Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata. 20 Yanvar
Yanvar 20th, 2026
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Fazil Aliev. Qıpçaq-Afşar etnosistemində Soğanlığın tarixi
Yanvar 14th, 2026
admin “Oğuz Sistemində Soğanlıq Tayfası” XVI–XVIII əsrlər arasında Soğanlıq tayfasının etnogenezi və məskunlaşma dinamikasını Oğuz–Afşar konteksti içində izah edən, arxiv və xəritə materiallarına dayanan ilk sistemli tədqiqatdır. Kitab, Oğuzların 24 boy sistemi, damğa/onqon rəmzləri və “çəngəl dönəmi” nəzəri çərçivəsindən başlayaraq Afşar–So ğanlıq xəttini morfoloji, onomastik və areal analizlərlə izləyir. Osmanlı idarəçiliyində tahrir–tımar–iskân mexanizminin Tiflis–Kür sağ sahilində […]
Soylu Atalı – 60. Yaşamaq – Özünü Dərkdədir
Yanvar 13th, 2026
admin İnsan özündə egonu formalaşdıran keyfiyyətlərlə iç-içə olursa, bütün varlığı gün-güzarana, kefə, əyləncəyə bağlı olur. İnsan İçində ruhani keyfiyyətlərlə ünsiyyətdə olarsa, onu içdən ruhanilik formalaşdırar. Yəni insan öz içində nə ilə ünsiyyətdədirsə, nə ilə söhbət edirsə, onun varlığını ünsiyyətdə olduğu keyfiyyətlər formalaşdırır. Bunu da insanın özü bilməlidir, tanımalıdır. Özünü tanımalıdır ki, nə ilə ünsiyyətdədir, nəyə boy […]
Asif Ata. Ürəkdən gələn səs
Yanvar 13th, 2026
admin Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığmayan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təzahür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır. Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. […]
Soylu Atalı. Dəyişmədən Yenilik olmur
Yanvar 8th, 2026
admin …İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel […]
Asif Ata. Məkandan yüksək yaşamaq
Dekabr 31st, 2025
admin İnsan cismən ən məhdud, kiçik məkana sığır. Ancaq fikrən, ruhən ən geniş, ən böyük məkana sığmır. Buna görə də o, məkandan yalnız cismani mənada asılı olur. İnsan ömrü boyu bir evdə, bir şəhərdə, bir yerdə yaşaya bilər. Ancaq düşüncəsiylə, arzusuyla, duyğularıyla həmin evə, həmin şəhərə, həmin yerə sığmaz. Buna görə də o, həmin evdən, şəhərdən, […]
Nurtəkin Atalı. Xalqın Özümləşmə gərəyi
Dekabr 23rd, 2025
admin …Hər bir xalqın özünəxas dəyərləri var. Bu dəyərlər həm xalq ruhunu yetişdirir, həm də onun fərdi və ümumi təzahürüdür. Xəlqi dəyərlər müqəddəsdir, ölməzdir. Çünkü onlar insan müqəddəsliyini, vətən müqəddəsliyini təsdiq edirlər. Məna üstə yaşayan, müqəddəsləşən insan dəyər yaradır. Özünü Mütləqdə tapan xalqda yaşayır. Xəlqi ruh – xalqın öz keçmişi, mədəniyyəti, dəyərləri, dili, tarixidir. Tarixdəki ağrıları […]
Asif Ata. Zamandan yüksək yaşamaq
Dekabr 15th, 2025
admin Zaman – məhdud, nöqsanlı, natamam keyfiyyətləri təsdiq edir. Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır. Zaman nisbi məziyyətlərə tapınır. Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır. Zaman qeyri-Mütləq niyyətləri həyata keçirir. İnsanın Mütləq mahiyyəti həmin niyyətlərə sığmır. Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır. Zaman insanı keçiciyə, maddiyə bağlayır. Bu səbəbdən də insan zamandan yüksək […]
Soylu Atalı. Yolsuzluq
Dekabr 3rd, 2025
admin Bir şeyi özümüz üçün aydınlaşdırmaqdan ötrü təsəvvürümüzdə canlandırıb bilgi əldə etməyə çalışırıq. Deyək ki, bir yerə gedirik. Qarşıda, uzaqlarda nəsə görünür. Biz onu təsvir etməyə, haqqında düşüncə sərgiləməyə çalışırıq. Ancaq uzaq olduğundan onu aydın görə bilmirik. Ya da axşam qaranlığı olur, toz, duman, günəşin işığı, nələrsə aydın görməyə əngəl olur. Onu görə biləcək qədər yaxın […]




Posted in
Tags: 