Prezident! İki cür prezidentlik var: formal, faktiki. Formal prezidentlik elə-belə prezidentlikdir. Faktiki prezidentlik Konstitusiya normalarına, içdiyi anda uyğun olaraq QANUNÇULUĞU qoruma, ona qarantiya olma görsənişidir. Azərbaycan Toplumu, Azərbaycan Ölkəsi, Azərbaycan Dövləti faktiki prezidentlik gərəyindən bütün parametrlər üzrə dağıntı-aşınma içindədir. Son 11 ilin çoxsaylı qanunsuzluq faktlarını bir qırağa qoyub, lap yaxın çağların üç faktı üzərində dayanıram. […]
Archive for the ‘Türk Dünyası’ Category
Türkel Araşdırma Qurumu sunur
Fevral 19th, 2015
admin (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi). Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın 187-ci ildönümüdür. Bu olayla bağlı planlaşdırmışdıq ki, fikir bölüşmələri edək, söhbətlər aparaq. Ancaq bundan öncə, birinci aşamada Azərbaycan Cümhuriyyətinin qurucusu, millətsevər aydın, fəlakətli aqibət yaşayan […]
İnsançılıq-Millətçilik-Bəşərilik (gənclərlə görüş)
Fevral 12th, 2015
admin Ürəyinizdə Günəş olsun istəkli soydaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı toplumda davamlı olaraq milli, insani yöndən iş aparır. İstər yazılı, istər elektron basın (mətbuat) araçılığı ilə Asif Atanın Dünyagörüş sistemini yaymaqla yanaşı, Onun Ocağı birey (fərdi) və kütləvi görüşlər də həyata keçirir. Bu görüşlərdə gənclərimizin vətən sevgisini möhkəmlədən, milli dəyərlərə münasibətini aydınladan ideyaların öyrədilməsi başlıca […]
Əliş kişi. Kəndimə getmək istəyirəm…
Fevral 10th, 2015
admin Kəndimə getmək istəyirəm. Orada insanlar bir-birinə “Günün aydın olsun!” deyir, təbəssüm paylaşırlar. Hamının qulağı dinşəkdədir. Xeyirə, şərə ismarışsız, yüyrək toplaşırlar. Hər kəs təsibli ürəyiylə gəlir – baltası, dəhrəsi, malası, çəkici ilə gəlir. Aşpaz kəfgiriylə, çayçı dəstgahıyla, işıqçı top-top şunuruyla… gəlir. Hamı bir-birinin nəzarətindədir. Hamı bir-birinin qayğısındadır. Orada darvazalar, keçələtlər heç vaxt bağlanmır.
XALİQ BAHADIR. Seymurbaycan Azərbaycan
Fevral 6th, 2015
admin (Bu yazı yalnız Seymur Həzi üçün yazılmayıb) Gecənin qaranlığı artdıqca ulduzların parlaqlığı artar. Bütünlüklə əski KQB-dən, Rusiya imperializmindən qaynaqlanan, əriş-arğacıyla əskilərə bağlı “Yeni Azərbaycan” hakimiyəti Azərbaycanı daha çox qaranlığa gömdükcə Azərbaycan uğrunda çarpışma aparanlar daha böyük parlaqlıq qazanırlar. Hakimiyətsə, açıq-aydın, özünün yaratdığı, dünya boyunca genişləndirdiyi 22 illik qaranlıq içində vurnuxmadadır.
Soylu Atalı. ASİF ATA AMALI
Fevral 6th, 2015
admin (Yeni Dünyabaxış və onun yaradıcısı haqqında yığcam ruhani bilgi) Ürəyinizdə Günəş olsun, sayğılı sabahdaşlarımız! Düz 32 ildir “Türkün Ruhaniyyat Ocağı”, “Asif Atanın Mütləqə İnam Ocağı”, “İnsanilik Erası” və s. kimi anlayışlarımızı eşidirsiniz, bu Ocağın Yaradıcısının, Davamçılarının çalışmalarını izləyir, fikir və düşüncələrini əks etdirən ədəbiyyatlarını oxuyursunuz. Cəmiyyətdə Ocağa, onun yaradıcısının şəxsiyyətinə fərqli münasibətlər var. Bu fərqli […]
XALİQ BAHADIR. BÖYÜK PROJELƏR İÇİNDƏKİ BALACA YAŞANTILAR (III)
Fevral 4th, 2015
admin Ölkədəki rejimin yaxından yardımı olmadan, daha doğrusu, rejimlə əlbirlik olmadan SİO (Strateji informasiya operasiyası) çox da böyük, önəmli uğur qazana bilməz. SİO-nun effektli işi onun uyğun rejimlə birbaşa ortaqlığındadır. Bu isə antidemokratik, antixalq rejimi deməkdir. Varsa – var!, – yoxdursa, seçilən obyekt-ölkədə strateji planlara uyğun rejim qurmaq gərəyi yaranır. Hansı yolla olur olsun. Uyğun rejim […]
ASİF ATA. TARİXƏ ÇATMAQ. XƏTAİLİYİMİZ (IV HİSSƏ)
Fevral 4th, 2015
admin Qan Havası Qan çağırır Zəmanə, Qan Həvəsinə qoşulub. Qana qəltan olub, Qana sığınıb. Qana bürünüb; – Qana küsəniblər hökmdarlar; Qan bulaşıb Qohumluğa, Qardaşlığa; Qandan böyük məna görmürlər Qansızlar; Qanla doğulurlar, ölürlər, Qan Beşiyində yetişirlər; Qandan Taxt düzəldirlər, tac düzəldirlər; torpaqlar Qanla suvarılır, Fitnə, Məkr qanlaşır; Qan gətirib Qan aparırlar; Qan havasına oynayırlar, oynadırlar, Qanla yazılır […]
XALİQ BAHADIR. BÖYÜK PROJELƏR İÇİNDƏKİ BALACA YAŞANTILAR (II)
Fevral 2nd, 2015
admin SİO-nun ( SİO – Strateji informasiya operasiyası) antik örnəyi budur: “Çörəklə tamaşa!”. Roma şairi Yuvenal belə yazmışdı: “Çörəklə sirk oyunları!” Sonralar bunu qısa, çevik deyimə çevirdilər: “Çörəklə tamaşa!” Yuvenalın sözlə bəlirlətdiyi siyasət sonrakı gəlişmə dönəmində çox genişləndi, çox dərinləşdi. Bizim çağlarda bu özünü daha çox SİO faktoru olaraq göstərməkdədir. Siz V.Q.Veliçkonun “Qafqaz” etnoloji əsərini oxuyun, […]
HƏYAT – SƏNƏT – İNSAN. (ASİF ATA İLƏ MÜSAHİBƏ)
Fevral 2nd, 2015
admin Suallar: 1. Hamıya məlumdur ki, ənənə müasir sənətin əsasını təşkil eləyir. Ancaq bu məlum həqiqət gerçəklikdə mürəkkəb şəkildə meydana çıxır. Sizin bu haqda qənaətiniz? 2. Sənətdə Dünyəvilik və Xəlqilik haqqında müxtəlif fikirlər söylənilir. Sizin fikriniz?




Posted in
Tags:
