Azərbaycan! Sən bu ölkəni sevirsən? Sevirəm! Burda sevməli nə var: doğru-düzgünlükdən uzaq, bütünlüklə yalana bürünmüş ölkədə sevməli nə ola bilər? Qadınlı-kişili böyük çoxluğun yalan danışdığı, doğru-düzgünlükdən uzaq olduğu ölkədə yaşamağa dəyərmi? Dəyər, ancaq dəyişiklik istəyi ilə yaşayır, çalışırsansa. Yalansız yaşamağın olumsuz olduğu bu ölkənin gələcəyi yoxdur, ola bilməz. Ortada bu ölkənin gələcəyini gələcəksiz edən bir […]
Archive for the ‘Türk Dünyası’ Category
Nurtəkin Atalının “Heyrətimin İnciləri” kitabı basılmışdır
Yanvar 7th, 2015
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağının yeni kitabı: Bu dəfə Nurtəkin Atalının yenicə basılmış “Heyrətimin İnciləri” kitabını Ocaqsevərlərə təqdim edirik. Kitab yaxın günlərdə kitab satışı dükanlarında və kitab evlərində olacaq. Kitabıln elektron variantını isə www.asifataocagi.com saytının “Ocaqçılar” Odasından da oxumaq mümkündür. Bu bir ömür yoludur – özünü milli-insani yöndən təsdiq […]
Xaliq Bahadır. Litvadan əsən küləklər
Yanvar 7th, 2015
admin İşə bax: qabaqlar Azərbaycana Rusiyadan küləklər əsərdi, indi… Litvadan əsir. Bunu nədən bilmək olar? Böyük Rusiyanın Balaca Litva qarşısındakı qorxusundan! “Avronyus”dan sonra çox Rusiya kanallarına, daha doğrusu, informasiya proqramlarına baxıram. Yaxın, böyük, üstəlik aqressiv qonşumuz olaraq Rusiyada nələr baş verdiyini bilib-öyrənmək Azərbacanın jurnalist- siyasət adamlarına çox gərəkdir. Ancaq burasını da bildirmək gərəkdir: Putin dönəminin, başlıcası […]
Asif Atayla görüş (90-cı illərdə) II hissə
Yanvar 6th, 2015
admin Sual: Asif müəllim, sizin kitabınızı çox çətinliklə tapıb oxuduq. Çox təəssüf ki, belə bir kitab kiçik tirajla… (Ata sualı yenə axıradək oxumadan cavab verir – S.A.) Cavab: Bütün yaxşı kitablar həmişə kiçik tirajla çap olunur. (Alqış səsi – S.A.). Sual: Bu kitabda toplanan bütün məqalələr 70-ci illərdə yazılıb. Bəs sizin sonrakı yaradıcılığınız haqda nə vaxt […]
Asif Atayla görüş (90-cı illərdə) I hissə
Yanvar 5th, 2015
admin (Kamançanın ifasında Ata “Doğmalarıma” izharını oxuyur, sonda alqışlar). Xarici gözlə baxanda Azərbaycan balaca görünür. Daxili gözlə baxmaq lazımdır Azərbaycana. Heç bir mənanı xarici gözlə görmək olmaz, Mənanı yalnız daxili gözlə görmək olar. Daxili gözlə baxanda Azərbaycan böyük görünür. Şumer tarixiyik – həmin o Şumer ki, dünya mədəniyyətini, mahiyyətini özündə ilk dəfə yaradıb ifadə elədi. İlk […]
Xaliq Bahadır. Azadlığımızın Azadlığı (Özgürlüyümüzün Özgürlüyü)
Dekabr 29th, 2014
admin Çox-çox illər öncə Azərbaycanda dünyaya yeni bir qəzet gəldi – Azadlıq qəzeti. Gerçəkdən yeni qəzet – yeni gerçəkliyin yeni qəzeti. İlkin yaranış cücərtilərindən indiyədək bu qəzetə bağlı kimsə olaraq Azadlıq adına bildiyim çox nəsnələr var. İndi onlardan danışmyacam; onlar tarix üçün, gələcək soylarımız üçün detallarınadak yazılıb qalmalıdır. Yazarıq. İndilikdə bir neçə qaranlıq epizoda ötəri aydınlıq […]
Türkçülüyün yeni dönəmdə İnkişaf Yolları
Dekabr 25th, 2014
admin Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Artıq bizim təqdim elədiyimiz mövzu – Azərbaycanın köklü məsələlərini əhatə eləyən VII söhbətimizdir. Nəzərdə tutduğumuz addımların birinci mərhələsi maarifçilik işimizin gerçəkləşməsindən ibarətdir. Bunun üçün milli-ruhani düşüncə sistemimizi ortaya qoymaq məqsədi daşıyırıq. İşin əsas qayəsi İnam təsirinin ümumazərbaycan səviyyəsində yayılmasından, özəllikcə Güney Azərbaycanı əhatə eləməsindən ibarətdir. Bundan sonra Azadlıq […]
Asif Ata. Üzübərk Özgəçiliymiz
Dekabr 25th, 2014
admin 1 Özgəçiliyimizdən ayrıla bilmədik. Rusiya prezidentçiliyə qoşuldu, biz də qoşulduq. Rusiya parlamentçiliyə qoşuldu, biz də qoşulduq. Rusiya bunu sivilizasiyaya qovuşmaq adlandırır. Biz də… Qərbçi Rusiya yaranır – qərbçi Azərbaycan yaranır.
XALİQ BAHADIR. AZƏRBAYCAN HANSI KOMPANİYADA?!
Dekabr 13th, 2014
admin Son çağlar dünyada iki kompaniyanın biçimləndiyi açıq görünməkdədir. Bunlardan biri Avropanın da qatqısı ilə başında Obamanın durduğu Amerika kompaniyasıdır. İkinci, başında Putinin dayandığı, Bəşər kimilərin də qatıldığı Rusiya kompaniyasıdır. Son çağların gəlişmələrindən göründüyü kimi, əliyevçi rejim eləcə bu kompaniyaya qatılmaqla qalmayıb, Amerikaya aqressiya sərgiləmə baxımından kompaniyanın ən aktiv, ən aqressiv üyələrindən birinə çevrilib.
XALİQ BAHADIR. AZƏRBAYCAN – ƏLİYEVLƏRİN AİLƏ BİZNESİ
Dekabr 9th, 2014
admin 1848-ci ildə yayılmış “Komunist Partiyasının Manifesti”ndə belə yer vardı: “Bu gün Avropada bir kabus – kommunizm kabusu dolaşmaqdadır”. Bu gün Azərbaycanda bütünlüklə başqa bir kabus – biznes kabusu dolaşmaqdadır. Bu, Əliyevlər ailəsinin bütün Azərbaycanı sarmış Ailə biznesidir. Ayrıca olaraq MTN, polis, bütövlükdə, məhkəmə-hüquq sistemi başda olmaqla, bütün dövlət qurumları tapşırığa uyğun olaraq bu biznesi qorumağa […]




Posted in
Tags:
