-sola baş əyir, yarpaqları Günəşə “Xoş gəldin” deyirdilər. Əhvalım yaxşı idi, ağır-ağır addımlarımı daş döşəmələrin […]
Paşa Talıblı. Şeirlər
Yanvar 24th, 2024
admin İndi tanıdınmı Dadaloğlunu… (A.Təhləliyə) * …bir yarpaq şerini oxudum, ustad! Belə görməmişdim ox udan səni… …dost sözün dostluğu deyilsə, onda nədi yastı-yastı oxudan səni? * Belə yaslı-yaslı oxudan nədi… Yoxsa ki, qoynundan yar atıb səni? Qor kimi yaradıb o xudan səni, kül altda qor […]
Asif Ata. 20 Yanvar
Yanvar 20th, 2024
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Soylu Atalı. 20 Yanvar Dərsi
Yanvar 20th, 2024
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Asif Ata. Gedimli Dünya
Yanvar 15th, 2024
admin İşığın bəbəkdən getməsi, çiçəyin çəməndən getməsi, sevginin sevdadan getməsi! İlhamın duyğudan getməsi! Ümidin ürəkdən getməsi! Heyrətin gözlərdən getməsi! Mütləqin mənəviyyatdan getməsi! Eşqin hissiyyatdan getməsi! Doğmalığın səsdən getməsi! Ağacın qırılması! Çayların quruması! Gözəlliyin solması! Bədənin məzara qoyulması! Həsrət gedişi! Hiddət gedişi! Məqam, gün, ay, il gedişi! Yolların yollardan ayrılması! Biçimin məzmundan ayrılması! Övladın anadan ayrılması! Aşiqin […]
Günev Atalı. Millilik və İnsanilik
Yanvar 6th, 2024
admin Millət öz keyfiyyətləri ilə yaranır, var olur. O keyfiyyətləri onun əlindən alanda millət assimilyasiyaya uğrayır. Millət keyfiyyətlərini itirəndən sonra yaratdıqları təməlsiz olur. O nə yaradırsa, özgələrə yarayır. Ən böyük özgələşməyimiz ərəblərin yurdumuza yürüşüylə başladı. Onda biz kimliyimizi itirməyə başladıq. Təbii ki, özümüzün səhvlərimiz özgələrin göstərdiyi basqıdan az olmayıb. Özümüzə arxa durmamışıq. Dəyərimizə sahib çıxmamışıq. Ona […]
Asif Ata. Gəlimli Dünya
Yanvar 1st, 2024
admin İşıq gəlişi, Səhər gəlişi, Günəş gəlişi, Yağış gəlişi, Hicran gəlişi, Vüsal gəlişi, Ana gəlişi, Ata gəlişi, Fikir gəlişi, Bulaq gəlişi, Ümid gəlişi, İnam gəlişi, Həya gəlişi, Qeyrət gəlişi, etiqad gəlişi, qollara qüvvət, idraka vəcd, torpağa bərəkət gəlişi. Yenidən doğulanların dünyaya yenidən gəlişi, arzu gəlişi, şəfqət gəlişi, ruhani heyrət gəlişi. Ali söz, ülvi kəlam gəlişi, ömrə […]
Paşa Talıblı. Şeirlər
Yanvar 1st, 2024
admin Fəxri xiyaban … …nə qədər yer desən – Allahın altda səhra uzununda, düz enində, bax! Mövlam tərəfindən ismarlanmışam; diriyəm həmişə söz önündə, bax! Mənəm – ayağı cüt, izləri tək-tək!.. Yoxuşum boydadı enişim mənim… …təkkə türbəsidi, şah məzarıdı – Baş xiyabanlarda nə işim mənim?




Posted in
Tags:
