Sosial şəbəkə öz işini görmüşdü: mayın 19-da Bakıda baş verən yanğın- 16 qatlı binanın avtomobil şini sayaq qatı tüstü içində yanması, başqa bilgilər operativ olaraq yayınlanmışdı. Ertəsi günü elə-belə, rejimin xarakterik özəlliklərini bir daha görmək üçün AzTV-lərə baxdım. Bir-birindən biliksiz, yararsız, düşük aparıcılar telekanalları əttökən çıxışlara bürümüşdülər. Doğru-düzgün, analitik, qınaq xarakterli çıxışların yerinə hökumətə yaltaqlıq, […]
Archive for the ‘Türk Dünyası’ Category
Turan Dursun. İSLAMIN TÜRKLƏRƏ GƏLİŞİ
May 22nd, 2015
admin Göylü Atalı Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Bu gün Azərbaycanın, eləcə də bütün Türk Dünyasının ictimai-siyasi, mədəni, dini durumu aşırı dərəcədə mürəkkəbdir. Əlbəttə, bu mürəkkəbliyi yaradan xeyli səbəblər var. Üzdən baxanda bu səbəblərin aradan qaldırılması imkansız görünür. Təbii ki, öz içində yaşamaq üçün özümlü bir zəmin tapmayan toplum mürəkkəb durumunu aradan qaldıra bilməz. Biz bir […]
XALİQ BAHADIR. Topladıqca qucaq-qucaq… pulları!
May 20th, 2015
admin Ötən yüzilin 70-ci illərində “Kənd zəhmətkeşləri üçün konsert” seriyasından belə bir populyar mahnı vardı: “Topladıqca qucaq-qucaq pambığı”. O çağlar respublikamızın başında Əliyev dururdu, indi də Əliyevdi. O çağlar respublikanın baş ideoloqu R.Mehdiyev idi, indi də odur. Onlar onda qucaq-qucaq pambıq yığdırardılar, indi – 1993-dən bu yana – qucaq-qucaq pul yığdırırlar. Britaniya parlamentinə bağlı vergi qurumunun […]
TÜRKİYƏMİZ SINAQ QARŞISINDA
May 20th, 2015
admin (Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Türkiyənin indiki durumuna münasibət bildirir) Üstün Atalı: Soylu bəy, istərdim bir neçə sualıma cavab verəsən. Birincisi, bu gün Azərbaycanın Türkiyə ilə münasibəti hansı səviyyədədir? Soylu Atalı: Burada mən bəlli siyasi detalları sadalamayacağam, yazılarımızda bu barədə çox demişik. Bu gün Azərbaycanın nəinki Türkiyə ilə, əslində bütün ətraf ölkələrlə münasibəti normal […]
Xaliq Bahadır. Azərbaycan – satılır!
May 16th, 2015
admin Bir prezident var idi – regionun lider dövlətinin lider prezidenti! Başqaları yox, o özü başında durduğu dövləti belə adlandırırdı. Lider – başçı, qabaqcıl, başda gedən deməkdir. Onun başında durduğu dövlət gerçəkdən lider dövlət idi, ancaq qara işlərdə: rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya… Belə-belə işlərdə çempion-dövlət. Neftin qiymətinin durmadan düşdüyü dönəmdə belə, prezident tez-tez televiziya ekranlarından bildirirdi: “Neftin qiyməti dünya […]
ASİF ATA. SİYASƏT YALANI
May 16th, 2015
admin 1. Əxlaqdan keçən Ölkələr, xalqlar, təbəqələr arasında münasibətdə İnsaniyyət itir. Siyasət Əxlaqdan keçir. Riyaya söykənir – Həyalı görünür. Qətlə çatdırır – Xilaskar görünür. Yalana tapınır – Doğruçu görünür. Zalımdır – Adil görünür. Qəsbkardır – Hami görünür. Yırtıcıdır – Məsum görünür. Yaddır – Doğma görünür. Bulanıqdır – Saf görünür. Məkrlidir – Şəfaqətli görünür.
Xaliq Bahadır. Bizdə bir ailə var!
May 15th, 2015
admin Bizdə bir ailə var – bütün Azərbaycana yiyələnmiş bir ailə. Bütün Azərbaycan bu ailənin istəyinə, şıltağına bağlıdır. Elə Avrovijin, Avropa oyunları, İslam oyunları adına şou-oyunlar da! Hamısı da hakimiyətdə daha çox qalmaq, bu xalqı, bu ölkəni daha çox soyub-yağmalamaq üçündür. Bu soyub-yağmalamanınsa az qala əlli illik tarixi var! Milyonlar milyardlara çevrilib, milyardlar trilyona çevrilir, ancaq […]
Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü) Türkcəmizin Poeziya Ruhu
May 15th, 2015
admin Dini dünyabaxışda ərəbin, poeziyada farsın etkisinə uğrayıb uduzan türk etnosu orta çağlarda təriqətlər araçılığıyla (vasitəsiylə) türklüyün mədəni çöküşünün qismən qarşısını ala bildi. Türk dilini poeziyaya gətirməklə isə yeni aşama başladı. Ümumən, şeiriyyəti insan qəlbinin dərinliklərinə yeriyə bilən ən uğurlu etki saymaq olar. Qutsallığın, ruhaniliyin şeir dili ilə öyülməsi duyğulara tez yol tapır.
Xaliq Bahadır. Ay haray, hakimiyətdə erməni var… imiş!
May 14th, 2015
admin Bəri başdan “O olmasın, bu olsun” komediyasındakı bəlli epizodu yada salın. Sərvərlə əlbir olub gəlinin qaçırılmasına yardımçı olan qulluqçu Sənəm sonra necə …şüvənlik salır: “Ay haray, qoymayın, gəlini qaçırdılar!” İndi bizdə bu sayaq bir görsəniş yaşanmaqdadır. Rejimə bağlı bir sıra saytlar hakimiyətdə erməni tapıblar. Yumurtlamış toyuq kimi səsləri dünyanı başına götürüb. Nə var, nə var… […]
Han Ataman Türk. BABEK BÜYÜK TÜRKTÜR!
May 14th, 2015
admin Her Türkçüğüm diyen Babek destanını bilmeli! Babek – Arap Abbasi zulmüne karşı direnen, hakim olduğu topraklarda köleciliği yasaklayan, topraksız köylülere toprak dağıtan, aç olanı doyurup, çıplak olanı giydiren bir Türk önderidir. Babek – sekiz yüz on altı yılından sonra Arap, Abbasi istilacılara karşı savaşarak direniş harekatını başlatan bir Türk kahramanıdır.




Posted in
Tags:
