Hər bir sorunun anlamı, ona yanaşmadan asılı olaraq, doğru, yaxud yanlış çözülə bilir. Bir sıra hallarda isə sorunun anlamına doğru yanaşmayanda uzun illər çözülmür, tərsinə, daha da mürəkkəbləşə-mürəkkəbləşə gedir. Bu dediklərimizə ən çox siyasi sorunlar özgündür (aiddir). Bunlardan biri Azərbaycanın Dağlıq Qarabağla bağlı sorunudur. Söz yox, Dağlıq Qarabağ sorununun çözümü biranlamlı olaraq savaş yoludur. Ancaq […]
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Ərdoğanın Türkiyəyə qazandırdığı sonuclar
İyun 20th, 2015
admin Bu gün Türkiyədə ortaya çıxan seçki sonuclarını “gözlənilməz” sayanlar var. Ancaq siyasətin nə olduğunu bilənlər üçün burada gözlənilməz nəsə yoxdur. Ərdoğanın 13 ildən bəri yürütdüyü xaraktercə antiTürkiyə siyasəti belə bir sonuc doğurmalı idi. Onu hakimiyətə gətirən güc, o gücün arxasında dayanan plan-proqram indiki sonucları qaçılmaz edirdi. Ərdoğan hakimiyətə parlaq bir demokrat görüntüsüylə gəldi. Onun illərlə […]
Asif Ata. MÜSTƏQİL VƏTƏN SABAHI
İyun 20th, 2015
admin 1 Nə qədər ki, kapitalizm var – «balaca xalqların» suverenliyindən danışmaq olmaz. Nə qədər ki, sosializm var – «balaca xalqların» suverenliyindən danışmaq olmaz. Kapitalizm – «böyük xalqlar» dünyasıdır. Sosializm – «böyük xalqlar» dünyasıdır. «Böyük xalqlar» dünyasında «balaca xalqlara» yer yoxdur.
Xaliq Bahadır. Xalqla aparılan “erməniqanlı” savaşı
İyun 19th, 2015
admin Rejimin bütünlüklə rüşvət-korrupsiya bataqlığına batırdığı bir ölkədə yaşayırıq. Rüşvət-korrupsiya qanunçuluğu içində bütün hüquqlarımız tapdansa da, bizə yalnız susmaq, susaraq dözmək hüququ tanınır. Birbaşa hakimiyətin başından qaynaqlanan özbaşınalıq-hüquqsuzluq siyasətlərinə dözməyənlərə, dözmək istəməyənlərə əlüstü “erməni dəyirmanına su tökən”, “erməniqanlı” kimi “adımı sənə qoyaram…” seriyasından damğalar vurulur. Yanlışlarını düzəltmək, düz yola gəlmək yerinə doğrunu deyəni, düzgünlüyə çağıranı topa […]
Dünyanın çağdaş gedişində Türk Sorunu
İyun 18th, 2015
admin Türkel Araşdırma Qurumu sunur Dünyanın çağdaş gedişində Türk Sorunu Bu gün türk dünyasının yaxınlaşması yönündə çoxlu fikirlər səsləndirilir. Ancaq gerçək görsəniş ayrı şey deyir. Hər yerdə türk dünyasının yaranmalı olan birliyini pozan addımlar atılır. İçəridəki çalışmalar isə birliyi doğuracaq ideolojiliyi hazırlayıb ortaya çıxarmır. Sonucda dağınıq durumda olan türklər soyqırıma uğrayır, özgələşdirilir (assimilyasiya edilir), gələcəksizləşdirilir.
Asİf Ata. YALNIZ RUHANİYYATÇILIQ BƏŞƏRİ XİLAS EDƏCƏK
İyun 12th, 2015
admin Siyasi dünya hərbi gücü tanıyır, iqtisadiyyat tanıyır, siyasət tanıyır. Təəssüf ki, belədir. Bütün Amerika ruhaniyyatı «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» kəlamına bərabər deyil. Amma Amerika Amerikadır, Azərbaycan – Azərbaycandır. Bu, XX əsrin özünün eybəcərliyindən doğan bir maddiyyatçılıq dəhşətidir ki, bunu biz gərək bilək və dəhşətə gəlməyək.
ASİF ATA. TARİX
İyun 6th, 2015
admin (“Mütləqə İnam” Müqəddəs Kitabı, “Ruh” Əsərindən) Tarix həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb. Bu baxımdan o, ruhanidir. Tarix həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib. Bu baxımdan o, qeyri-ruhanidir. Tarixdə nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub.
Yadigar Türkel. AZƏRBAYCANÇILIĞIN TARİXİ, İDEYA QAYNAQLARI, GƏLƏCƏYİ
May 28th, 2015
admin İdeya Yunan sözüdür, Türk dilində düşüncə, baxış, görüş deməkdir. İnsan sinir-nerv sistemilə doğadan (ərəbcə təbiətdən) aldığı bilgilərdən sözlər, ideyalar, baxışlar yaradır. İdeyalar gerçək (obyektiv), bir də düşüncəl (subyektiv) olur. Doğa bilimləri (ərəbcə elmləri) gerçək ideyaları öyrənir. Toplumsal-politik bilimlər gerçək ideyalarla yanaşı az da olsa düşüncəl ideyaları da öyrənir. İnsanlar ideyaları yaşamlarını qurmaq, çatışmazlıqlarını ödəmək üçün […]
XALİQ BAHADIR. YANĞINDAN BİR GÜN SONRAKI İLHAM ƏLİYEV
May 25th, 2015
admin Nobel prospektindəki yanğından sonra Bakıda gündəlik gözlənilən böyük yanğın baş verdi – 16 qatlı bina yanıb kül oldu. 16 adam öldü, bir ailə bütünlüklə varlıqdan yoxluğa döndü. Ortada baş verəcəyi qabacdan bəlli bir cinayət var: Markesin “Gözlənilən bir qətlin tarixçəsi” kimi. Binalara tez alışan materialdan üzlük çəkilmişdi. Bununla bağlı “Azadlıq” qəzetində, Feysbukda çıxışlar olmuş, hökumətə […]
28 MAY DÖVLƏTÇİLİK BAYRAMI
May 25th, 2015
admin Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Yüzillərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar-türk dövləti ikiyə parçalandı.




Posted in
Tags:
