Baş demək beyin deməkdir. Beyin demək düşüncə, plan, proqram, bir az da yüksəyə qalxsaq, strategiya, taktika deməkdir. İndiki hakimiyətiçi gəlişmələr plansız, proqramsız, strategiyasız, taktikasız siyasətlərin geniş panoramı deməkdir. Kimin ağlına nə gəlir, onu danışır. Kim öz düşüncəsi, dünyagörüşü, baxışları baxımından nəyə üstünlük verirsə, onu da önə çəkir, önəmli saymadığını dışlama yolu tutur.
Archive for the ‘Türk Dünyası’ Category
Varlığımızın qarantı – Millət-Vətən-Dövlət birliyi
May 11th, 2015
admin Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli soydaşlarımız! Biz, Türkel Araşdırma Qurumu adı ilə uzun müddətdir maarifçi söhbətlər aparırıq. Bu söhbətlər demək olar ki, çox geniş xarakterdə qurulur, çox qonuları qapsayır. Ölkənin durumundan başlayıb, onun bütün mənəvi, siyasi hətta sosial sorunlarını belə özündə əks etdirir.
ASİF ATA. ŞEYX NƏSRULLAH ƏSARƏTİ
May 10th, 2015
admin (Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri üstə) I. Şeyx Nəsrullahın peyda olması Şeyx Nəsrullah dünyaya erkən gəlmişdir. Cəlil Məmmədquluzadənin klassik “Ölülər”indən çox əvvəl. Onu insanın özünə yox, möcüzələrə inamı yaratmışdır. Adilərin, “balacaların” qeyri-adi, ilahi qüvvələrə inamı. “Taleyin öz əlində deyil, fözqəlbəşər qüvvənin əlindədir” – kəlamı. “Sən adi həyata məhkumsan, düşüncənin keçilməz sərhədi var. Bütün arzuların, niyyətlərin həmin […]
Xaliq Bahadır. Böyük bilginimiz
May 7th, 2015
admin O, bir Dağ idi, böyük bilik Dağı – biz Dağ itirdik! Belə dağlar gördüyümüz doğa dağların özü kimi birdən-birə yaranmır, illər uzunu çəkilən əməklə, gecə-gündüz bilməyən çalışmalar, yorulmaz düşüncə, gərgin, sonsuz axtarışlarla yaranır. Böyük, yorulmaz yaradıcılıq axtarışları sonda böyük bilik Dağına dönüşür.
Soylu Atalı (Ocaq Yükümlüsü). SƏNƏT TƏRƏQQİ YOLUDUR
May 7th, 2015
admin “Sənət vasitəsiylə biz dünyanı və özümüzü kəşf edirik” (Asif Ata) Sənətin gücü – ümumiləşdirmələr yolu ilə həyatın mənasına, insanlığın dərin qatlarına nüfuz etməsindədir. Ancaq ümumiləşdirmələr aparmaq üçün ictimai həyatın qaydaları ilə insani xüsusiyyətlər arasındakı əlaqəni dərk etmək gərəkdir. Eləcə də insanın mənəvi varlığına mədəni təsirlərin müsbət və mənfi çalarları doğru qiymətləndirilməlidir. Bu isə sənətkardan yüksək […]
Xaliq Bahadır. Milli Şuradakı tutulmuş boş yer
May 6th, 2015
admin AXC hakimiyətində yüksək yer tutan bir çoxları sonrakı davranışları ilə o yeri boşuna tutduqlarını göstərdilər. Onların bir çoxu siyasətdən biryolluq getdi (onları anlamaq olar), neçəsi başlanğıcdan, neçələri də sonradan əliyevçi hakimiyətlə bağrıbadaş oldu. Bir paraları AXC hakimiyətinin başında duranlar olaraq müxalifət liderliyinə yiyələnsələr də, gerçəkdə müxalifətdən çox hakimiyətə qulluq etdilər, edirlər.
28 May – DÖVLƏTÇİLİK BAYRAMI
May 5th, 2015
admin Türkel Araşdırma Qurumu təqdim edir Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Əsrlərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar türk dövləti ikiyə parçalandı.
TÜRKÇÜLÜK RUHU (ASİF ATA İLƏ ÜZ-ÜZƏ)
May 3rd, 2015
admin Övladlar: Ali səcdə, müqəddəs Ata! Ata: Səcdəniz ucadır, qızım! Övladlar: Ata, birinci sualımız belədir: Türkçülük və Ocaq. Ata: Mütləqə İnamı türkçülüyün mahiyyəti sayırıq və ilk sözümüz odur ki, türkçülük səhvə yol verdi – Türk Dünyası Zərdüştdən sonra öz peyğəmbərini yaratmadı. Özgə inamlarına, daha doğrusu, inamsızlıqlarına, dinə xidmət elədi.
Xaliq Bahadır. Avropa Oyunları oyunu
May 1st, 2015
admin Dünyada adına Avropa Oyunları deyilən bir anlayış vardı. Dünyanın ayrı-ayrı ölkələrində keçirilməli olan bu oyunların biri də Azərbaycanda keçirilməli idi. Çağ da çoxdan bəllidir: 2015-ci il 12-28 iyun arası. Çox ola bilsin, tezliklə bizim ölkəmizdə Avropa oyunları adına nəsə keçiriləcək. Nəsə. Görəsən, nə? Bizdə keçiriləcək Avropa Oyunlarının özü çoxdan oyuna çevrilib – siyasi oyuna!
Soylu Atalı. TƏRƏQQİ DƏYİŞMƏZLİKDƏN YARANIR
Aprel 30th, 2015
admin İnsan təcriddə yaşaya bilmədi, toplum yaratdı. Birgə yaşayışı tənzimləmək üçün axtarışlar elədi. Dövlət də bu axtarışlar nəticəsində yarandı. Dövlətin özünün yaranması başqa tələblər də ortaya çıxartdı. İctimai həyatı nizamda saxlamaq üçün qaydalara, qanunlara ehtiyac özünü göstərdi. Bu məsələdə dinin (inancın) xeyli rolu oldu. Din öz qaydalarını sundu. Ancaq bu qaydaları bütünlüklə ehkama (doqmaya) çevirdi. Müəyyən […]




Posted in
Tags:
