Archive for the ‘Türk Dünyası’ Category

Xaliq Bahadır. Türməlik Azərbaycan

Ölkəni əliyevlərsayağı seleksiya sürəci bürüyüb: sağlam toxumlar çeşidli yollarla sıradan çıxarılır. Ölkə, demək olar, əlli ildir belə bir sürəc içindədir. Heydərizm siyasi sistemi, demək olar, əlli ildən bəri bütün gücüylə özü üçün ayrıca toplum yetişdirir – kölə xarakterli kütlə-toplum. Bütünlüklə rüşvətə bürünmüş Xəstə təhsil sistemi onlara bundan ötrü gərəkdir.

BÜTÖVLÜYƏ DOĞRU İDEOLOJİ KONUŞMA

Güney Azərbaycan fəallarının nümayəndəsi Hüseyn Türkelli, ideoloji mübarizənin tanınmış siması Xaliq Bahadır və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı milli mübarizə konusunda bir arada. Hüseyn Türkelli: “…Bilirsiniz ki, hal-hazırda təkqütblü sistem var dünyada. Təkqütblü sistemin mənfi tərəflərindən biri odur ki, kiçik millətlərin manevr imkanları olmur. Amma milli iradə açısından danışsaq, Güney Azərbaycanda milli iradə bizim […]

Soylu Atalı (Ocaq Yükümlüsü) Milli Dəyərlərin soyqırımı

Tarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi.

Xaliq Bahadır. Riçard Morninqstar – radikal müxalifət, başqa cür desək, persona non – qrata

ABŞ-ın Azərbaycandakı baş diplomatı R.Morninqstara qarşı indiyədək çox yazı yazmışam. O yazıların biri də çap üzü görməyib – Morniqstarı  ABŞ adlı superdövlətin Bakıdakı baş diplomatı olaraq kəskin qınağa tutduğum üçün. Əliyevçi rejimlə bağlı baxışlarını demokratik dəyərlər baxımından dəyərli saymadığımdan onu kəskin qınamışam.

28 May Dövlətçilik Bayramı

Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Yüzillərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar-türk dövləti ikiyə parçalandı. Dövlətimizin bir hissəsi, – Quzey Azərbaycan Çar Rusiyasının işğalı altında qaldı, başqa bir hissəmiz isə fars yönətim […]

Xaliq Bahadır. Bizim geopolitika sorunlarımız

Fransa prezidenti Olland Azərbaycana gəldi, qayıtdı. Nəsə dəyişmədi, dəyişməyəcək – biz özümüz dəyişməsək. Uzun illərdir biz Batıdan bir çox  gözləntilərdə bulunuruq – gözləntilərimiz doğrulmur. Buna görə ən azı öz aramızda Batını qınayırıq. Ancaq ən şox qınanmalı özümüzük.

Soylu Atalı (Ocaq Yükümlüsü). Azadlığımız – Haqqımızdır

Minillik sivilizasiyanın son iki Quruluşu (sosializm və kapitalizm) bir-biri ilə mübarizədə qalib-məğlub mərhələsini yekunlaşdırmaqdadır. Demək olar ki, Kapitalizm tam qələbəyə nail oldu. “Kommunizm Sosializmin ən yüksək mərhələsidir” deyənlərin arzuları isə puç oldu. Çin dövlətini belə, bu mərhələdə istisna eləmək mümkün deyil. Çünki Kommunist rejimi idarəçiliyin müəyyən bir səviyyəsində qalsa da, Çində də əsasən kapitalizmin yönətim […]

XALİQ BAHADIR. “NİDA” DUSTAQ EDİLDİ. NİDA DUSTAQ EDİLƏMƏZ!

Yanıldığımı bəri başdan deyirəm: mən belə gözləmirdim – bir gün qabaq, mayın 5-də, Gülər Əhmədova böyük suç altında evə buraxılandan sonra, bir gün sonrakı məhkəmədə azacıq belə, suçu olmayan NİDAçılara da oxşar qərarın uyğulanacağını düşündüm. İndi biz birbaşa yaza bilərik: İlham Əliyev Gülər Əhmədovanı buraxdırdı, NİDAçı gəncləri tutdurdu; azacıq da suçları olmaya-olmaya!

Soylu Atalı (Ocaq Yükümlüsü). ELMİN SİYASƏTİ

Son dövrlər Yadplanetlilər mövzusu nədənsə aktuallaşdırılır. Görəsən bunun arxasında nələr dayanır?! Nəzərə alsaq ki, dünyanın nizamı ancaq siyasətdən ibarətdir, onda əllaməçiliklərdən baş çıxarmaq doğrudan da çətinləşir. Siyasət bəşəriyyətə oyundan başqa heç nə təqdim eləmir. Oyuna düşüb dünya. Mətbuatın da qulağı səsdədir, oyunlar gözləyir ki, hallandırıb oxucunun diqqətini cəlb eləsin.

XALİQ BAHADIR. YALANLA YARADILAN “YENİ CƏMİYYƏT”

Televiziyalar, bir sıra bəlli tanınmışlar necə hay-küy qaldırıblar: “Heydər Əliyev və yeni cəmiyyət”. Onlar H.Əliyevin bütünlüklə “yeni, müasir cəmiyyət” yaratdığından danışırlar. Bilirik: qarşıdan rejim başçısının ad günü gəlir. Olsun, ancaq ağ yalanlar danışmağın anlamı nə? Qabaqlar Bakıda da belə yalanlara inana çox idi. İndi ölkənin ucqarlarında belə, bu yalanlar adamlarda yalnız acıq doğurur. Başqa televiziyalar […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv