Archive for the ‘Türk Dünyası’ Category

Hürufilik – Azərbaycanın Ruhani mahiyyətidir

Fəlakətlərimizdən dərs götürək!  Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib… Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.

Türkel Araşdırma Qurumu toplantı keçirdi

TÜRKEL ARAŞDIRMA QURUMU Toplantı keçirdi 18 dekabr 2011-ci il tarixdə “Türkel Araşdırma Qurumu” növbəti toplantısını keçirdi.

Ulusəs Atalı. Türkü – Türk İnamı var edəcək

Dünya Gənc Türk yazarlar Birliyinin “Türkün səsi” kitabına rəy verərkən mən “Türkün səsi”ni türk ruhunun ucalığında görmək arzumu çatdırmaq istəyirəm. Dünyada ən böyük ərazisi olan türk, öz torpaqlarında, yüzillərlə türk millətini əsarətdə saxlayan yad qüvvələrə, onların dini və siyasi imperiyalarının mövcudluğuna dözür nədənsə.

Soylu Atalı. Din İnamsızlığı

Qiyamət Günü – Allaha inamsızlıqdır. Din dünyanın düzələcəyinə, insanın kamilləşəcəyinə, hətta özünün iddia elədiyi kimi, Allahın peyğəmbərlərə göndərdiyi kitablarla insanı düzəldə biləcəyinə şübhə edir. Əgər Qiyamət mütləq qopacaqsa, deməli, insan düzəlməyəcək. İnsan düzəlsəydi Qiyamət qoparılmazdı. Deməli, bəri başdan insanın düzəlməyəcəyi bəllidir ki, Qiyamətin qopması ilə bağlı hökm verilib.

Asif Ata. Azərbaycançılıq – Türkçülük Birliyi

Ürəyinizdə Günəş Olsun! Türkçülüyün Üç əsas Cəhəti var: Ruhani Türkçülük, Tarixi Türkçülük, İdeoloji Türkçülük.

“Güney Azərbaycanda gedən mübarizələr və nəticə olaraq bu günü”

Türkel Araşdırma Qurumu təqdim edir Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış II mövzu: “Güney Azərbaycanda gedən mübarizələr və nəticə olaraq bu günü”

Rafiq Tağıya həsr olunmuş Anma Törəni keçirildi

Türkel Araşdırma Qurumunun və Mütləqə İnam Ocağının birgə təşəbbüsü ilə 27 Yağış ayı, 33( noyabr, 2011) cü il tarixdə Rafiq Tağının xatirəsinə həsr olunmuş Anım Tədbiri düzənləndi. Burada media mənsubları, Rafiq Tağını sevən dostları və qardaşı İlqar bəy iştirak edirdi.”1) Nə baş verdi və niyə baş verdi – kim idi Rafiq Tağı; 2) Azad düşüncə […]

Soylu Atalı. Alimin fal daşı və ya kül aləmin gözünə

Bir vaxtlar Azərbaycanda ruslara “sevgi” dəbdə idi. Rusun orta səviyyəli bir yaradıcısına yarınmaq istəyənlərin içərisinə iynə atırdın yerə düşmürdü. İndi avropalıların xoşuna gəlmək yarışı başlayıb. Kim harda nə tapırsa, dərhal ona kosmetik bəzək verib öz doğmaca xalqına “ərməğan” edir. Hər vasitə ilə cəmiyyəti inandırmağa çalışırlar ki, Avropada azərbaycanlıların bilmədiyi kişi varmış. Bizim cəmiyyət onlardan xəbərsizmiş.

Ulusəs Atalı. Dönə-dönə Atatürk…

Atatürk qəhrəmanlığı – türkün ölümü yenmə qətiyyətiydi. Atatürkün başçılıq etdiyi Çanaqqala döyüşü elə andır ki, məhz buradan türkün yenidən doğulub “var olmaq” tərcümeyi-halı başlanır. O savaşlarda göstərdiyi qəhrəmanlıq millətin özümlüyünü, yenilməzliyini bir daha təsdiqlədi. Məhz bu döyüşdə Atatürkün məşhur “Mən sizə ölmək əmri verirəm!” hökmü 200 min türkü şəhidlik zirvəsinə yüksəltməklə, ulusu ölümsüz etdi.

Türkel Araşdırma Qurumu toplantı keçirib

 Türkel Araşdırma Qurumunun Mətbuatla Əlaqə Odasının Məlumatı 24 Yağış Ayı, 33-cü ildə (noyabr, 2011) Türkel Araşdırma Qurumunun növbəti toplantısı keçirilib. Toplantıda Qurumun fəaliyyəti, “Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış” mövzusunun üçüncü hissəsi və cari məsələlər təhlil edilib.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv