Demək olar, bugünlər hamı “İsgəndər”dən yazır. “İsgəndər” belə gəldi, “İsgəndər” elə getdi. Belə görünür hamının canına qorxu dolub: üstümüzə “İsgəndır” gəlir! Bu biri yandan da kimlərsə belə bir soraq yaymaqdadırlar: “Ermənilər Gəncəni almaq istəyirlər”. Rusiya ermənilərə “İsgəndər” raketi verir deyə, hamı qorxuya düşüb. Adam çaşbaş qalır: bu qorxuya xalqın canında yer hardandı belə? Çoxillik qansız-amansız […]
Archive for the ‘Türk Dünyası’ Category
İlqar Türkoğlu. Astaca
İyul 14th, 2015
admin Yaradan adamdı, öldürən adam, Əvvəldən ovunu seçər astaca. Çox ağladıb məni güldürən adam, Günü min oyunla keçər astaca. Fürsətdə izini, tozunu kəsər, Yeyib çörəyini, duzunu kəsər, Hələ mələməmiş quzunu kəsər, Şərab tək qanını içər astaca.
Xaliq Bahadır. İlham Əliyevin yalançı prezidentliyi
İyul 14th, 2015
admin Yalançı prezident olaraq tanınmaq üçün yalnız yalan danışmaq gərək deyil – bunlu da olar, bunsuz da. Ölkənin bu başından o başına qanunlar işləmirsə, polis-məmur özbaşınalığı ölkəni başına götürübsə, demək, prezidentlik yalançı prezidentlikdir, yalan xarakteri daşıyan prezidentlikdir. İlin başlanğıcında İ.Əliyev bu ilin kənd təsərrüfatı ili olduğunu bildirdi: durar-tutmaz, ağlına belə gəlmiş kimi. Çoxillik əliyevçi praktikadan çıxış […]
Soylu Atalı. Azərbaycanın siyasi yeri Türk Dünyasındadır
İyul 12th, 2015
admin Çağdaş dünyanın mənzərəsini göstərməyə çalışan qüvvələr, eləcə də ayrı-ayrı yazarlar olduqca qarışıq fikirlər formalaşdırırlar. Söz yox, bu qarışıqlığı bilərəkdən, istiyərəkdən yaradırlar. Çünkü bütün yanaşmalar qrup, partiya, hakimiyət maraqlarına uyğunlaşdırılır. Çoxları elə düşünürlər, Batı ölkələrində hər cür yanaşma hakimiyət maraqlarına deyil, dövlət maraqlarına hesablanır. Biz burada hər bir incə məsələnin yerini gözləmək üçün “əsil dövlət”, ya […]
İlqar Türkoğlu. Gedirəm
İyul 11th, 2015
admin Şəhər dumanında şərab nəşəsi, Ayağım yerimir, əllə gedirəm. İçimdə qalanıb gülləmin səsi, İrəvanı “alıb”, güllə gedirəm. Şuşası göz dağı hər il mayıma, Bayramı bitməyir qışdan yayıma. Qələbə yazmadıq bircə ayıma, Günü qara gəlmiş illə gedirəm.
Soylu Atalı. Türkçülükdə umacağımız, gözləntilərimiz, üzləşdiyimiz
İyul 10th, 2015
admin Son çağlar türkçülüklə ilgilənənlər, eləcə də türkçülüklə uğraşanlar türkün minillik tarixini araşdırıb bir-birindən başqa olan (fərqli) sonuclar ortaya qoyurlar. Bu sonuclarda öyünməli çalarlar da var, hayıfslandırıcı çalarlar da. Ancaq nə olursa-olsun keçmiş keçmişdir, geridə qaldı. İndi öyünməli olayları da, enişə nədən olan olayları da öyrənmək, düşünmək, örnək götürmək çağıdır. Son minillik tarixdə türklüyün istər yüksəliş, […]
Xaliq Bahadır. M.Ə.Rəsulzadə yolu – milli birlik (III)
İyul 7th, 2015
admin Türk dünyasının iki böyük, ölümsüz öndəri – M.K.Atatürk, M.Ə.Rəsulzadə! Onların ideyaları, baxışları necə də üst-üstə düşür, necə də çulğaşır. Başlıcası da türklük-millətçilik sorunu ilə bağlı. Atatürk 1937-ci ildə deyirdi: “Orta Doğunun Batı imperializminin köləsi olmasına yol verməyəcəyik”. Türkiyədə Atatürkçü düşüncə ilə çarpışmanı özünün başlıca amacına çevirən Ərdoğan deyir: “Mən Amerikanın Böyük Orta Doğu projesinin eş […]
İlqar Türkoğlu. DAŞ QOYURAM
İyul 7th, 2015
admin Ürəyimdə dağı, gözümdə dağı, Kəsilmişəm özüm özümə yağı. Basdırmışam diri-diri torpağı, Heykəl yonur üstünə, daş qoyuram. Qara çadra qara çəkib üzümə, Baş yarıram divan tutub özümə. Məndən ötən,sənə dəyən gözümə, Bəzək vurur,sürməli qaş qoyuram.
Xaliq Bahadır. M.Ə.Rəsulzadə yolu – milli birlik (II)
İyul 5th, 2015
admin Klançılığı, regionçuluğu dövlət siyasətinə dönüşdürmüş indiki rejim yetkililəri tez-tez “dövlətin imici” deyilən bir nəsnədən danışırlar. Hakimiyətə lat-lüt gəlib adambaşına, ailəliklə biznes imperiyası quranların dövlət imicindən danışmalarının özü dövləti, dövlətçiliyi ələ salmaqdır –xalqla birlikdə. Başqa bir yandan, ən başlıcası, klançılığın, regionçuluğun dövlət siyasətinə dönüşdürülməsi – dövlət, dövlətçilik adına bağlı bütün əyriliklərin, aşağı-yuxarı yamanlıqların, neqativlərin özülündə bu […]




Posted in
Tags:
