Yurdumuzda qaranlıq gündən-günə qatılaşır. Qaranlığın yarasaları çoxalır. İşığı görmək istəməyən, işığa kor baxan yarasalar həyata qaranlıqdan baxırlar. Özlərinin varlığını qaranlıq həyatda dərk edirlər… Yadlığı bayraq edənlər, milli kimliyinə arxa çevirənlər, ruhunu, mənliyini buxovlayıb, canını, cəmdəyini azad edənlər qaranlığa soxulurlar, yarasalaşırlar…
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Kvadratura çevrəsi
Yanvar 15th, 2015
admin Marş! Marş! Marş! Aya marş! Ulduza marş! Kosmosa marş!.. Bir az da Yerdə – Yelisey meydanında marş! Onlar kimlərdir? Çoxu dünyanı yönətən tanıdığımız kimsələr! Tanıdığımız hökumətlər, dövlət liderləri, onların ideya – siyasət arxadaşları… Birlik görsənişi olaraq indiki marşı alqışlamaq olar, ancaq 21-ci yüzildə, özgürlük-demokratiya ideallarının dünya boyunca qana bələndiyi dönəmdə, bizə birlik sərgiləyən marşlar deyil, […]
İlham Axund. Siyasətdə də toxunulmazlıq yoxdur
Yanvar 13th, 2015
admin Bütün dinləri, peyğəmbərləri və siyasi xadimləri lağa qoyan, toxunulmaz mövzu yoxdur deyən, Danimarkanın “Jullandes Posten” qəzetinin Məhəmməd peyğəmbərin, böyük qalmaqala səbəb olan, karikaturasını təkrar yayımlayan “Charle Hebdo” jurnalı terror basqısına uğradı: 12 jurnalist öldürüldü, 11-i yaralandı. Ərazini tərk edərkən “Məhəmməd peyğəmbərin qisasını aldıq!” – deyən Fərid və Şerif Kuaşi qardaşları bir polisi də atəşə tutub qaçdılar.
Xaliq Bahadır. Ay can! Ay can!.. (Sabirsayağı)
Yanvar 13th, 2015
admin Düşdü bütün nöyütlər hörmətdən, ay can! Ay can!.. Xalqın canı qurtardı töhmətdən, ay can! Ay can!.. Pul gətirən nəsnəydi nöyüt xalqın gözündə, Yüz dövlət gücü vardı bircə nöyüt sözündə, Bel bağlayıb nöyütə qaldıq çölün düzündə, Əlləşmədən qutardıq zəhmətdən, ay can! Ay can!.. Düşdü bütün nöyütlər qiymətdən, ay can! Ay can!..
İlham Axund. Əmanətə Xəyanət
Yanvar 13th, 2015
admin Mən hakimiyyətdə olan Şura hökumətinin rudimentlərinə inanmadığımdan, onların bank sistemlərinə də heç etibar etmirəm. Sovet dönəmində yeganə övladımın xoşbəxt gələcəyi üçün uşaq əmanət kitabçasına illərlə, hissə-hissə qoyduğum 4.200 rublu mənə 20 ildən sonra Xüsusi Təyinatlı Milli Məclisin saxta deputatlarının, saxta əllərilə öldürüb, 300 Azn qaytardılar. Bu açıq soyğunçuluq oldu. Xalqın hakimiyyətini qəsb edənlər, onun varidatını […]
Xaliq Bahadır. Terror: günümüzün Paris yaşantısı…
Yanvar 11th, 2015
admin Bütün televiziyalar Parisə bağlanıb. Baxırsan, düşünürsən, adamı ağlamaq tutur: 21-ci yüzil planetin bu başından o başına söz özgürlüyü axarında könül qırıqlığına uğrayıb, göz yaşına bürünüb, insan qanına bələnib. Aparıcı dövlətlərin başçıları: Obama, Olland, Merkel, Kemeron,.. Putin! – bir-birinin ardınca telekanallarda görünərək terroru, terrorçuları qınayırlar – özləri qınaq obyekti olmalı ikən!
Güntay Atalı. Sevgimin yönü
Yanvar 11th, 2015
admin Son vaxtlar Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə ünsiyyətimizdə bir ənənə yaranıb: Soylu bəy bütün yeni yazılarını telefonda oxumaqla məni yazılarının ilk oxucusuna çevirir. Həm də işlədiyi yeni mövzularla bağlı düşüncələrini bölüşür mənimlə. Əslində buna mənim ehtiyacımın olduğunu o, məndən yaxşı bilir. Yaxşı bilir ki, onunla ünsiyyətim məni daim kökləyir, idrakımı duruldur, bilgilərimi zənginləşdirir, […]
İnamlı Atalı. Fərəh haqqı
Yanvar 11th, 2015
admin (Asif Atanın “Fərəh Haqqı – Fərəh Borcu” içsəsi üstə) Fərəh haqqı İnsanın fərəh haqqı var, ancaq o fərəhlənə bilmir. Buna səbəb insanın gerçəklikdən üstun ola bilməməsidir. Mühitə uyğun yaşayan, şəraitə bel bağlayan, zamanı özünün alın yazısı sayan insan özünə inanmır, ona görə fərəhlənə bilmir. Fərəhlənəndə də bəsit, keçici uğurlarına fərəhlənir. Nisbi yaşamı fərəhsizliyə qərq olur.Çünki […]
Özümlüyümüz – Özgürlüyümüz
Yanvar 9th, 2015
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Topluma bəllidir ki, Asif Atanın Mütləqə İnam Ocağı davamlı olaraq soydaşlarımızla görüşlər keçirir, bağlantılar qurur. Asif Atanın Dünyabaxışını öyrənmək ulusal kimliyimizin özül prinsiplərinə yiyələnmək deməkdir. Bu səbəbdən də biz, Asif Atanın Ocağı olaraq, ulusal varlığımızın keşiyində dururuq. Bizi millət eləyən dəyərlərimizi qorumaq və dirçəltmək borcdur. Bu borcu anlamaq, eləcə də, […]




Posted in
Tags:
