Archive for the ‘Türk Dünyası’ Category

ASİF ATA. CƏMİYYƏTLƏ GÖRÜŞ

İnsan başqaları ilə birgə yaşamağa can atdı: o, kiminsə əlindən tutmalıydı, kiməsə həmdəm olmalıydı, həm də öz gücünü artırmalıydı. İnsan belə hesab edirdi ki, cəmiyyətdə onun ruhani qüdrəti daha parlaq şəkildə meydana çıxacaq. Bir sözlə, insan cəmə qovuşdu, cəmin içindən özünə başçı seçdi, onu fərqləndirdi, yüksəltdi. Ona inandı. Hamılıqla təbiət üzərində qələbə çaldılar, dünyaya sahib […]

XALİQ BAHADIR. TARİXİN FƏLSƏFƏSİ (I HİSSƏ)

Tarix nədir, nədən ötrüdür, onu niyə yazırlar? Bir sıra qabaqcıl, gəlişmiş uluslar (deyək, anqlosakslar) üçün bunlar, ola bilsin, yersiz-gərəksiz sorulardır; onlardan ötrü bu sayaq sorular aktuallığını çoxdan itirib. Niyə? Onlar çox-çox illər öncə bu soruları doğuran nədənləri aradan qaldırıblar. Ancaq bizdən ötrü bu sorular bu gün də aktualdır, istər-istəməz biz indi də bu sorulardan yaxa […]

Soylu Atalı. ÖZÜNƏYADLAŞMANIN TARİXİ SƏBƏBİ

Azərbaycanda qeyri-milli, eləcə də antimilli təbliğatlar sürətlə işə keçir, ancaq milli təbliğatların etkisi ya yoxdur, ya da çox az hiss olunur. Bu gün toplumu özgələşməyə şirnikdirən təbliğatlar arasında yeni bir fikir də yayılmaqdadır. Son dövrlər ictimai fərdlərdən, eləcə də sadə insanlardan belə bir fikri tez-tez eşitmək olur: “İkinci dünya savaşında Bolşevik Rusiyası deyil, almanlar qalib […]

İsa MEHDİOĞLU. “KOMİTET 300” VƏ BİZ

Biganəlik xalqın mənəviyyatının itirilməsinə xəbərdarlıqdır! Dünyada var olan, bəşəriyyətə bəlli bütün canlı və cansz, maddi və mənəvi varlıqlar daimi olaraq, tədrici dəyişməkdədir. Bu dəyişikliklər təbii və ənənəvi olaraq, məqsədyönlü, planlaşdırılmış və dönməz şəkildə hansısa sirli qüvvələrin layihələrinin təsdiqi kimi baş verir. Bizdən asılı olmayan bu dəyişikliklər, həmişə bizim xeyirmizə xidmət edir və bu dəyişiklikləri tədqiq […]

Soylu Atalı. MÜTLƏQ HAKİMİYYƏTÇİLİK EYBƏCƏRLİYİ

Demokratiya – hakimiyyət uğrunda mübarizə ideologiyasına çevrilib. Hamı demokratiyanı hakimiyyətə gəlmək üçün sevir. Buna görədir ki, hamı partiyalarda qruplaşır. Millətləşmə uğrunda, vətən uğrunda mübarizə aparan şəxsiyyət partiyaçılığa küsənməz, ümumimili Hərəkata başlayar. Partiyaçılıq qrup mənafeyidir, bu səbəbdən də milli istəklər üçün məhduddur. Partiyaçılıqda hədəf hakimiyyət dəyişikliyidir, milli şüur dəyişikliyi deyil. Ümummilli Hərəkatda hədəf milli şüurun inkişafı […]

XALİQ BAHADIR. ÜZLƏŞDİYİMİZ QANUNSUZLUQLAR

İki körpə uşaq atası, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını şərləyib tutduran Gülər Əhmədova özü indi dustaqdır. Əvəz Zeynallı sevmədiyi rejimin dustağıdır, Gülərsə bir könüldən min könülə aşiq olduğu, qurulmasında, bərkinməyində ayrıca rol oynadığı rejimin dustağı! Olduqca ilginc görsənişdir. Əvəz Zeynallı dustaqlıqda da dediyindən dönmür, bu rejimlə döyüşür, rejimin iç üzünü açıb tökən çıxışlarda bulunur.

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası

14 Günəş Ayı (mart) BABƏKİN EDAMININ İLDÖNÜMÜDÜR

Asif Ata BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh […]

Soylu Atalı. ZORAKI HAKİMİYYƏTİN BAYRAM ZORAKILIĞI

Bu gün xalqımız quruluşdan quruluşa (sosializmdən kapitalizmə) keçməsinin çətinliklərini, hətta fəlakətlərini yaşamaqdadır. Təbii ki, fəlakət quruluşun mahiyyətindədir. Üstəlik dövlətimizin başında olan hakimiyyət ötən illər ərzində bu fəlakəti daha da genişləndirmişdir. Hakimiyyətin yadlığı, özbaşınalığı Quruluşun mahiyyətindən gələn fəlakətlərlə mütləq vəhdət təşkil edir. Bu da özünü xalqın həyatında bütün çılpaqlığı ilə ifadə edir. Ölkənin gəlir imkanları aşkarlandıqca […]

XALİQ BAHADIR. AŞ PA: GÖZLƏNTİLƏRİMİZ, GÖRDÜKLƏRİMİZ

AŞ PA-ın indiki qış sessiyasından gözləntilərimiz böyük idi. Bunun iki başlıca nədəni vardı. Birinci, AŞ PA-ın son illərdə keçirilən sesiyalarında dönə-dönə Əliyevlər hakimiyətinə “son xəbərdarlıq” edilmişdi: demokratik reformalara başlayın, insan hüquqlarını pozma praktikasına son qoyun. 2007-ci il sessiyalarının birində Səməd Seyidov dəstəsinin uzun-uzadı yalvarışlarından, eləcə də İngiltərə, Rusiya, Türkiyə deputatlarının gərgin çalışmalarından sonra “2008-ci il […]

Soylu Atalı. Xalqının durumundan əzab çəkən müstəqilliyimiz

İllər öncə “Müstəqilliyindən əziyyət çəkən xalq” yazısı yazmışdım. Müstəqil elan olunduq, ancaq sevinə bilmədik. Çünki həyat, məişət, quruluş, nizam, milli yön, heç biri yerində olmadı. Üstəlik xarici asılılıq bir neçə yönə bağlandı. Sanki müstəqil olmağımıza görə kimlərəsə borclu qaldıq, başqa sözlə Beynəlxalq güclərə “vergi” verməyə başladıq. Ölkənin enerji imkanları su qiymətinə hərraca qoyuldu. “Suyun qiyməti” […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv