Səmaya bənzəmək. Günəşə bənzəmək. Dağlara bənzəmək. Bulağa bənzəmək. Çırağa bənzəmək. Ananın ürəyi. Atanın zəkası. Aşiqin fəryadı. İgidin cürəti. Körpənin təravəti. Ayrılığın kədəri. Vüsalın sevinci. İdrakın vəcdi. Sevgi məqamı. Gəlin vüqarı. Həya qızartısı. Aşiqin Məcnun çağı. Şəhidin ölüm çağı. Yolçunun yoxuş çağı. İlqarın sınaq çağı.
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Alimin Fal Daşı, ya da Kül Aləmin Gözünə
İyul 6th, 2024
admin Bir vaxtlar Azərbaycanda rusçuluğa sevgi çox qabarıq idi. Rusun orta səviyyəli bir yaradıcısına yarınmaq istəyənlərin içərisinə iynə atırdın yerə düşmürdü. İndi avropalıların xoşuna gəlmək yarışı başlayıb. Kim harda nə tapırsa, ona kosmetik bəzək verib öz doğmaca xalqına sırımağa çalışır. Hər araçla toplumu inandırmağa çalışırlar, Avropada azərbaycanlıların bilmədiyi böyük kişilər varmış. Bizim toplumumuz onlardan soraqsız imiş. […]
Xaliq Bahadır. Dəyərləri qorumaq gərəyi
İyul 3rd, 2024
admin Rejim sorunları üzündən bu gün istər Türkiyədə, istər Azərbaycanda Türkçülük-Ulusalçılıq çox çətin, ağrılı görəvə dönüşüb. Ancaq kimlər üçün? Dəngəsi pozuq yapay yarımçıq kimsələr üçün deyil, bu yoliun dönməz-gerçək yolçuları üçün.Türkçülük-Ulusalçılıq kimi dəyərlərə yalanın üstünlük qazandığı ortamda yer olmur, ola bilmir. Bu isə Türkçülüyün-Ulusalçılığın özünə-özlüyünə, başqa sözlə, xarakterinəbağlı qaçılmaz görsənişlərdəndir. Türkçülük-Ulusalçılıq yalanla, özgüdükçülüyə bağlı dəngəsiz, nala-mıxa […]
Asif Ata. İnsan Müdrikliyi
İyun 24th, 2024
admin Həqiqətin Mütləq siqləti. Ədalətin Mütləq siqləti. Qəhrəmanlığın Mütləq siqləti. Fədakarlığın Mütləq siqləti. Sərvəti səadət saymamaq. Həvəsi ehtiras saymamaq. Hakimi peyğəmbər saymamaq. Məqamı əbədiyyət saymamaq. Şöhrəti qiymət saymamaq. Fitnəni fəhm saymamaq. Qorxunu zəhm saymamaq. İniltini qəm saymamaq. Bəzəyi gözəl saymamaq. Ruhsuzu diri saymamaq. Doğrunu əyri saymamaq. Aldanışı sehr saymamaq. Zoru güc saymamaq. Bəd ahəngi tanımaq. Saxta […]
Soylu Atalı. Biz necə türkləşirik
İyun 21st, 2024
admin Yazının başlığı çaşdırıcı görünə bilər. Sual oluna bilər, biz türk deyilikmi, başqa millətik də türkləşmə yolumu tutmuşuq?! Bu sualın ortaya çıxması da bir açıdan yanlış deyil. Ancaq nə yazıqlar ki, biz hər mənada özünə yadlaşmış toplumuq. Özünə dönməli, özümləşməliyik. Bizim özümləşməyimizin adı türkləşmədir. Biz türk üzümüzü, türk kimliyimizi itirmişik… …Çağdaş bilim adamlarından bir çoxları bəşər […]
Asif Ata. İnsan Ülviyyəti
İyun 10th, 2024
admin Ruhanilik. Nuranilik. Müqəddəslik tələbi. Mütləq saflıq tələbi. Dünyada dünyadan böyük məna tapmaq. İnsanda insandan böyük məna tapmaq. Təbiətdə təbiətdən böyük məna tapmaq. Heyvaniliyin süqutu. Şəhvaniliyin süqutu. Maddiyə sığmamaq. Aliyə ucalmaq. Səsin ülvi mənası. Sözün ülvi mənası. Vəcdli kəlam. Coşğun ilham. Peyğəmbərin Mütləqə vurğunluğu. Aşiqin məşuqa vurğunluğu. Qəhrəmanın hünərə vurğunluğu. Cəngavərin amala vurğunluğu. Müdrikin kəlama vurğunluğu. […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
İyun 10th, 2024
admin (Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. İnsan Kiçikliyi
İyun 10th, 2024
admin Sürü yekdilliyi. Canavar qəddarlığı. Hakimə səcdə qılmaq. Mühitə sığmaq. Zülmdən qorxmaq. Ölümdən qorxmaq. Yırtıcı ehtiras kiçikliyi. Məkrli qisas kiçikliyi. İnamsız yaşamaq kiçikliyi! Sabahsız yaşamaq kiçikliyi! Vüqarsız yaşamaq kiçikliyi! İlqarsız yaşamaq kiçikliyi! Ayaqlar altına sərilmək kiçikliyi! Ayaqlar altında sürünmək kiçikliyi! Kor qalmaq, kar qalmaq, kal qalmaq kiçikliyi! Alçalıb sevinmək kiçikliyi! Əyilib öyünmək kiçikliyi! Palaz tək döyülmək […]
Milli dəyərlərimiz – Varlığımızın Özülüdür.
İyun 10th, 2024
admin Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.




Posted in
Tags:
