Ölüm ölümə sığmır. Arzu ömürə sığmır. Zəka ağıla sığmır. Duyğu ürəyə sığmır. Günlər illərə sığmır. Heyrət hörmətə sığmır. Səcdə izzətə sığmır. Siqlət xislətə sığmır. Qanad göylərə sığmır. Ayaq yerlərə sığmır. Məslək həvəsə sığmır. Qeyrət qorxuya sığmır. Məna sözlərə sığmır. Fikir yazıya sığmır. Hicran kədərə sığmır. Vüsal sevincə sığmır. Dahi zamana sığmır. İgid cürətə sığmır. Ölmək […]
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Alternativsizlik
Yanvar 28th, 2025
admin Alternativsizlik. O necə yaranır? Azərbaycanda geniş alternativsizlik görsənişləri yaşanmaqdadır: hakimiyətdə də, müxalifətdə də. Bu isə genəldə ideya-politik, ideya-sosial qısırlıq doğuran görsənişlər toplusu deməkdir. Hakimiyətdən başlayaq. Otuz ildən artıqdır ölkədə Yeni Azərbaycan yapay adı altında çağı çoxdan keçmiş yönətimə bağlı bir partiya hakimiyətdədir. Bu, gerçəkdə bir ailə partiyasıdır. Başqa sözlə, bəlli bir ailənin istəncinə (iradəsinə), istəyinə […]
Soylu Atalı. Var Olmağı İstəmək gərəkdir
Yanvar 24th, 2025
admin (Amaldaşlarla dialoq silsiləsindən) … Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq […]
ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN
Yanvar 20th, 2025
admin Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs? Həzin ladlar üstündə bir qız oxuyurdu. Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı […]
Asif Ata. 20 Yanvar
Yanvar 20th, 2025
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Soylu Atalı. 20 Yanvar Dərsi
Yanvar 20th, 2025
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Asif Ata. İnsan Natamlığı
Yanvar 14th, 2025
admin Natam İnam. Natam İlham. Natam vəcd. Natam ehtizaz. Natam məhəbbət. Natam ismət. Natam fərəh. Natam xəyal. Natam amal. Natam cürət. Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş. Natam iradə. Natam zəka. Natam duyğu. Natam arzu. Natam sirr. Natam dil. Natam yol. Natam səs. Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri. Natam açıq. Natam […]
Soylu Atalı. İçdənlik – Oyunu Ötməkdir
Yanvar 7th, 2025
admin Bəzən üzdəki şairlər, genel olaraq qələm adamları (yazıçılar) yazdıqlarını Allahdan gələn ilham, Allahdan gələn söz kimi dilə gətirirlər. Onlar bunu təvazökarlıq edirmişlər kimi deyirlər. Yəni “mən kiməm, yazdıqlarım Allahın hünəridir”. Əslində bu deyilişdə gizli bir eqoizm var. Yəni “mən Allaha yaxın adamam, seçilmişlərdənəm”. Bu hal Məhəmməddən gəlir. Üzdə özünü təvazökar göstərir: “mən Allahın quluyam, nəyim […]
Əkbər Qoşalı. Tovuz səfəri
Yanvar 3rd, 2025
admin Axşam düşür, şər qarışır. Belə vaxtlar hər yerdə qərib bir kövrəklik duyar insanoğlu; gur şəhərlərdən, nə bilim, işıqlı iş yerlərindən fərqli olaraq, köydə bir başqa cür – daha təsirli, daha içdən olur axşam düşümü – sanki səni qaçhaqaçdan sıyırıb, hoydu-hoydudan çəkib saxlayır, özünəgəlməyə çağırır, toxtamağa vadar edir… Bir anlıq, adama elə gəlir bir sənsən, bir […]




Posted in
Tags:
