Məhəmməd Əmin Rəsulzadənin bir çox əsərləri, başlıcası da, “Azərbaycan Cümhuriyyəti” Diplomatiya Akademiyası başda olmaqla örnək dərslik kimi keçilməli, öyrənilməli, mənimsənilməlidir. Məhəmmədəmin bəyin əsərlərinin bir çoxu gerçək traktat yerindədir. Di gəl, bugünkü korrupsiya–alver rejimində onu, onun bugün üçün də aktuallığını itirməyən yüksək yaradıcılığını dəyərləndirəcək kimsə yoxdur. Başqa əsərləri bir yana, “Azərbaycan Cümhuriyyəti” çağdaş Azərbaycan dövlətçiliyinin özülündə […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata. Tarixə çatmaq. Cəhalət və Yadlıq (V hissə)
Mart 17th, 2015
admin «Köhnə cəhaləti» görürlər yazıçılar, «Təzə Yadlığı» görmürlər: mədrəsə, molla, moizə, məscid səfalətini görürlər; – «uşqola» özgəliyini görmürlər; kütləvi naşılığı görürlər – kütləvi yadlaşmanı görmürlər; İslamçılıq Xurafatını görürlər – Qərbçilik Xurafatını görmürlər; Allahçılıq fəlakətini görürlər – çarçılıq fəlakətini görmürlər; «Vəhşi zalımlığı» görürlər – «mədəni zalımlığı» görmürlər»; «Şərq məzlumluğunu» görürlər – Qərb Fitnəsini görmürlər; Qəflət Hiyləsini görürlər […]
Xaliq Bahadır. Bir yol yüksələn bayraq örnəyi (II)
Mart 11th, 2015
admin Azərbaycan uğrunda, Azərbaycanın bağımsızlığı yolunda sonadək dönməz çarpışma aparmış Məhəmməd Əmin Rəsulzadəni 20-ci yüzilin Babəki saymaq olar. Babəkin Azərbaycan üçün qol gücünə qılıncla etdiyini M.Ə.Rəsulzadə yüksək siyasi-strateji düşüncə gücünə usla-qələmlə etdi. Ancaq… hər iki savaşda, Azərbaycan uğrunda bir çox savaşlarda olduğu kimi, iç-dış yağılar üstün gəldi – biz uduzduq. Bugünümüz min illəri aşan oxşar keçmişimizin […]
Ənvər BÖRÜSOY. Manısların “erməni sevgisi” nədən qaynaqlanır
Mart 9th, 2015
admin Azərbaycana məxsus ərazilərin işğalı siyasətinin dərin qatlarından biri də, Çarlıq Rusiyası dönəmində bizlərə ermənilərin məskunlaşması hədəfi olaraq, onlarla dostluq və yaxın münasibətdə olmağımız üçün ilk addım olaraq, “kirvə”lik oyununu gündəmə gətirdilər. Məhz bu hədəflərin sayəsində ermənilər Qafqazın ən füsunlar torpaqlarında, xüsusilə də biz Türklərin ərazisində məskunlaşdılar. Əski Sovetlər Birliyi dönəmində həmin siyasət “xalqlar dostluğu” hədəflərinə […]
Asif Ata. MÜTLƏQ FƏLSƏFƏSİ (“Olan və Olmayan” kitabından)
Mart 8th, 2015
admin Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır. İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil. Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür. Materializm – Mütləqi görmür, Təzahürü – yəni nisbini, keçicini, sonlunu, qeyri-kamili görür. Mütləqi yalnız Ruhani […]
Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü). Milli Dəyərlərin soyqırımı
Mart 8th, 2015
admin Tarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə, eləcə də namusu hədələmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi. Peyğəmbərin soyuna bağlı adamlar, onun yaxın […]
Xaliq Bahadır. Bir yol yüksələn bayraq örnəyi (I)
Mart 7th, 2015
admin Məhəmməd Əmin Rəsulzadə (31 yanvar 1884 – 6 mart 1955) bu ölkəyə Günəş kimi doğdu. Günəş kimi var oldu. Böyük, dolğun, işıqlı, parlaq, çağlarca çağdaş yaradıcılığı ilə bu gün də Azərbaycan üçün, Türk dünyası üçün Günəş olaraq qalır. Gün işığına çıxıb-çıxmamaq sənlikdir. Günəşə üz tutub-tutmamaq sənlikdir. Sən Gün işığına çıxsan da, çıxmasan da, sən Günəşə […]
Xaliq Səfəvi. Xəzər xaqanlığının yaranması və ilk dövrləri
Mart 7th, 2015
admin Tarixdə bu dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi göstərilir. İndiki Güney Rusiya ərazisində olan Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında dövlətdə vətəndaş müharibələri şiddətləndi və Göytürk imperiyası dönəmi başa çatdı, xəzərlər müstəqillik əldə etdilər. Xəzər xaqanlığı və siyasi sistemi göytürklərin dövlətçilik […]
Soylu Atalı. MİLLİ FACİƏMİZİN XOCALISI
Fevral 26th, 2015
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində hakim təsirə malik olması gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə […]
ASİF ATA OCAĞI BÖLGƏDƏ GƏNCLƏRLƏ YENİ GÖRÜŞ KEÇİRİB
Fevral 21st, 2015
admin Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız! Bildirdiyimiz kimi, Asif Ata Ocağının ideya quruculuğu və yayıcılığı işi bir neçə yöndə inkişaf etdirilir. Bu yönlərdən ən əsas yeri Ocaq tədbirlərində “Özüylədöyüş” ideyasına əməl olunması və Ocaqçının mənəvi, idraki kamilliyinin yüksəldilməsi tutur. İkinci xətt isə Bakıda və bölgələrdə gənclərlə fərdi və kütləvi görüşlər keçirməkdir. Hesab edirik ki, insanlarımızın mənəvi, […]




Posted in
Tags: 