Archive for the ‘Türk Dünyası’ Category

Xaliq Bahadır. Türkmənçay bağlaşmasının 200 illiyi qarşısında (davamı)

Sonsuz savaş sürəci Rusiyadan sonra Osmanlı ilə ortaya çıxan barış bağlaşması başladığı reformaları uğurla başa çatdırmaq baxımından Abbas Mirzə üçün böyük önəm daşıyırdı. Ona Rusiya ilə gözlənilən savaşın 10-15 il ertələnməsi gərək idi. Bu sürəcdə o, uğurlu revormalar sonucu olaraq ölkəni ekonomik baxımdan qalxındıracağını, ordunu yetərincə gücləndirəcəyini düşünürdü.

Soylu Atalı. İNAMSIZLIQ ŞƏRİ

(H.Cavidin “İblis” əsəri üstə) Dünyanın İnsanilik ahənginin pozulması bəşər dühalarını həmişə ağrıdıb, sarsıdıb, düşündürüb. Məkrin, xəyanətin, cinayətin insani münasibətləri kölgədə qoyması əzab verib, ağrıdıb müdrik ürəkləri. Dünyaya yayılan, gözəllikləri viran qoyan şər niyyətləri, bəd əməlləri tanımaq və tanıtmaq üçün klassiklər qüdrətli idrak nümunələri ortaya qoyurlar. Şərin sonsuzlaşmaq istəyini məhdudlaşdırmaq üçün dahi ürəklərdə qaynar ehtirasların baş […]

Asif Ata. BİRLİYİMİZ — DİRİLİYİMİZ

 (İzhar) Türk – Vahid bir Etnosdur. Ruhani Birlikdir – unudulan, da­nılan. Midiyanı Türk Dünyasından ayırırlar. Atropatenanı İranlaş­dırırlar, azəri türküylə osmanlı türkü arasında sədd çəkirlər. Qıpçaqla oğuzu yadlaşdırırlar: türk təklənir. «Yırtıcı, qəddar türk» ideyasını dirildirlər, türkün «Bizans qatilliyini» təkrarlayırlar: – əslində isə Bizans türk hücumundan çox-çox əvvəl ruhən müflisləşmişdi, iflasa uğramışdı: – Türk əslində İstanbulu Bizans […]

Asif Ata. Tarixə çatmaq. Ağlığımız (VII hissə)

Ağıq Şumer Ağlığıyla, Zərdüşt Ağlığıyla, Babək Ağlığıyla, Qor­qud Ağlığıyla, Nəsimi Ağlığıyla, Füzuli Ağlığıyla, Muğam Ağ­lığıyla, Saz Ağlığıyla. Ağ İşıq gəzdiriblər İnamlarında, İdraklarında, Mənəviyyat­larında, İradələrində Ulularımız, İşıq olmağa çağırmışlar Dünyanı; İşıqdan yoğrulubmuşlar; «İşıq Səltənəti» yaratmaq istəyiylə yaşayır­mışlar, Həqiqət İşığına bürünürmüşlər, «Ağ üz», «Ağ əl» olurmuşlar, pillə-pillə Ağlığa, Saflığa qovuşurmuşlar».1

Xaliq Bahadır. Bu dünya hara gedir

Bir çağlar böyük Nizami Gəncəli dünyanın zəncinin başı kimi qarışdığını yazırdı. I, II dünya savaşlarından öncələr də Nizami deyən – oxşar görsənişlər – baş vermiş, böyük qarışıqlıq yaranmışdı. İndilər də elə bir qarışıqlıq yaşanmadadır. Ötənlərdəki oxşar durum yaranıb: hamı hamıya qarşı. Yenə də ötənlərdəki sayaq dəyişkən düşərgələşmələr, qarışıq qruplaşmalar yaranır: liberal radikalla, demokrat diktatorla, pasifist […]

Uluyurd Hərəkatı – Azərbaycan uğrunda mübarizə

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Bu gün növbəti bir mövzuya açıqlama gətirəcəyik. Bu mövzu “Uluyurd Hərəkatı” ilə bağlıdır. “Uluyurd Hərəkatı və çoxpartiyalılıq”. Biz öz istəyimizi təqdim eləyirik – Vahid Hərəkat yaranmalıdır. Niyə Vahid Hərəkat yaranmalıdır? Niyə çoxpartiyalılığı biz qəbul eləmirik? “Uluyurd Hərəkatı” nə deməkdir, onun prinsipləri nədir? Bu gün biz bunlara münasibət bildirəcəyik.

XALİQ BAHADIR. BİZİM QABAQKI, İNDİKİ ALDADILMALARIMIZ

Qabaqlar, SSRİdən ayrıldığımız ilkin illərdə, biz aldadıldığımızı bilməyə-bilməyə aldadılırdıq, indi, aradan bir çox illərər keçəndən sonra, biz özümüz bilə-bilə aldadılırıq. Buradan ortaya  ilginc bir soru çıxır: aldadanların fenomenal aldatma bacarıqları var, yoxsa aldadılanların fenomenal aldanma bacarılqları? ABŞ adlı superdemokratiya dövlətinin yeni böyükelçisi Robert Sekuta Bakıya yeni taktikayla gəldi – Vaşinqtondan Azərbaycan xalqına indiyədək görünməmiş mesaj […]

XALİQ BAHADIR. VALENTİN RASPUTİN – DƏYİŞMƏZ DƏYƏR

Yaradıcılığını sevərək izlədiyimiz usta bir yazıçını itirdik. Usta! Usta sözü ona olduqca yaraşan sözdür. Bilənlər bilir, bilməyənlərin də bilməsi üçün onun bir povestini demirəm, bir öyküsünü (öykü– ərəbcə, hekayə) oxuması yetər. Sağlığında onu canlı klassik sayırdılar. Rus filoloqlarına, söz uzmanlarına görə, Rasputinin olduqca gözəl dili var. Bu isə yazıçı ustalığının başlıca özəlliklərindəndir.

Asif Ata. Tarixə çatmaq. Səttarxanlığımız (VI hissə)

Məşrutəni Böyüdən və Məşrutə tərəfindən öldürülən, İranı Yüksəldən və İran tərəfindən Aldadılan; Cənubi Azərbaycan milli hərəkatına başçılıq eləyən və İrana yarayan, Qəhrəmanlığında Bən­zərsiz olan və Üsyançı adlandırılan; Siyasətbazlarla qarşılaşan, Yükü Şöhrətindən artıq olan;Xarici təsirdən yox, daxili, tarixi Tələbatdan yaranan, Azərbaycan xalq Oyanışına rəhbərlik eləyən və İranı xilas edən, köhnə üsul-idarəni devirən və Yağıların hakimlik elədiyi […]

Babəkin edam olunmasının ildönümü qarşısında

(Babək martın 14-də edam olunub)  Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Bu gün “Türkel Araşdırma Qurumu”, hər vaxt ulusal dəyərlərimizi qoruyan, bu dəyərlərlə bağlı öz sevgisini, münasi­bətini ortaya qoyan aydınları yenidən bir araya gətirib. Bugünkü qonumuz Azərbaycanın önəmli bir dəyəri olan Babək Xürrəmidin haqqındadır. Bu gün biz Babəkin doğran­masının, yəni faciəvi şəkildə öldürülməsinin ildönümü […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv