Hər hansı ulusun, ölkənin diriliyi onun strateji düşüncəli, dönməz xarakterli, bu yöndən də dəyərli yetirmələrinə bağlıdır. Bu gün korrupsiya-repressiya rejiminin 7 il, 6 ay iş kəsdiyi İntiqam Əliyev ulusumuzun, ölkəmizin belə yetirmələrdəndir: strateji düşüncəli, dönməz xarakterli. Strateji düşüncə ilə xarakter dönməzliyi arasında çox böyük bağlılıq var; bunlar bir olur, ayrılmaz olur. Qarşılıqlı olaraq biri o […]
Archive for the ‘Türk Dünyası’ Category
İnam Ocağı Qıraqdan üfürülmür, öz İçindən Yanır
Aprel 27th, 2015
admin Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Ulusal şüurun gəlişməsinə çalışmaq, eləcə də ulusal varolmanın sorunlarını kökündən araşdırıb yoluna qoymaq həmişə çətinliklərlə qarşılanmışdır. Bu dərin istəkləri dışarıdan və içəridən əngəlləməyə çalışan qüvvələr öz etkilərini gerçəkləşdirməkdən ötrü sağlam yönə hər cür ad qoymuş və toplumun gözündə aşağılamaqla uğraşmışdır. Sonucda ulusal dirçəlişə çalışan qüvvələr ya ideya və iradə gücsüzlüyündən […]
Güney Azərbaycanda gedən proseslərin mahiyyəti və Dünyanın ona münasibəti
Aprel 25th, 2015
admin Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Bu gün biz Ocaq-türk ilsırası ilə (təqvimi ilə) Od (iyul) Ayında yenə sizinlə yeni bir mövzuda ünsiyyət məqamındayıq. Azərbaycanın köklü problemlərinə Mütləqə İnam meyarı ilə baxış sərgiləmək və çıxış yolları istiqamətində öz axtarışlarımızı ortaya qoymaq amacındayıq. Problemlərin əsil mənasına diqqət yönəltməklə insanlarımızın ağlında təzə hal yaratmaq istəyirik.
BATININ TÜRKLÜYÜ ÇÖKDÜRMƏK İSTƏYİ
Aprel 24th, 2015
admin Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə onillərdir ermənilərin arxasında duran güclərin türk dünyasına qarşı davranışlarına yönəlikdir. Bu qonu “erməni soyqırımı” uydurmasıdır. Bu yalançı olayın əsasları […]
Asif Ata. Həqiqətlər (III Yan Bitiqdən)
Aprel 23rd, 2015
admin MİLLİ YAS GÜNÜ 28 Aprel 1920-ci il – Milli Azərbaycan Dövlətinin beynəlmiləlçi şərçilər tərəfindən devrilməsi. HƏQİQƏT Müsavatçıları kommunistlər hakimiyyətdən saldılar, Vətəndən xaric elədilər. İndi müsavatçıları tərifləyirlər – “28 aprel”i pisləsinlər gərək onda! – Ələtdə dayanan 11-ci ordunu, parlamentə tuşlanan Topu!
İSA MEHDİOĞLU. Rus arxeologiya alimi GEORQİY SİDOROV sayaqlayır!
Aprel 20th, 2015
admin Georqiy Siderov internetdə çıxış edərək deyir ki, ağ rus allahı kainatın Aerona planetindən yerə enmişdir.Yerdəki meymunlarla bağlantı sonucunda ağ irqin – slavyanların, xüsusilə rusların ulu əcdadlarını yaratmışdır.Başqa planetlərdən gələn allahlar yerin qabıq tozundan süni halda yerin peykini, ayı yaratdılar.Başqa planetdən atılan hidrogen bombası Orta Asiyaya düşüb, Orta Asiya çökəklik və səhralarını yaratmışdır. Arxeoloqların yerdə tapdıqları […]
XALİQ BAHADIR. AVROPARLAMENTİN “GENOSİD” QƏRARI – DİPLOMATİK İNTERVENSİYA
Aprel 19th, 2015
admin Avroparlamentin “genosid” qərarı. Bu qərara bir çox yönlərdən baxmaq olar, ancaq başlıca olaraq iki yöndən baxılmalıdır: tarix, hüquq. Bəri başdan demək gərəkir: “genosid” adı verilən yüz illik keçmişə bağlı erməni yalanlarını tarixçilər araşdırmalı, hüquqçular dəyərləndirməlidirlər. Avroparlament də bunu etməli idi – bunun yerinə o, açıq-açığına diplomatik intervensiya yolunu tutdu. Avropadan (konkret, Fransadan) başlayan erməni ekspansiyası. […]
ELÇİN BƏY VƏ GÜLNARƏ XANIMIN BEŞİKBAŞI TÖRƏNİ
Aprel 13th, 2015
admin Bu gün, Ocaq Günsırası ilə 12 Çiçək Ayında Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Qutsal Beşikbaşı Törəni keçirmişdir. Beşikbaşı Törəni Sumqayıt şəhərində gerçəkləşdirilmiş, bütövlükdə ulusal ruhun təsdiqini sağlamışdır. Ocaqsevər Elçin Həsənovun və nişanlısı Gülnarə xanımın evliliyinin beşik başında keçirilməsi onların öz diləyi ilə baş tutmuşdur.
Asif Ata. Dil təlimi
Aprel 7th, 2015
admin 1.Vahid bəşəri dil Vahid dil məsələsi – vahid bəşəriyyət ideyası kimi cəgəng bir ideyadır. Bəşəri millətlərdən ayırmaq olmaz – sürülük yaranar. Bəşər uzun zaman sürü səviyyəsində yaşayıb, xalqlar vasitəsiylə sürülükdən ayrılıb. Millətlər əbədidir. Marksizmin əksinə olaraq, bizə görə Millətsiz bəşər olmayacaq – yoxsa o, heyvanlaşar. Milləti ikinci dərəcəli hadisə saymaq – marksizmin ən böyük günahlarından […]
Soylu Atalı. Ruhani özgürlüyümüz – Ulusal gələcəyimiz
Aprel 6th, 2015
admin Bu gün Azərbaycan toplumunda ictimai çalışmaların (fəaliyyətlərin) spektri çox rəngarəngdir. Ancaq bunlar bir-birinə bağlı deyil. Bu da ondan irəli gəlir ki, çalışmalar eyni məqsədə qulluq eləmirlər. Bunun nədənini aydınlaşdırmağa keçməzdən öncə xarakterizə eləmək doğru olar: 1. Hakimiyyət ugrunda siyasi çalışmaları deyək. Bu çalışmada bulunan qüvvələr olduqca dağınıq, gücsüz, yöntəmsiz bir durumdadırlar. Ən başlıcası odur ki, […]




Posted in
Tags:
