Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız. Hər bir yol ardıcıl, davamlı addımlar tələb edir. Addımlar olmasa, yolu gedə bilməzsən, məqsədinə yetə bilməzsən. Yolda böyüyür, dəyişir, yetkinləşir adam. Yolda bəlli olur yola bağlılıq. Asif Atanın İnamı haqqında yurdumuzda hər kəs bilir. Ancaq daha dərindən anlatmaq gərəkir, bunu ancaq canlı ünsiyyətlərlə eləmək olar. Canlı ünsiyyət isə səfərlərdən keçir. […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata. İnsan Yüksəkliyi
Noyabr 4th, 2024
admin Aşiqlik aqibəti. Peyğəmbərlik aqibəti. İmtina qətiyyəti. Duyğu ciddiyyəti. Vəcd əzəməti. Ülvi səda hikməti. Ali kəlam qüdrəti. Heyranlıq təlatümü. Vurğunluq təlatümü. Müqəddəs istək. Müqəddəs ürək. Müqəddəs gözlər. Müqəddəs əllər. Müqəddəs Səma. Müqəddəs ana. Müqəddəs torpaq. Müqəddəs kəlam. Müqəddəs sükut. Müqəddəs məqam.
Soylu Atalı. Aktiv Ruh, Passiv Ruh
Oktyabr 27th, 2024
admin … “Bilik sənə ona görə gəlir ki, yaşamaq öyrətsin. Yaşamayanda bilik də səndə qalmır. Biliyi toplamaq yox, onu yaşamaq gərəkdir. İlginc bir məsələ var, elm də bunun üzərində baş sındırır. İnsanda lamisə duyğuları var: görmə, eşitmə, dadbilmə, iybilmə, hiss etmə (toxunma). İndi gəlin, fəlsəfəni ilgiləndirən həzz, iztirab, vecsizlik (laqeydlik) məsələsini lamisə duyğuları ilə əlaqələndirək, bir […]
Nurəddin Şaya. Şeirlər
Oktyabr 26th, 2024
admin SUAL Ağ düşüb ümidlə qaldığım dağa, Bu yayın içində qarlı gecəyəm. Sıfırdan başladım səni saymağa, Sən məni say hələ, görüm neçəyəm? Belə saymağınla nə böyük bir iş? Belə saymamağın itən deyil ha. Boyuma ölçülən hər gəliş-gediş Sənin saymağınla bitən deyil ha!
Asif Ata. İnsan Günahkarlığı
Oktyabr 21st, 2024
admin Mütləqi unutmaq. İnsanı unutmaq. Vicdanı unutmaq. Çirkinlik bataqlığı. Xudbinlik bataqlığı. Hərislik bataqlığı. Əsirlik bataqlığı. Vəhşilik bataqlığı. Dişilik bataqlığı. Erkəklik bataqlığı. Əyrilik bataqlığı. Qəbahətə tapınmaq. Ülviyyəti yanılmaq. Xalisi atıb naqisi tutmaq.
Böyüklüyə münasibət
Oktyabr 13th, 2024
admin (Amaldaşlarla dialoq silsiləsindən) … Müsəlmana deyirlər, hər an Allahı düşün, Allahı xatırla. O da gündə min yol təsbeh çevirib “sübahan Allah” deyilişini təkrar-təkrar söyləyir. Əslində bilmək gərək, sən hər an ədalətli olanda Allahı xatırlayırsan, Allahı unutmursan. Hər an ədalətli ol, dürüst ol, doğruçu ol, xeyirxah ol, mərhəmətli ol. Bu, hər an Allahı yaşatmaq, Allahlı olmaq […]
Asif Ata. İnsan Fədakarlığı
Oktyabr 5th, 2024
admin Amalsız ömürdən imtina. Şərəfsiz ömürdən imtina. Əzabsız sevincdən imtina. Hünərsiz əməldən imtina. Tonqallarda yandırılmaq sevinci. Dabanından soyulmaq sevinci. Sevincdən ayrılmaq sevinci. Nəşədən ayrılmaq sevinci. Müdhiş ağrılar sevinci. Məhkum doğrular sevinci. Qurbanlıq aqibəti. Mütləqə heyranlıq aqibəti.
Soylu Atalı. Millət Tarixdən Üstün olanda Var olur
Sentyabr 28th, 2024
admin (Murad Adcının «Qıpçaq Çölünün Yovşanı» kitabının doğurduğu düşüncələr) Tarixi vərəqlədikcə türk insanı qəribə duyğular keçirir. Millətimizin aqibəti nə qədər mürəkkəb, tarixi nə qədər ziddiyyətlidir! M.Adcının da dediklərindən bəlli olur, bu millətin tarixini bilərəkdən qarışıq duruma salıblar sanki. Söz yox, tarix çox keşməkeşli dövrlərin sirrini bilir. O da bəllidir, qədim dövrlərdə də, indiki kimi, toplumların siyasi […]
Xaliq Bahadır. Pənah Hüseynovun namus kriteriyası
Sentyabr 19th, 2024
admin (davamı) …2005-ci il parlament seçkisi öncəsi müxalifətin böyük birliyi- Azdalıq bloku yaradıldı. Müxalifət düşərgəsindəki güvənli birisi Blokun başına gətirilməli idi. Müxalifətlə hakimiyət arasında var-gəldə olan P.Hüseynov o günlər ayrıca aktivlik sərgiləməyə başlamışdı. Cəbhəçilər duyuq düşmüşdülər: Pənah Blokun başına gətirilə bilər. Onlar dirənişə başladılar. Dirəniş baş tutmadı, partiya başında duranlar çox yaxşı tanıdıqları Pənahı Blokun […]




Posted in
Tags:
