HƏQİQƏT Ziddiyyətsiz Mahiyyət, Ziddiyyətli Gerçəklik – Gerçəkliklə Mahiyyət arasında Ziddiyyət – Dünya budur. HƏQİQƏT Ziddiyyətli Gerçəklik – Mahiyyətə Zidd olan Gerçəklik. ƏLAQƏ Dəyişən Mahiyyət olmur. Dəyişməz Təzahür olmur.
Archive for the ‘Türk Dünyası’ Category
Şahnaz Kamal. SAVALAN (hekayə)
İyun 22nd, 2013
admin Yuxudan hövlnak ayıldım. Qan-tərə batmışdım. Dilim şişmişdi elə bil. Qalxıb yerimdə oturmaq istəsəm də, soyuq mənə güc gəldi, yorğanımı təzədən başıma çəkdim. Gördüyüm röyanı yenidən xatırlamağa çalışdım. Anamı görmüşdüm yuxumda. İllərdir nəfəsinə həsrət qaldığım anamı. Yuxumda başımı onun zəif dizlərinə qoyub uzanmışdım. Sümüyü boynumu incitsə də narahat olmurdum. İçimi rahatladırdı bu ağrı. Anam titrək barmaqlarını […]
TÜRKİYƏMİZ SINAQ QARŞISINDA
İyun 16th, 2013
admin (Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Türkiyənin indiki durumuna münasibət bildirir) Üstün Atalı: Soylu bəy, istərdim bir neçə sualıma cavab verəsən. Birincisi, bu gün Azərbaycanın Türkiyə ilə münasibəti hansı səviyyədədir? Soylu Atalı: Burada mən bəlli siyasi detalları sadalamayacağam, yazılarımızda bu barədə çox demişik. Bu gün Azərbaycanın nəinki Türkiyə ilə, əslində bütün ətraf ölkələrlə münasibəti normal […]
XALİQ BAHADIR. Saleh Bəy
İyun 15th, 2013
admin “Azadlıq” Xaqani – 33-də olan çağlar idi. Vəkil Aslan İsmayılov zəng vurub məni çox dəyərli bir insanla tanış etmək istədiyini bildirdi. “Azadlıq” redaksiyası ilə “Viza” hüquq firmasının arası elə də çox deyildi. Getdim. Uzun, arıq bir kişi kresloda oturmuşdu. Mən onda nəsə bir soyuqluq, yadlıq, əlini dünyadan üzmüşlük gördüm. Bizim adamlara da çox oxşamırdı; elə […]
Soylu Atalı. XALQ RUHUNUN İNCİLƏRİNDƏN
İyun 15th, 2013
admin Dədə Qorqudlu dünyamızı xatirata çevirdik. Tarixləşdi müdrikliyimiz. İndi Yalıncıqlar dünyasıdır. Hər yerdə satqınlıq, hər yerdə xəyanət. Milli dəyərlərimiz satılır, xalq ruhuna xəyanət olunur. Mədəniyyət, ailə, qeyrət, ədalət, vicdan pulçuluğun, zorun tabeliyindədir. Gözünü açıb həyata baxanda hər şey qara rəngdə görünür. Ümid sarsılır sanki. Başını qaldırıb göylərə baxanda allahsızlıq şığıyır adamın baxışlarına.
XALİQ BAHADIR. İLHAM ƏLİYEV – REPRESSİYA PREZİDENTİ!
İyun 10th, 2013
admin Dostum Qurban Məmmədov tutuldu. Onu Azərbaycanı sonadək dağıtmaq planlarına baş vurmuş İlham Əliyev tutdurdu. Onun Azərbaycanı darmadağın siyasətinə qarşı çıxanların hamısı tutulmalıdır – gənclər də, yaşlılar da. Bu gün ölkədə bir tutqu-dustaq-türmə sindromu yaşanmaqdadır. İŞĞALÇI Əliyevlər rejiminin daha beş il ölkəni soyub-yağmalaması üçün bütün sosial-siyasi aktivlər tutulub türməyə göndərilməlidir. Əliyevlər ailəsinin ölkəni bütünlüklə sümürməsi üçün […]
ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı
İyun 10th, 2013
admin HƏQİQƏT İnam – Mütləq İdrak. Elm – Nisbi İdrak. 22 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı. HƏQİQƏT Dünya Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib. Həyat Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib. Insan Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.
XALİQ BAHADIR. ƏRDOĞANIN UDUZDUĞU TÜRKİYƏ
İyun 9th, 2013
admin Doqquzuncu gün! Bugünlər Türkiyə ayrı tarix yaşamaqdadır. İstanbulun Taksim meydanı başlanğıcda olduğu kimi yalnız deyil, bu gün bütün Türkiyə böyük bir meydandır – Xalq meydanı. Bir ağacın kəsilməsilə bağlı Azərbaycandakı olaylar yada düşür. Başlanğıc bir ağac olduğu kimi, bütün xalqın, bütün ölkənin qalxım nədənləri də oxşardır: milli mənlik duyğusu, özgürlük istəyi, bütün bunlarla bağlı illərlə […]
28 May – DÖVLƏTÇİLİK BAYRAMI
May 27th, 2013
admin Türkel Araşdırma Qurumu təqdim edir Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Əsrlərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar türk dövləti ikiyə parçalandı. Dövlətimizin bir hissəsi, Quzey Azərbaycan Çar Rusiyasının işğalı altında qaldı, başqa […]
Soylu Atalı. F.NİTŞENİN “HAKİMİYYƏT ƏZMİ” üstə
May 26th, 2013
admin Hakimiyyətdə olanlar öz yerlərinə göz dikənlərə, başqa sözlə hakimiyyətə gəlməyə real imkanları olanlara qarşı cəlladlıq edir, onları əzmək, sıradan çıxarmaq üçün bəhanələr düşünürlər. Yalandan da olsa, əsaslandırıla biləcək faktlar əldə etməyə çalışırlar. Bunun üçün onlar hakimiyyətə gəlmək imkanları olmayanlar üzərində möhkəmlənirlər. Nitşe belə bir gedişə əxlaqın gücünün çatmadığını elan edir və alqışlayır. Nitşeyə görə əxlaq […]




Posted in
Tags:
