Archive for the ‘Türk Dünyası’ Category

ASİF ATA. NİZAMİLİK

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular! Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır. İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim […]

XALİQ BAHADIR. “BEŞİNCİ KOLON” FAKTORU

Bu günlər ortaya çıxmış ilginc bir çıxış yada çox-çox illər öncənin başqa bir ilginc çıxışını saldı. AXCP-ni parçalamaqla “Bütöv Azərbaycan xalq cəbhəsi partiyası” yaratmış, bu sifarişli siyasi yaradıcılığına ödünc olaraq deputat mandatı ilə ödülləndirilmiş Qüdrət Həsənquliyev bugünlərdə açıq-açığına Rusiya ordusunu Azərbaycana çağırmaq istəyini ortaya qoydu.

ASİF ATA. Sənət və Kəşf (davamı)

IV. NASİRANƏ MƏNZƏRƏ Manaf Süleymanovun “Zirvələrdə” romanını oxuyarkən insanın ağlına gələn ilk fikir “harada qaldı” fikri olur. Harada qaldı qəhrəmanlarının mənəvi aləmi, harada qaldı konfliktlər, harada qaldı məhəbbət? Əsərin əvvəlində nəsə yaranırdı. Ağazadə adlı despotla, etik problemlərlə, mürəkkəb taleli Dəmir Şahbaz oğlu ilə rastlaşdıq. Lakin elə ki, romanın ilk səhifələrində “ədalət” bərpa olunur – bütün […]

Soylu Atalı (Ocaq Yükümlüsü). SİYASİ DÜNYANIN ERMƏNİSİ

Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk.

ASİF ATA. Sənət və Kəşf (davamı)

III. MƏNƏVİ ALƏM DİALEKTİKASI Realist sənət ictimai həyatın yeni qanunauyğunluqlarını açıb göstərməklə bərabər, insan mənəviyyatının dialektikasını da kəşf etmişdir. Bu o deməkdir ki, realist sənət daxili aləmi mürəkkəb, ziddiyyətli, dinamik bir proses kimi təsvir edir. Bu, eyni zamanda o deməkdir ki, realist sənət insan psixikasının bəsit təfəkkür vasitəsiylə dərk edilməyən, ən incə, dərin, ilkin xüsusiyyətlərini […]

XALİQ BAHADIR. ABŞ AZƏRBAYCANDA REJİM DƏYİŞİKLİYİ İSTƏYİRMİ?

Gərəkən giriş ABŞ-Azərbaycan diplomatik ilişkilərinin yaranmasından 22 il keçir. Bu ilişkilərin özülünü az-çox demokratik hakimiyət olaraq tanınan AXC qoymuşdu. Bir illik AXC hakimiyəti. AXC hakimiyəti qoyduğu özül üzərində dayana bilmədi. Dayana bilmədi – bir sıra bəlli imperialist dövlətlərin buyruğuna boyun əymədiyi üçün. Buyruq isə belə idi: Azərbaycanın doğal resurslarının böyük bölümü bu dövlətlər arasında pay-püşk […]

ASİF ATA. Sənət və Kəşf

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular! Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır. İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim […]

XALİQ BAHADIR. TÜRKİYƏ KLERİKALİZM BATAQLIĞINDA

Türkiyə sarsıntılı çarpışma, çaxnaşma, çalxantı içindədir. Böyük, qocaman bir dövlətin dış işlər baxanlığı çılpaq durumda! Olduqca acınacaqlı bir durum: dövlətin strateji gizlinləri dinlənilir, sonra da bu gizlinlər bütün dünyaya yayılır. Ardından uzun illərin AKP- dövlət yönəticiləri meydanlara, televiziya ekranlarına çıxaraq bir-birindən isterik çıxışlarda bulunurlar. Səs yazısı ilə bağlı ilk çıxışı Ərdoğan etdi. Ərdoğanın Diyarbəkirdə qısıq […]

ASİF ATA. VƏCDLİ İDRAK (NƏSİMİLİK)

1. İNSAN Vəcdə gəlmək – ülvi mənaya dalmaq, onunla bir olmaqdır. Gözəllik öz əsil qiymətini vəcd məqamında tapır. İnsanı özündən (adi durumundan) ayıra bilməyən gözəllik natamam gözəllikdir. Ali hikmətə tam qovuşmaq – onu vəcdlə duymaq deməkdir. Ürəyin də çaylar kimi bir sel məqamı var. Bu məqamda ehtiras insanı öz sularında qərq edir. Vəcdsiz ürək – […]

XALİQ BAHADIR. AVROPA BİRLİYİ: DEMOKRATİYANI DİRİLTMƏ “DƏRSANƏSİ”

2013-cü ilin 58 faiz saxtakarlıqla keçirilmiş prezident seçkisindən sonra Azərbaycanı Bakıldan Şəkiyədək antidemokratiya məhkəmələri bürüyüb. Demokratiya, insan hüquqları aktivləri, yolçuları, bu yola boylananlar tutulub məhkəməyə çəkilib, çəkilir. Əliyevlər, demək olar, 20 ildən bu yana ABŞ-ı, Avropa birliyini, AŞ PA-nı aldada-aldada gəlirlər: “Biz demokratik dövlət qururuq, Azərbaycanda tezliklə demokratiya qurulacaq, Azərbaycan dövləti demokratiya yolundadır”. Bunlar illərlə […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv