Əzəldən dərdimi dərin çəkmişəm, Zənnimi aldadıb təhər gəzirəm. Acının üstünə şirin çəkmişəm, Dəyişib dadını, zəhər gəzirəm. Nağıla aldanıb,dinib getdiyim, Daha gözlərimdə enib,getdiyim. Dəyişib yolumu,minib getdiyim, Özgənin tərkində, yəhər gəzirəm.
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. AZADLIQ HARAYI
İyul 5th, 2015
admin Müstəqillik arzuladıq. Arzularımızda müstəqil olduq. Ümumi axara qoşulduq, tarixi şəraitlə yetərləndik. Özümüz Yol yaratmadıq, şəraitin göstərdiyi yol ilə getdik. Şəraitin göstərdiyi yol tarixin dolanbaclarında qırılır, bir yana çıxmır. Bir yana çıxa bilmədik. Asılılığın girdabından dartındıq, dairəsindən çıxa bilmədik. Başımızın altına yastıq qoyanlara güvəndik. Ağlımızı aldadanlara inandıq.
ASİF ATA. SİYASƏTDƏN ÜSTÜN
İyul 5th, 2015
admin (Otuz Yeddinci Qutsal Kitab) 1. CƏMİYYƏT – SİYASİ DÜNYA Siyasi Dünya – Cəmiyyətin Davamıdır. Cəmiyyətdə Ağalıq hökm sürür. Ölkələr arasında münasibətdə Ağalıq hökm sürür. Böyük ölkələr kiçik ölkələr üzərində Ağalıq eləyir. Ağalıq üsulu dəyişir, Ağalıq dəyişmir; Ağalıqdan məhrum olan ölkə – Böyük ölkə sayılmır; ölkələrə təsir etməyən, ölkələri özündən asılı etməyən ölkə Böyüklüyünü itirir. Kiçik […]
Xaliq Bahadır. M.Ə.Rəsulzadə yolu – milli birlik (I)
İyul 4th, 2015
admin Azərbaycan özünün ən çətin dönəmlərindən birini yaşayır. El diliylə desək, bu, it yiyəsini tanımayan bir dönəmdir. Bu dönəmi yaradan indiki rejim, eləcə də bu rejimi quran, arxasında duran güclərdir. Şah İsmayıl dönəmi başda olmaqla Azərbaycanda ən əski çağlardan güclü dövlətlər qurulub. Doğuyla Batının arasında yerləşən Azərbaycan yalnız yerləşim, yalnız doğal resurslar baxımından deyil, eləcə də […]
İlqar Türkoğlu. TÜRKÜN ŞƏRƏFİ-TÜRKÜN QİBLƏSİ
İyul 4th, 2015
admin Qiblə gəzib, ay namazı sorulan, Babəkinin qollarından vurulan, Şərəfini qanla yuyub, durulan, Azad etsən, Laçın, Şuşandı qiblən! Yol göstərir biri irana sarı, Birisi sür,deyir virana sarı. Yetər ey türk,özün yaranı sarı, Özcə əlin, özcə başındı qiblən!
Xaliq Bahadır. Azərbaycan – banan ölkə!
İyul 1st, 2015
admin Bəlli olduğu kimi, Azərbaycanda hər nə yetişsə də, banan yetişmir. Ancaq, bizim ölkəmiz BANAN ölkələrdən sayılır. Ortalığa çıxarmağa dəyərli nəyisə olmayan ölkələrə BANAN ÖLKƏ deyirlər. Başqa cür desək, heç nəyi olmayan ölkə! Düzdür, bu gün bizim İlham Əliyevi, dünyanın ən güclü prezidentlərindən, YAP hakimiyətini dünyanın ən güclü hakimiyətlərindən biri kimi göstərən neftimiz, qazımız var. Pula […]
Dünyanın çağdaş gedişində Türk sorunu
İyul 1st, 2015
admin Türkel Araşdırma Qurumu sunur Soylu Atalı: Ürəyinizdə Ata Günəşi olsun, istəkli soydaşlarımız! Bu gün Türkel Araşdırma Qurumunda aydınlarımız yenidən bir araya gəlib. Söz yox, bizi bir araya, istər vətənimizin, istər bütövlükdə Türk Dünyasının sorunları gətirir. İstəyərdik bu qonularda soydaşlarımıza fikirlərimizi bildirərkən, bizim hansı ölçüdən yanaşmağımızı, nə üçün bu cür yanaşmağımızı doğru dəyərləndirsinlər. Biz bu söhbətlərimizin […]
Xaliq Bahadır. Dələduzluq – korrupsioner rejim fabriki
İyun 30th, 2015
admin Sosial-siyasi xarakterindən asılı olmayaraq dələduzluq faktı istənilən rejimdə ola bilir. Ancaq onun azlığı, çoxluğu, ötəri, xarakterik olması var. Demokrarik rejimlərdə dələduzluq az-az, o da ötəri olur. Bu isə demokratik rejimlərin xarakterindəki açıqlığa, qanunçuluğa, ən önəmlisi, hakimiyətin bölünməsi prinsipinə bağlıdır. Bütün bunlara görə demokratik rejimdə tək-tək görsənən dələduzluq faktı geniş yayıla bilmir, ortaya çıxınca ortadan qaldırılır. […]
Asif Ata. HÜQUQ TƏLƏSİ
İyun 30th, 2015
admin I. Təbii hüquq “İnsanlar bir-birinə bərabərdir” – deyirlər. Əslində isə insanlar bir-birinə yalnız maddi baxımdan bərabərdirlər. Yəni hamı təbiətdən eyni dərəcədə bəhrələnə bilər, bəhrələnməlidir. Mənəvi cəhətdən insanlar bir-birinə bərabər deyillər. Bərabərlikdən danışırlar, həm də maddiyyatı ləyaqət ölçüsünə çevirirlər. Maddi imtiyaz – cəmiyyətdə labüd şəkildə ictimai imtiyaz yaradır. Maddiyyatdan ən çox bəhrələnən – cəmiyyətdə ən çox […]
Xaliq Bahadır. Kim rejimə qarşı çıxsa…
İyun 29th, 2015
admin Diplomat Arif Məmmədovla bağlı baş verənlər bir daha Azərbaycanda necə iyrənc ortam yaradıldığını topluma göstərdi. Bu, yalanın, mənliksizliyin, düşkünlüyün at oynatdığı, doğru-düzgünlüyün, Azərbaycan sevgisinə bağlı kimsələrin yenildiyi ortamdır. Bu ortamı yaradan yalnız indiki İŞĞALÇI rejim deyil, bu rejimin müxalifətdəki satqın əlaltıları deyil, eləcə də dünyadakı Böyük, Bütöv, Güclü Azərbaycan yağılarıdır – bir sıra yaxın qonşularımızdan […]




Posted in
Tags:
