Archive for the ‘Türk Dünyası’ Category

28 MAY DÖVLƏTÇİLİK BAYRAMI

Türkel Araşdırma Qurumu təqdim edir Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Əsrlərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar türk dövləti ikiyə parçalandı. Dövlətimizin bir hissəsi, Quzey Azərbaycan Çar Rusiyasının işğalı altında qaldı, başqa […]

Soylu Atalı (Ocaq Yükümlüsü). ARXİVLƏŞƏN FACİƏLƏRİMİZ

“20 Yanvar” milli faciə tariximizin davamı idi. Bugünkü nəsil bu faciəmizə şanlı tarix kimi baxır. Hesab edir ki, bu faciənin üzərində müstəqil – milli dövlət qurduq. Ancaq qurduqmu?! Qurduq desək, bu, özünə təsəllidən başqa bir şey olmaz. Qurmadıq desək, gərək hər gün utanc duyğusu ilə yaşayaq. Bəzən mətbuatda belə fikirlərə də rast gəlinir: “milli dövlətimiz […]

ASİF ATA. HƏQİQƏT AZADLIĞI – CƏFƏNGİYYAT ƏSARƏTİ

(Qırxıncı Müqəddəs Kitab) 1. ƏLAQƏ Həqiqət – Azadlıqdır, Cəfəngiyyat – Əsarət. Bəşər Həqiqət Azadlığına Yetməyib, çünki Cəfəngiyyat Əsarətindən çıxmayıb.

TÜRKÇÜLÜK VƏ DİNÇİLİK

Bu gün Azərbaycanda, Türkiyədə, bütövlükdə Türk Dünyasında türkün yaxınlaşmasını əngəlləmək, türklüyü sıradan çıxarmaq üçün çeşidli oyunlar gedir. Bu gedişat bütün dövrlərdə Türkçülüyə qarşı düşünülmüş planların təzələnməsidir. Belə bir məsələyə qarşı öz düşüncələri ilə dirəniş göstərmək üçün milli mübarizənin təmsilçiləri Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, Abil Ulusoy, Üzeyir Əlizadə, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı […]

Soylu Atalı. Qloballaşmanın Qlobal dağıdıcılığı

Acınacaqlıdır. Siyasi dünya vəhşi cəngəlliyi xatırladır. İnsan öz növündən olanlar arasında xoşbəxtlik haqqında düşünə bilmir. Güvəniləsi heç nə qalmayıb. Harda yaxşı bir münasibət, proses baş qaldırır, dərhal onun üstünə yeriyirlər və heçə çevirirlər. Sanki öhdəlik götürülüb, – ümidverici heç nə olmamalıdır. Elmi-texniki inkişafın həyata gətirdiyi ab-hava budur. Bu inkişaf maddi üstünlük uğrunda yarışmanın meyarıdır.

Xaliq Bahadır. Haray

Bu Ölkənin varından, yoxundan qazanc güdür, Qarabağı satanlar Qaziləri öldürür! Bütün ölkə ayağa qalxmalıdır bugünlər, Azərbaycan Bakıya axmalıdır bugünlər! Bəsdir! Bu hakimiyət bu Millətə yağıdır, Bəsdir! Bu quldurları durdurmağın çağıdır!

ASİF ATA. ANTİİNSANİ TİCARƏT

(“İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi” Müqəddəs Kİtabından) Ticarətin əsil məqsədi – maddiyyat bolluğu yaratmaq deyil, daha çox və daha baha qiymətə mal satmaq, daha çox Qazanc əldə etməkdir. Ticarətdə İnsani münasibətlər rədd edilir – ticarətçi üçün İnsan – yalnız Qazanc mənbəyidir. İnsanın dəyəri burada Alıcılıq, Satıcılıq qabiliyyətiylə ölçülür. Ticarətdə, Bazarçılıqda Qazanca hörmət İnsaniliyə hörməti rədd […]

Xaliq Bahadır. Qoşqu

Xoxol olmaq! Xoxol olmaq istəyirəm, ay ana! İstəyirəm Meydan olsun Maydanım. Amerika pul yollasın çoxluca Maydanımı çoxlu çapım, şadlanım. Xoxol olmaq istəyirəm, ay ana! Kerri, Eşton gəlib dursun dalımda.

Soylu Atalı. BEYNƏLXALQÇILIQ ANTİBƏŞƏRİLİYİ

«Beynəlxalqçılıq» anlayışı siyasətin (Avropa siyasətinin) icad elədiyi elə bir niqabdır ki, hər cür oyunbazlıq bu niqabı üzünə çəkib gizlənə bilir. Ümumiyyətlə, «beynəlxalq qüvvə» nə deməkdir, onun rolu nədir? Bu suala həqiqi meyarla cavab vermirlər. Yalnız siyasət cavab verir. Və bütün hallarda aldadır. Təbiidir ki, siyasət öz paxırını açıb özünü ifşa eləməz. Bu sualın həqiqi cavabı […]

XALİQ BAHADIR. Azərbaycan: postsovet dönəmİnİn neokolonİalİzm gerçəklərİ

İki yüz illik rus kolonializmindən qurtulduq. Bağımsızlıq – suverenlik qazandığımızı toy-bayram etməyə başladıq, elə bu toy-bayram içində gözümüzü açıb, özümüzü qabaqkından qat-qat qorxulu bir kolonializm – Batıya bağlı neokolonializm bataqlığına batmış bulduq… Amerika aldatdı bizi… Bitdi, başa çatdı. Batının – ABŞ-la Avropanın Azərbaycandakı seçki-demokratiya oyunu, seçki-demokratiya şousu bitdi. ABŞ-ın Bakıdakı baş diplomatı Riçard Morninqstar noyabrın […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv