Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. BAŞARISIZLIQMI, XƏYANƏTMİ

Tarixdə türkün bəzi uduzmalarının nədəni doğru araşdırılsa, onun siyasət yürütmədə başarısız olduğu üzə çıxar. Yəni üz-üzə qol döyüşləri gedən çağlarda meydana mərdlik havası gətirmiş, gizlənib arxadan vurma, məkr, fəndgirlik kimi aşağılıqları xislətinə yaxın buraxmamışdır. Bu xarakter getdikcə folklorumuza yerimiş və mərdlik kimi yüksək keyfiyyət, demək olar ki, folklorumuzda əsas məzmunu əmələ gətirmişdir. Biz bunu “Dədə […]

Ulussevərlərin Görümünə

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı indiki qarışıq bir gedişdə özünün dayanıqlı, qalıcı işləri ilə uğraşır. Ocaq üçün ideya yaratma – dəyər yaratma – xalq yaratma bir əməl sistemidir. İdeya – yurdumuzda ruhaniyyat gələnəyi oluşdurur. Dəyər – xalqın özünü ifadə və qoruma gücünün adıdır. Xalq yaratma isə ideyaya və dəyərə bağlı […]

Xaliq Bahadır. Hamı seçkiyə – hamı heç nəyə!

İstənilən seçki intellekt-güc sınağıdır. Başqa cür desək, intellektə söykənən güc sınağı. Ancaq bu, antidemokratik seçki  üçün deyil, demokratik seçki üçün keçərli formuldur. Özümü, intellektimi-gücümü sınamaq – göstərmək üçün mən istənilən seçkiyə (prezident, parlament, bələdiyə) sevinə-sevinə gedərəm! Burada pis nəsə yoxdur: başqalarına görk olası intellektual yarışma, siyasi bacarıq, yetkin ideoloji üstünlük görsənişi var. Bu baxımdan gerçək […]

Soylu Atalı. İNAMIN ÖZÜLÜ VƏ FƏLSƏFƏSİ

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Qarşıdan Asif Atanın anadan olmasının 80 illiyi gəlir. Mütləqə İnam Ocağı Ocaq Atasının 80 illiyi qarşısında ruhsal hesabat üçün bir sıra əməllər həyata keçirmiş və davam edir. Bu əməllərdən biri də Asif Atanın yeni Bitiqinin işıq üzü görməsidir. “Fəlsəfənin Təməli” adlanan Bitiq bu gündən başlayaraq oxucuların ixtiyarına verilir. Yaxın günlərdə […]

XALİQ BAHADIR. DƏYƏRLƏRİ DƏYƏRSİZLƏŞDİRƏNLƏR

Satılmış birisi qəzetində seçkiyə qatılma kampaniyası aparır. Üç il, beş il, on beş il qabaq olduğu kimi o yenə kampaniya lideridir – xalq üçün, toplum üçün uğursuzluq kampaniyasının lideri. Onda partiya sədrlərini, bir çox başqa tanınmışları aldadıb öz oyununun oyunçusuna çevirmək bacarığı var. Sözsüz, bu onun təkbaşına bacardığı deyil; ona arxa duran, pul verib yönətən, […]

Göylü Atalı. TƏBRİZ – BÜTÖVLÜYÜN HƏSRƏTİ

Özümü dərk edəndən içimdə Təbrizi görmək sevdası gəzdirmişəm. Asif Atanın Mütləqə İnam Ocağına Evlad olandan sonra bu sevgi qarşısıalınmaz bir həsrətə çevrildi. Doğrusu bu çağacan istəyimi gerçəkləşdirməyə fürsət bula bilməmişdim. Bir az da gerilikçi İran rejimindən ehtiyat edirdim. Böyük diləklərim var, yarı yolda qoya bilərlər… Bu arada ailəlikcə yaxın olduğumuz O Taylı bir dostumuz bizi […]

Xaliq Bahadır. Bir yanda korrupsiya, bir yanda repressiya…

Başımızın üstündən, yan-yörəmizdən milyardlar gəlib keçdi – neft milyardları! Hamısı oğurlandı, mənimsəndi. İndi bizə neftlə bağlı unutqanlq aşılanır: unudun, getsin. Var idi, indi yoxdur. Elə bilin olmayıb. Unudardıq, elə bilərdik. Ancaq nə unutmaq olur, nə elə bilmək. Axı, bütün bunlar gözümüzün qabağında olub: gözümüzün qabağında kimlərsə bizi – xalqı aldada-aldada milyardlara yiyələnib. “Əsrin müqaviləsi”, “neft […]

Soylu Atalı. TÜRKCƏMİZİN LƏYAQƏTİNİ QORUYAQ

Azərbaycanın siyasi faciəsi zaman-zaman onun həyatının bütün sahələrində özünü göstərib. Bu gün də biz həmin faciələrin ağırlığı altından çıxa bilmirik. Bəlkə də bizə ən böyük gaciəni “Türkmənçay bağlaşması” yaşadıb. Tarixdə başqa xalqların aqibətinə də parçalanmalar düşüb. Ancaq heç bir xalqa parçalanma bizdəki kimi məzhəkə taleyi yaşatmayıb. Yurdumuzun bir parçası Rusiya tərəfindən işğal olundu. O biri […]

Xaliq Bahadır. Qanunçuluq istəyirik!

Jurnalist Rasim Əliyevin öldürülməyi ilə bağlı ortaya çıxan çoxsaylı reaksiyalar bizim hansı ölkədə, hansı rejim altında, hansı dəyərlər ortamında yaşadığımızın parlaq göstəricisidir. Demokratik yönümlülər qanunçuluqdan çıxış edərək cinayəti törədənlərin cəzalandırılmasına çalışırlar. Rejimə bağlı olanlar ideya-mənəvi yönümlərinə uyğun olaraq qanunçuluqdan deyil, siyasi konyunkturadan çıxış edirlər: rejimə necə yararlıdırsa, elə də olmalıdır. Sosial şəbəkələrdəki toplumsal görsəniş ölkənin […]

Xaliq Bahadır. Döydürən tutuldu, döyənlər tutuldu, qaldı öldürənlər

Jurnalist Rasim Əliyevi döydürən də tutuldu, döyənlər də, bəs Rafiq Tağı kimi Rasimi də öldürən həkim-tibb personalı? Başdan başlayaq. Çoxillik rejim praktikasından çıxış edərək, inamla deyə bilərik: bugünkü tutquların nədəni Rasimin xəstəxanadakı son sözləridir. Rejimə bağlı bir çox bəlli subyektlərin, əlaltı deputatların Rasimi qınağa qalxmalarından da aydın görünür: rejim indiyədək baş vermiş oxşar cinayət-ölüm faktları […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv