Archive for the ‘Türk Dünyası’ Category

Üstün Atalı. Şabran səfərim

Bu günlərdə oğlum Elqala ilə birlikdə Şabrana ruhani səfər elədim. Bəzi ünvanlara getmək üçün bizə bələdçilik edən qələm adamları Bayram bəy və Məzahir bəylə söhbətləşdik. Asif Atanı tanısalar da, onun ideyalarından soraqsız idilər. Bir az dinlədikdən sonra Ocaq ruhuna doğma olduqlarını bildirdilər, Atanın və Ocaq Evladlarının kitablarını sevə-sevə götürdülər. Mədəniyyət evinin başçısı Əhməd bəyə, işçiləri […]

Xaliq Bahadır. Kriminal rejim – kriminallaşan ölkə!

Daha bir jurnalist öldürüldü. Gözlənilməz nəsə yoxdur. Kriminal rejim əkdiyini doğurur. Məhkəmə-hüquq sistemindəki çoxillik yalançı, imitasiya xarakterli  “islahatlar” bu sistemin bütünlüklə çöküşünə gətirib çıxarıb; “iqtisadiyat” adına yalançı, imitasiya xarakterli  “islahatlar” ölkəni dugünkü dözülməz dolanışıq dirənişinə gətirib çıxarıb: adamlar dolanışıq dözülməzliyindən 28-44 faiz arası kreditin altına girir, sonra da özlərini öldürmək qaçılmazlığı ilə üzləşirlər; “ölkədə mətbuatın inkişafı […]

Soylu Atalı. Ümumtürk Hərəkatı başlamalıdır

Nəhənglər yaralananda yan-yörələrindəkiləri gəmirməyə başlayırlar. Elə olanda güclülər döyüşür, balacalar ayaqlar altında qalır… 70 il özünü dünyanın birinci yerində güclü sayan Rusiya axır ki, böyük istəklərində yaralandı. Bununla da yedəyindən açılmaq istəyənləri çağaşırı əzməyə başladı. O bu çağa qədər ən böyük saldırıları Azərbaycana qarşı yönəldib. Vətənimizin böyük bir kəsimini əlimizdən alıb erməniyə bağışlayıb. Bu azmış […]

Xaliq Bahadır. “…Dağlar qoynunda Şəki”yə sözardı. “Xan sarayı” kimindir?

Şəkidən Bakıya avtobusla qayıtdıq. Belə bilsəydik, Şəkiyə elə avtobusla gedərdik; avtobus birayaq-birayaq, taqqatukla yol gedən qatar kimi yorucu-bezdirici deyildi. Gəldiyimiz “Hunday” markalı avtovus “Xan sarayı” şirkətinindir. Dediklərinə görə, şirkət 9 belə avtobus alıb. Hər baxımdan (qiymət baxımından da) olduqca yaxşı, əlverişli avtobusdur. Şirkət yolun yarılandığı yerdə – Kürdəmirdə yolçularına ayrıca qulluq üçün restoran da tikib. […]

Asif Ata. Seçilmişlər həqarəti (“Münasibətlər” Bitiyindən)

İnqilabdan qabaq ictimai elita (seçilmişlər təbəqəsi) mövcud idi. Həmin təbəqə başlanğıcda qabiliyyətlilərdən, dövlət qarşı­sın­da xüsusi xidməti olanlardan yaranmışdı, onlar xüsusi nişanl­arla, titullarla fəxri adlarla fərqlənirdilər. İnqilab həmin Elitanı (seçilmişləri) Nişanlarıyla, Titullarıyla, Fəxri adlarıyla ləğv etdi. İndi “ideal bərabərlik olan cəmiyyətdə” Elitamaniya həqarəti baş alıb gedir. Titullarla, Mükafatlarla, Ordenlərlə fərqləndirilən Elita günü-gündən artır.

Xaliq Bahadır. … Dağlar qoynunda Şəki (II)

Şəkinin şəkil gözəlliyi Şəkinin şəkil gözəlliyi demək doğadan (doğa – təbiət) gələn gözəllik deməkdir. Çox-çox əski çağların Türk yurdu olan, Saklardan qalma sayılan Şəki hər baxımdan özümlü bir yerdir – doğadan tutmuş tikililərinə, adamlarınadək. Bunların hər birinin üzərində ayrı-ayrılıqda dayanmaqla çox böyük yazı yazmaq olar. Ancaq mən bunlara yeri gəlmişkən ötəri toxunub, Şəki ilə, bütövlükdə […]

Soylu Atalı. Psixologiya insanı yanlış qiymətləndirir

Bu çağa kimi insan haqqında başqa-başqa fikirlər, ideyalar ortaya qoyulubdur. Ancaq bununla belə, insan ən çox bilimin (elmin) subyekti kimi araşdırılıb, bilimin baxışları altında da qiymətləndirilib. Bu halda insanın ruhani mahiyyət daşıması elə də böyük önəm daşımayıb. Sonucda insana yiyə durmaq yerinə onu yönəltmək (idarə etmək) haqqında düşünüblər. İnsan küçümsənilib, suçlandırılıb – basqı altında saxlanılıb. […]

Üstün Atalı. Xaçmaz səfərim

Hər bir kəs gözəl mühit arzulayır, yalansız, çəkişməsiz, nifrətsiz, qayğısız. Bəs bu mühitin yaranması üçün hansı addımlar atılır? Bütün bu gözəlliklər yalnız kinoda, nağıllardamı olacaq? Birey olaraq öz ömrümlə uğraşa bilirəmsə, deməli, başqası da bunu edə bilər. Asif Atanın özüylədöyüş prinsiplərinə yiyələnmək, sağlam mühit yaratmaq, insanı uzaq düşdüyü inama çağırmaq, yeni dünya halı yaratmaq tələbi […]

Xaliq Bahadır. …Dağlar qoynunda Şəki (I)

Şəkiyə getmək söhbəti ortaya çıxandan hamımıza tanış mahnının başlıca, vurğusal sözlərini anmağa başlamışdım. Özümdən asılı olmadan. İstər-istəməz yaddaş öz işini görmüşdü: assosiativ duyum, assosiativ anım yaratmaqda idi. Bunun nə olduğunu, necə ortaya çıxdığını anlamaq da, anlatmaq da mənlik deyil; ola bilsin, bu bir psixoanlaitik işi-bacarığıdır. Ancaq burası məndən ötrü də çox ilgincdir: necə olur getmək […]

Asif Ata. İmtina zəruriliyi (“Yol. Ata Sözü” Bitiyindən)

Yanlış Əqidədən İmtina! Saxta Müəssisələrdən İmtina! Rütbələrdən, vəzifələrdən, mükafatlardan İmtina! Yalançı kitablardan, sözlərdən, çağırışlardan İmtina! Ağlı, Ürəyi, Həqiqəti buxovlayan süni silahdaşlıqdan İmtina! Parniklərdə becərilmiş İdrakdan, Bədiiyyatdan İmtina!

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv